Qəhvə beyinə necə təsir edir? - Maraqlı araşdırma

Qəhvə beyinə necə təsir edir? - Maraqlı araşdırmaYeni bir araşdırmaya görə, müntəzəm qəhvə istehlakı yaşlı insanlarda demans riskini azalda bilər, lakin bu, yalnız şəkərsiz, kofeinli qəhvəyə aiddir.
Milli.Az xəbər verir ki, qəhvə istehlakı ilə demans riski arasında əlaqə Böyük Britaniyada 40-69 yaş arasında olan 200.000-dən çox insanın tibbi məlumatlarının təhlili zamanı aşkar edilib.
Tədqiqatçılar bu insanların nə qədər tez-tez qəhvə içdiklərini, həmçinin tədqiqata başladıqdan sonra doqquz il ərzində onlara demans diaqnozu qoyulub-olmadığını araşdırıblar.
Tədqiqat məqaləsində deyilir: "Kofeinli qəhvənin, xüsusilə də şəkərsiz qəhvənin istehlakı Alzaymer, eləcə də Parkinson xəstəliyinin inkişaf riskinin aşağı olması ilə əlaqələndirilir. Bununla belə, şirinləşdirilmiş qəhvə üçün belə bir əlaqə müşahidə edilməyib".
Tədqiqat iştirakçıları istehlak etdikləri qəhvə miqdarına görə beş qrupa bölünüblər: kofe içməyənlər, gündə 0-1 stəkan içənlər, 1-2 stəkan, 2-3 fincan və 3 stəkandan çox içənlər.
Gündə 3 stəkandan çox qəhvə içən qrupda demensiyanın ən az rastlanması qeydə alınıb. Ümumilikdə, müntəzəm qəhvə içənlərin qəhvə içməyənlərlə müqayisədə Alzaymer xəstəliyinə tutulma riski 34%, Parkinson xəstəliyinə tutulma riski 37% və neyrodegenerativ xəstəliklərdən ölmə riski 47% daha az idi.
Tədqiqatçılar kofeinin beyinə qoruyucu təsir göstərə biləcəyini, şəkər və süni dadlandırıcıların isə onun faydalarını zəiflədə biləcəyini irəli sürürlər. Ancaq bu fərziyyələri təsdiqləmək üçün əlavə tədqiqatlara ehtiyac var./lent.az
Milli.Az

Xəbərlər     Baxılıb: 1924   Tarix: 01 fevral 2025
f Paylaş

Oxşar xəbərlər

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

turlar.az

toy gecesi hamilelikde qidalanma gozel gorunmek şəkillər baş gicəllənməsi yagli saclar ucun meslehetler hamilelik kosmetika opusme arıqla veten seirleri vetene aid bayati sac modelleri