Qəfildən ürəkbulanma insultun əlaməti ola bilər
Əgər ailənizdə anevrizma və ya ürək xəstəliyi, infarkt varsa, bu barədə həkiminizə məlumat verməyiniz yaxşı olar, çünki bu, insult riskinizi artıra bilər.
Milli.Az "Medicina"-ya istinadən xəbər verir ki, insulta çox vaxt qan laxtalanması səbəb olur, lakin bəzən beyindəki qan damarının yırtılması ilə də bağlı ola bilər.
İnsultun fərqli simptomları var. Qəfil başlayan ürəkbulanma və qusma da xəbərdarlıqdır.
Birtərəfli zəiflik, görmə dəyişiklikləri və ya periferik görmə itkisi, koordinasiya itkisi, qeyri-sabit yeriş, başgicəllənmə,ani şiddətli baş ağrısı,insan özünü yorğun hiss etməsi, bədənin bir tərəfində uyuşma və qıcıqlanma və ya hissiyat itkisi də yanaşı ola billər.
Əgər birinin insult keçirməsindən şübhələnirsinizsə, düşünmədən təcili yardım çağırmaq və ya təcili yardım mərkəzinə getmək lazımdır.
İnsultun iki əsas növü var. Qan laxtalanması səbəbindən qan tədarükü dayandırıldıqda işemik insult meydana gəlir
İnsult əlamətləri: üzdə, qolda və ya ayaqda hiss edilir.
Bu, bütün halların təxminən 85 faizini təşkil edən ən çox yayılmış insult növüdür. Halbuki hemorragik insult, beyni qanla təmin edən zəifləmiş damar yırtıldıqda baş verir.
Milli.Az / news.milli.az









Vətən haqqında bayatılar
Kişiləri ehtiraslandıran sözlər
Yuxuda sevdiyin insanı görmək
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Röyanın adından dələduzluq - FOTO
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi