Qəbizliyin qarşısını alır, yüksək təzyiqi salır... - Hər gün 1 stəkan için

Qəbizliyin qarşısını alır, yüksək təzyiqi salır... - Hər gün 1 stəkan içinProbiotik qaynağı kimi tanınan kefirin insan sağlamlığına bir çox faydası var. Kefir süd turşusu və spirt fermentasiyası ilə əmələ gələn qatığa bənzər tünd konsistensiyalı, köpüklü, dadı yüngül turş süd məhsuludur.
Kefirin tərkibində insan bədəninə olduqca faydalı təbii bakteriyalar var. Bu faydalı bakteriyalar immun sistemini gücləndirməkdə, başda xərçəng olmaqla allergiya narahatlıqları, iştahsızlıq, yuxusuzluq, vərəm, bronxit, astma, eqzema və bir çox başqa xəstəliyə müsbət təsir edir. Ən əhəmiyyətlisi isə odur ki, xəstəliklərə qarşı müqavimət qazandırır. Sizə kefirin çoxsaylı faydalarını təqdim edirik:
- Boğazdakı bəlğəm yığnağına yaxşı təsir edir, yenidən meydana gəlməsinə mane olur.
- Ağciyər infeksiyalarına qarşı mübarizə aparır.
- Tərkibində olan A vitamini ilə göz sağlamlığına faydalıdır.
- Ürək sağlamlığını qoruyur.
- Bədəndəki artıq duzun və şişin aradan qaldırılmasına kömək olur.
- Bağırsaq infeksiyalarının müalicəsində təsirlidir.
- Dəriyə sürtüldükdə meydana gələ biləcək sızanaqların qarşısını alır.
- Qəbizliyin qarşısını alaraq həzmi asanlaşdırır.
- Antibiotik təsiri nəticəsində iltihablı xəstəliklərin müalicəsində təsirlidir. Xolesterolu aşağı salan xüsusiyyəti var.
- Diqqət çatışmazlığını nizamlayır.
- Mədədə yığılan və problem yaradan qazları azaldır.
- Bədəndə meydana gələn göbələklərə yaxşı təsir edir.
- Yüksək təzyiqi aşağı salır.
- Bağırsaqlardakı tıxanıqlığı aradan qaldırır.
- Daim yedikdə sinirləri gücləndirir.
- Bütün bunlara bağlı olaraq çəkini azaltmağa kömək edir.
Nə qədər kefir yemək məsləhətdir?
Kefir hər hansı bir narahatlıq olduğu üçün deyil, mövcud sağlamlığın qorunması üçün gün ərzində 1 stəkan yeyilə bilər. Ancaq yeyilmə miqdarı insanın yaşı və çəkisinə görə fərqlidir. Bir içki növü olan kefir yeməklərlə birlikdə və ayrıca içilə bilər. Çəkisi çox olan insanlar yağsız süddən istifadə edərək əldə edilən kefiri içə bilərlər. Əgər kefir hər hansı bir xəstəliyə qarşı müalicə məqsədi ilə içilirsə, 1 stəkandan çox da içilə bilər. Bu mövzuda mütəxəssislə məsləhətləşməkdə fayda var. Kefirdə olan bakteriya və mayalar mədə daxilində parçalanmamış qidaların həzminə kömək edərək, qida itkisinin qarşısını alır. Mədə və bağırsaqlarda köp yaratmır. Ancaq unutmayın ki, kefir əsla dərman deyil.
Aile.lent.az

Sağlamlıq     Baxılıb: 4912   Tarix: 21 sentyabr 2016
f Paylaş

Oxşar xəbərlər

.

Qara zirə (Çörək otunun) faydaları

1.Qara zirənin üyüdülmuş dənələrini balla qarişdirilmiş halda istifadə etmək öd kisəsindəki və böyrəklərdəki daşları əritməyə kömək edir. 2.Qara zirə orqanizmin iş qabiliyyətini və həyat tonusunu yüksəldir. 3.Qara zirəni

.

Xalq təbabətinin əvəzedilməzi Nanə

Bir çox in . san mədə xəstəliklərindən əziyyət çəkir. Xalq təbabətində mədə ağrıları zamanı ən yaxşı bitki kimi nanənin adı çəkilir. Mütəxəssislər iştaha və qaz problemi olanlara, mədə ağrısından əziyyət çəkənlərə yaban

.

Balqabağın UNİKAL MÜALİCƏVİ XÜSUSİYYƏTLƏRİ

Balqabaq ən faydalı tərəvəzlərdən biridir. Azkalorili, dadlı, vitamin və minerallarla zəngin olan bu tərəvəzin sağlamlıq üçün xeyirli xüsusiyyətləri saymaqla bitməz.  sizi balqabağın faydaları ilə tanış edir. 1. Karotinlərl

.

3 təbii çarə ilə cinsi istəksizliyə - SON

Bu vasitələr potensiyanızda olan problemləri aradan qaldırmaqla yanaşı həm də orqanizminizə ümumi şəkildə müsbət təsir göstərəcək. Bal və qoz.  . Mütəxəssislər tərəfindən bu qarışığın "Viaqra"dan da güçlü olmas

.

Özünü Masaj Etmənin Faydaları Nələrdir ?

Özünü masaj etmək sadə, amma olduqca faydalı bir vərdişdir. Günümüzdə insanların çoxu stress, yorğunluq və gərginlikdən şikayət edir. Bu halları aradan qaldırmaq üçün xüsusi ustaya müraciət etməyə ehtiyac olmadan özünü masa

.

Ödyolu, sidikyolu xəstəlikləri üçün unikal bitki - Bilmədən istifadə öldürür

Qara batbat qaragilə fəsiləsinə mənsub olub, 2 illik ot bitkisidir. Gövdəsinin uzunluğu 1 metrdir. Yarpaqları iri, boz-yaşıl rəngli, aşağı hissəsi yarıq, yuxarı hissəsi yumurta formasındadır. Yarpaqlarının saplağı həcmli

.

Əsəblər sakitləşir, baş ağrısı dayanır - 1 dəqiqə vaxt lazımdı

Hamının hər an qarşılaşa biləcəyi sağlamlıq problemlərindən biri olan başağrısı bəzən dərman atmaqla da keçmir. Ancaq onun qarşısını təbii üsullarla almaq mümkündür. Bununla bağlı orta əsrlər dövrünün ən böyük təbiblərində

.

Qızlarda aybaşı dayanır və ya gecikirsə... - Problem necə müalicə edilir?

Qızlarda aybaşı, adətən, 13 yaşında başlanır. Menstruasiya qızların əksəriyyətində cuzi ağrılarla keçir. Bu ağrıları aradan qaldırmaq üçün təbii vasitələrdə istifadə etmək olar – ot dəmləmələri (məsələn, çobanyastığı), garnı

.

İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!

Əgər həqiqətən də 1 həftəyə 5 kq arıqlamaq istəyirsinizsə, əmin olun ki, bu sizdə alınacaq. Amma bir şərtlə ki, sizə təqdim etdiyimiz bu möcüzəli dietaya əməl edəsiniz. Bunu əsas sirri odur ki, 7 gün ərzində siz qida qəbu

turlar.az

geymler 2026 qis geyimləri 2026 geyim və ayaqqabılar qonaq otagi dizayni donlar 2026 qazan katleti qadin.net kosmetika novruz bayramina aid hakistalar webnem tovuzlu şirin qoğal zəhmət üzeyir hacıbəyli