Qəhvənin orqanzimə ZƏRƏRLƏRİ AÇIQLANDI - Düz 15

Qəhvənin orqanzimə ZƏRƏRLƏRİ AÇIQLANDI - Düz 15Nədən bu içki dünyada bu qədər rəğbət qazanıb və eyni zamanda bir çox xəstəliklərdə həkimlər tərəfindən qadağan edilir? Elm bu barədə nə deyir?
Milli.Az "Medicina"-ya istinadən Qəhvənin əsas (lakin yeganə olmayan) aktiv maddəsi kofeindir. Qəhvə müxtəlif insanlara fərqli təsir göstərir. Kimisə mükəmməl şəkildə canlandırır, kim isə ondan yatmağa meyillidir.
Məlum oldu ki, səbəb bizim genlərimizdədir. Bütün günü gümrah olacağımıza və ya günün sonunu səbirsizliklə gözləyəcəyimizə qərar verən məhz onlardır.
Orqanizmdə kofein qaraciyərdə metabolizə olunur və onun qanda konsentrasiyası qaraciyər fermentlərinin aktivliyindən asılıdır. İstehlak olunan kofeinin 90% -dən çoxunun parçalanmasına cavabdeh olan əsas ferment sitoxrom sisteminin fermenti - CYP1A2-dir (eyni adlı gen tərəfindən kodlanır).
Bu fermentin müxtəlif variantları (CYP1A2 genindəki polimorfizmdən asılı olaraq) müxtəlif aktivliyə malikdir; bu aktivlikdən asılı olaraq insanlar kofeini müxtəlif sürətlə metabolizə edir və bu baxımdan iki qrupa bölünür:
- fermentin aşağı aktiv forması ilə. Aşağı CYP1A2 aktivliyi olan insanlar kofeini ləng parçalayır, kofenin onlara təsiri daha uzun və daha güclüdür; effekti davamlı olduğundan arzuolunmaz təsirlərin ehtimalı artır. Onlara yavaş metabolizatorlar deyilir.
- fermentin yüksək aktiv forması ilə. Kofeini tez parçalayırlar, buna görə də təsiri qısamüddətlidir. Belə insanlara sürətli metabolizatorlar deyilir. İstədikləri effekti əldə etmək üçün onlara daha çox kofein lazımdır.
Effektin müddəti, genetika ilə yanaşı, digər amillərdən də asılıdır - bu, zərərli vərdişlər (siqaret, alkoqol), xəstəlik, qidalanma, fiziki aktivlik, dərmanlardır (bəzi dərmanlar, məsələn, hormonal kontraseptivlər kofeinin yarımparçalanma dövrünü üç dəfə artırır).
Yanlış məhsul əsrləri aşa bilməzdi... Yorğun halda vacib işləri görmək üçün enerjini artırır, ətri və dadı insana zövq verir. Bir sıra xəstəliklərdə (Parkinson xəstəliyi, ürək-damar xəstəlikləri) qəhvənin faydalarından bəhs edən elmi məqalələr var. Az miqdarda istifadəsi yaxşı həzmi (duz turşusunun azad olması, rahat öd ifrazı və pankreatik fermentlərin aktivləşməsi) təmin etməklə mükəmməl sağlamlığın zəmini və xroniki xəstəliklərin profilaktikasıdır.
Bundan əlavə, ödqovucu təsiri ödün qatılaşmasının və daş əmələgəlmənin, qaraciyər xəstəliklərinin qarşısını alır. Saya əzələlərin tonusunu artırmaqla bağırsaqların aktivləşdirilməsi qaraciyərə kömək edərək orqanizmi detoksikasiya edir. Desertə qəhvə vermək ənənəsi içkinin bu xüsusiyyətlərilə bağlıdır.
Ancaq qəhvə haqqında bunları da bilmək vacibdir...
- Kofein beyin damarlarının daralmasına səbəb olur ki, bu da beyin qan axınının və beyində oksigen təzyiqinin azalması, beyin qan təchizatının zəifləməsi ilə müşayiət olunur
- Qəhvə orqanizmdən müxtəlif mikro- və makroelementlərin xaric edilməsini təşviq edir (kalsiumun çıxarılmasını artırır, bu da osteoporoza səbəb ola bilər; B1 vit. orqanizmdən çıxarır, dəmirin sorulmasını zəiflədir).
- Beynin neyrotransmitter sistemlərinə təsir edir (kortizol səviyyəsini artırır=çəki artımı, ürək xəstəlikləri, diabet). Kofein, dopamin səviyyəsini amfetaminlər kimi artırır. Kofein həmçinin serotoninlə rəqabət aparır, əhval dəyişikliyi və depressiya riskini artırır.
- Dehidratasiya. Kofein orqanizmdə parçalandıqda dimetilksantin əmələ gəlir ki, bu da suyun xaric edilməsinə təkan verir. Qeyri-kafi su qəbulu ilə birlikdə kofeinin tez-tez istifadəsi xroniki susuzlaşmaya və bununla əlaqəli problemlərə gətirir.
- Adenozin sistemi həddindən artıq yorulmaqdan qoruyan, resurslara qənaət edən və oyanma-yuxu dövrünü tənzimləyən anti-stress sistemidir. Kofein "sakitləşdirici" adenozin sistemini bloklayıb insanda narahatlıq hissi oyadır; bu müdafiə sistemini "qırıb", orqanizmin "çətin gün" üçün ayrılmış resursları xərcləməsinə səbəb olur.
Beləliklə,kofeindən istifadə edən insan yorğunluqdan qorunmur.
- Hormonal balansa təsir edir. Kofein müvəqqəti olaraq "canlandırıcı" adrenalin səviyyəsini artırsa da, sonradan yorğunluq və depressiyaya səbəb ola bilər. Stress hormonlarının, o cümlədən norepinefrin və xüsusilə kortizol səviyyəsinin artması ürək yığılmalarını və qan təzyiqini artırır.
-Mədə şirəsinin ifrazını gücləndirir, belə ki, kofeinin yeməksiz istifadəsi qastrit və hətta mədə xorasına səbəb ola bilər.
- Qəhvə qanda qlükoza səviyyəsini artırır və karbohidratların sorulmasını sürətləndirir. Qəhvə-kortizol-qlükoza-insulin = metabolik pozulmalar (çəki artımı, insulindirənci, iştahın artması və yağlı qidalara meyillik, qarın piylənməsi = ürək-damar xəstəlikləri üçün risk faktoru).
-Kofein qanda xolesterinin nisbi tərkibinin artmasına səbəb ola bilər, qan laxtalanma ehtimalını artırır.
- Kofein yuxu keyfiyyətini pisləşdirir.
-Qadınlar kofeinə kişilərə nisbətən daha həssasdırlar. Bunun səbəbi qadın hormonlarının (estrogenlərin) orqanlarda kofeinin paylanma sürətinə təsiridir.
-Həddindən artıq kofein əsas qalxanabənzər vəzi hormonun - triyodotironinin (T3) aktivliyini azaldır. Bu, maddələr mübadiləsinin tədricən yavaşlamasına səbəb olur.
-Kofeinli içkilərin istifadəsi gündəlik stresin zərərli təsirlərini, xarici streslərə qarşı reaksiya intensivliyini gücləndirir.
- İfrat qəbulda davranış pozulmalarına səbəb ola bilər (müxtəlif psixi pozulmalar).
-Kofein asılılıq riskini, siqaretə, spirtli içkilərə aludəçiliyi artırır. Məlumdur ki, qəhvə həvəskarları ondan çəkinənlərə nisbətən daha çox piylənmədən əziyyət çəkir, daha çox siqaret çəkir, spirtli içki qəbul edir, müxtəlif sakitləşdirici dərmanlardan daha tez-tez istifadə edirlər.
- Siqaret kofeini metabolizə edən fermentlərin aktivliyini artırır, ona görə də siqaret çəkənlər çəkməyənlərlə müqayisədə 50% daha yüksək metabolik sürətə malikdir. Yəni siqaret çəkənlərdə kofeinin təsiri daha qısamüddətli olur və onlar daha çox qəhvə içir.
Buna görə də: qəhvənin hər bir insana təsiri fərdi və onun genetikası və vərdişlərindən asılıdır. Hər şeydə olduğu kimi, burada da "qızıl orta" qaydasına arxalanıb qədim içkidən maksimum fayda almaq olar. Zərərli olan içki deyil, onun yanlış istehlakıdır.
Kofe içdikdə yuxarıda qeyd olunan problemlərdən uzaq olmaq üçün arzuolunandır:
-Təbii dənəvər qəhvə içmək (həll olunan surroqatlar yox)
- qədərə riayət etmək - yəni genetik dözümsüzlük, adrenal tükənmə, CFS (xroniki yorğunluq sindromu) olduqda içməyin. Bu hallarda kofeinlə stimulyasiya vəziyyəti daha da pisləşdirir.
- Sidikqovucu təsirini nəzərə alaraq, yanaşı daha çox su içmək
- Mineralların yuyulmasını nəzərə alaraq, onların əlavələrini (dəmir, maqnezium) qəbul etmək.
- Mədə-bağırsaq traktında problemlər olduqda acqarna içməməmk, çünki mədə sekresiyasının gücləndirilməsi və ödün xaric olması iltihabi prosesləri (qastrit, xoralar, xolesistit) ağırlaşdıra bilər.
- Gündəlik 400 mq kofein miqdarını aşmamaq (bir dəfəyə 200 mq) - Yuxu problemi yaşamamaq üçün günün birinci yarısı içmək.
- Kofeni müntəzəm olaraq deyil, ona məna verib ara-sıra için, yəni kofeinin gücündən təyinatı üzrə istifadə etmək - Hər kvartalda bir həftəlik kofein detoksu etmək - Mədə və öd kisəsinin funksiyasının azalmasında, öd axınının zəifləməsində - yeməkdən bir qədər sonra az miqdar təbii qəhvə içmək.
Bununla yanaşı, kofe (eyni zamanda spirtli içki, siqaret və s.) qəbulundan sonra yaranan problemləri (ürəkbulanma, qusma, sinir qıcıqlanması (oyanıqlıq, əsəbilik), yuxusuzluq, mədə-bağırsaqda diskomfort (gəyirmə, köp) təbii tərkibli biotənzimləyici Nux-vomica Homaccord preparatı ilə aradan qaldırmaq olar.
İki saat ərzində hər 15 dəqiqədən bir 10 damcı qəbul edib, bir neçə gün isə 10 damcı ilə 3 dəfə qəbulu bu simptomları azaldıb, vəziyyəti yaxşılaşdıracaq.
Həmçinin, Nux-vomica Homaccord orqanizmin planlı detoksikasiyası üçün uğurlu seçimdir. İldə iki dəfə icra olunan detoks proqramında limfodrenaj preparatı Lymphomyosot ilə limfa və həzm traktı vasitəsilə orqanizmi fizioloji və toksiki metabolitlərdən azad edib, bu sistemlərin fəaliyyətini dəstəkləyərək xəstəliklərin yaranmasını profilaktika edir.
İstifadə qaydası: hərəsindən 10 damcı 3 dəfə yeməkdən 30 dəq əvvəl- 1 ay

Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 1072   Tarix: 07 mart 2023
f Paylaş

Oxşar xəbərlər

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

turlar.az

geymler 2026 gözəllik məhsulları qadin dunyasi badimcan murebbesi cinsi zəiflik hamiləlikdən sonra yuxa tortu kosmetika bayatilar novruza aid hakistalar efsaneler zəhmət opusme