Qəbizlikdən əziyyət çəkənlər üçün xüsusi - RESEPT

Qəbizlikdən əziyyət çəkənlər üçün xüsusi - RESEPTXüsusilə qadınların tez-tez rast gəldiyi sağlamlıq problemlərindən biri qəbizlikdir. Mütəxəssislər ilk növbədə bildirirlər ki, qəbizlik problemi yaşamamağın ilk yolu bol maye qəbul etmək və aktiv fəaliyyətdə olmaqdır. Türkiyəli dietoloq Hilal Mutlu da qəbizliyin qarşısını almaq üçün düzgün qidalanmağı məsləhət görür.

Xanim.az həkimin bu barədə fikirlərini təqdim edir.

Qəbizlik bağırsaq hərəkətlərində çətinlik, nəcisin sərt və quru olması, nəciz ifrazının uzun müddət və çətin davam etməsi halı ilə müşahidə edilən prosesdir. Sağlam insanlarda nəcisə getmə sayı fərqlidir. Həftədə 3-12 dəfə nəcisə getmə normal qəbul edilir: "Qəbizlik müxtəlif səbəblərdən baş verir. Qidalanma ilə birbaşa əlaqəlidir. Kifayət qədər maye qəbul etməmək və lif qəbulunun az olması, fiziki hərəkət azlığı və yağdan məhdud pəhriz qəbizliyin ən əhəmiyyətli səbəbləri arasındadır. Bədən suyunun 10 faiz azalması qəbizliyə yol açmaq üçün kifayətdir. Bu səbəbdən maye qəbulu çox böyük əhəmiyyət kəsb edir".

Qəbizliyə səbəb olan digər faktorlar isə hamiləlik, yaşlılıq, bəzi dərmanlar (antidepressantlar, antihipertansif, antasidler və s.), metabolik pozğunluqlar (hipotiroidizm, hiperkalsemi), arxa bağırsaq və sütunun struktur və funksional pozğunluqları, nevroloji anormallıqlar, psixoloji xəstəliklər, dəmir çatışmazlığı kimi hallardır: "Ümumiyyətlə, liflə zəngin qidalar - quru paxlalılar, meyvə, tərəvəz, tam taxıllı məhsullar yemək, bol maye qəbul etmək və bol məşq etmək problemi həll edə bilər. Bu səbəbdən də lif miqdarı artırılmalı, ağ çörək və işlənmiş taxıllar yerinə tam taxıl məhsullar və paxlalılar istifadə edilməlidir".

Dietoloq meyvələrin qabığını soymadan yeməyi məsləhət görür. Probiotik xüsusiyyətli qidalar bağırsaq florasına təsir edərək, uzun müddət bağırsağın nizamlı fəaliyyətini təmin edir. Buna görə də gündəlik qidalanmada kefir və probiotik qatığa yer verilməlidir. Hər payda çiy tərəvəz və salatlar yeyilməlidir.

Səhər oyandıqda bunları edin

Gündəlik 2.5-3 litr su içmək vacibdir. H. Mutlu hər hansı bir sağlamlıq problemi olmayanlara gündə 2 fincan razyana, yaşıl çay, çobanyastığı və razyana çayı içməyi məsləhət görür: "Maqneziumla zəngin qidalar bağırsaq fəaliyyətini sürətləndirir, xüsusilə ispanaq, kahı, kərəvəz, təzə paxla, xiyar, qoz-fındıq, badam maqnezium ehtiva etdiyi üçün xeyirlidir. Hər gün içilən 1 ədəd mineral suyunun maqnezium tərkibli olması baxımından qəbizliyə faydası var. Daim idman etmək qəbizlik əlamətlərini azaldır. Gündə ən azı yarım saat piyada yerisəniz, bunun təsirini görəcəksiniz. Hər gün eyni saatda tualetə getməyə çalışın. Tualetə getmə hissi yoxdursa belə, 10-15 dəqiqə oturmaq sizin qəbzlik probleminizi yoluna qoyacaq".

Həkim qəbizlikdən əziyyət çəkənlər üçün xüsusi qarışım resepti təqdim edir: "Səhər oyandıqda 1 stəkan otaq temperaturunda olan su və 1-2 ədəd quru ərik yeyin. Əgər qəbizlikdən uzun müddətdir əziyyət çəkirsinizsə, 2 ədəd quru əncir, 2 ədəd quru ərik, 2 ədəd quru gavalını xırda-xırda doğrayıb, 1.5 stəkan suda qaynadıb için. Daha sonra içinə yarım çay qaşığı zeytun yağı, 1 çay qaşığı kətan toxumu əlavə edib blenderdən keçirin. Səhər ac qarına bu qarışımdan 1 çay qaşığı qədər 2 stəkan ilıq su ilə yeyin. Qəbizlik problemini həll etmək üçün laksatif tərkibli dərmanlar, bitki çayları və imalə həkim məsləhəti ilə olmalıdır. Çünki bunların istifadəsi bağırsaq tənbəlliyinə səbəb olar. Əgər iki həftədən uzun müddətdir ki, şiddətli qəbizliyiniz varsa, yuxarıda bəhs edilənlərə əməl edin. Faydasını görməsəniz, həkim və ya dietoloqla məsləhətləşin".

Sağlamlıq     Baxılıb: 2155   Tarix: 28 yanvar 2018
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Bəzi şeylər var ki, cinsi əlaqə zamanı gərək onları edəsən - SƏBƏB

Gündəlik qayğılar, problemlər, əsəb, stress, yorğunluq, gərgin iş rejimi, sağlam  qidalanmamaq, normal yuxu rejiminin olmaması bir çox xəstəlikləri tətikləyir. Kişilərdə isə həm də cinsi zəifliyə gətirib çıxara bilir. Cins

.

Xalq təbabətinin əvəzedilməzi Nanə

Bir çox in . san mədə xəstəliklərindən əziyyət çəkir. Xalq təbabətində mədə ağrıları zamanı ən yaxşı bitki kimi nanənin adı çəkilir. Mütəxəssislər iştaha və qaz problemi olanlara, mədə ağrısından əziyyət çəkənlərə yaban

.

Cinsi asıllıq: satiriasis və nimfomaniya nə deməkdi? - Maraqlı araşdırma

Cinsi ə . laqəyə girmək istəyinə qarşı dura bilməmək və bunu müxtəlif insanlarla təsadüfi şəkildə həyata keçirmək kimi təyin olunan bir problemdir. bu barədə araşdırıb. "Səhər, günorta və axşam başqa bir qadın/kişi il

.

Cinsi gücü artırmaq üçün - 10 TƏBİİ VASİTƏ

Bitki çayları:. Bədəndə maye axını sürətləndirən bitki çayları içdiyiniz zaman qan dövranı sürətlənir, ehtiras və həyəcan artır. Enerji səviyyəsini də artıran bitki çayları cinsi həyatı canlandırır. Jenşen:. Ginseng min illərdi

.

Cinsi zəifliyi aradan qaldıran möcüzəvi QARIŞIQ

Son dövrlər stres, əsəb və digər səbəblər kişilərdə cavan yaşlardan cinsi zəifliyi və impotensiyaya səbəb olur. Ölkə.az bildirir ki, bu yaxınlarda alimlər cinsi zəifliyi aradan qaldıran maraqlı qarışıq barədə məlumat yayıblar

.

İsti hava kişilərin ata olmaq şansını azaldır - SƏBƏB?

Son araşdırmalar göstərib ki, həddindən artıq isti hava kişilərdə spermanın kəmiyyətinə və keyfiyyətinə mənfi təsir göstərir. Sinqapur Milli Universitetində aparılan araşdırmada 818 kişidən alınan sperma nümunələri sayəsind

.

Cinsi həyatı pis olan kişiləri gözləyən təhlükə: beynində

Cinsi həyatı pis olan kişilərin beynində zədə aşkarlanıb. Mütəxəssislərin fikrincə, cinsi həyatımızla idrakımız arasında birbaşa əlaqə var. Pis bir cinsi həyat gələcək illərdə yaddaş problemlərinin xəbərçisi ola bilər. ABŞ-ı

.

Seksoloq Ləman Telmanqızıdan qadınlar və kişilərə məsləhət - Cinsi istək bitibsə

"Cinsi arzunun itirilməsi həm kişilərdə, həm də qadınlarda cinsi istəyin azalması kimi müəyyən edilir. Fiziki və psixoloji yorğunluq, həyat keyfiyyətindəki dəyişikliklər də cinsi istəyin dəyişməsinə səbəb ola bilər"

.

İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!

Əgər həqiqətən də 1 həftəyə 5 kq arıqlamaq istəyirsinizsə, əmin olun ki, bu sizdə alınacaq. Amma bir şərtlə ki, sizə təqdim etdiyimiz bu möcüzəli dietaya əməl edəsiniz. Bunu əsas sirri odur ki, 7 gün ərzində siz qida qəbu

turlar.az

geyim necə seçməli yemek reseptleri aksessuarlar aroma və fitoterapiya hicab bağlamaq tarixdə iz qoyanlar quru deri ucun maska kosmetika vetene aid bayatilar qızlıq pərdəsi rus dilini öyrənək 2 ci dərs vetene aid atalar sozu efsaneler