Qəhvəyi ləkələrin sirri – Müalicəsi varmı?

Qəhvəyi ləkələrin sirri – Müalicəsi varmı?Bir çox insanlarda yaş irəlilədikcə əllərin, üzün, qolların dərisində irili -xırdalı qəhvəyi ləkələr formalaşır. Bəziləri bunu yaşlanmanın əlaməti kimi normal qarşılayır, bəziləri isə qorxur, kompleks keçirir və müalicə yolları axtarır.
Milli.Az medicina.az-a istinadən dəridə tünd qəhvəyi ləkələrin yaranma səbəbləri və müalicə metodlarını təqdim edir.
Bu ləkələr melaninin normadan çox sintezi nəticəsində meydana gəlir. Bu piqment gözlərə, saçlara, dəriyə rəng verir.
Bəs nəyə görə əvvəl ləkəsiz olan dəridə müəyyən zamand belə ləkələr yaranır?
-Ətraf mühit, iqlim, günəş təsiri - Ultrabənövşəyi şüaların təsiri, solyariy, qaralma melanin sintezini pozur.
-Hormonal disbalans - hamiləlikdə çox qadınlarda bu ləkələr yaranır. Amerika Dermatologiya Akademiyasının məlumatına görə,  hormonal statusun dəyişməsi melanodermiyanın- dəridə həddən artıq çox melaninin toplanmasına səbəb olur.
-Bir çox dərmanların əks-təsiri - adətən qeyri-steroid preparatlar, antibiotiklər, tetrasiklin, psixotrop dərmanlar belə ləkələr yaradır.
-Eləcə də dəri travması, iltihabi proseslərdən sonra da ləkələr qalır.
Amma bu ləkələr bir müddətdən sonra gedir.
-Şəkərli diabet - bu xəstələrdə diabetik dermopatiya yaranır.
Həkimlər bildirir ki, ləkərin rəngi, nə dərəcədə tünd olması pasiyentin yaşı və dərisinin tonusundan asılıdır.
Əgər ləkə çox tünd deyilsə, 12 ay ərzində itə bilər.
Müayinə və müalicə
Qəhvəyi ləkələr üçün kosmetola yox, dermatoloqa müraciət olunmalıdır. Diaqnostika üçün xüsusi lampa, böyüdücü şüşə, analizlər, testlər istifadə olunur.  Əgər ləkələrin səbəbi ciddi pozulma, xəstəlik deyilsə, sırf estetik həlli üçün dermatoloq ağardıcı kremlər, mazlar, lazer təyin edə bilər. Tünd ləkələrin aradan qaldırılması üçün impulslu işıq lazerindən istifadə olunur.
Mikrodermabraziya - xüsusi aparatla dərinin xarici qatını soymaqla yeni kollagen sintezine nail olub, ləkəni yox etməyə kömək edir.
Krioterapiyada - dərinin üst qatına soyuq maye azotla təsir olunur. Bu zaman dəri yenilənir.
Aptek mazları içərisində isə hidroxinon tərkibli mazlar seçilir ki, bunlar da melanin sintezini azaldır.
Profilaktika üçün yaz aylarından payızın sonuna kimi günəşdən qorunmaq və açıq dəri səthinə SPF kremlər çəkmək, akne, sızanaqlı dərinin mexaniki zədələnməsinin qarşısını alıb, peşəkar dermatoloqda müalicə etmək, keyfiyyətli kosmetika və kremlərdən istifadə lazımdır.
Bəzən tünd ləkəni melanomadan ayırd edə bilmirlər. Çünki dərinin rənginin dəyişməsi dəri xərçənginin də əlaməti ola bilər. Əgər həmin yeri basanda ağrı varsa, ləkənin ətrafı qanayırsa, qaşınırsa, rəngini, ölçüsünü dəyişirsə, mütləq onkoloq dermatoloqa üz tutun.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1387   Tarix: 23 aprel 2022
f Paylaş

Oxşar xəbərlər

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

turlar.az

qadin sayti makiyaj etmek qaydalari makiyaj instagram boyurtken kompotu nagillar südlü şirniyyat goy qursagi nece yaranir kosmetika aysel azərbaycan gulmeli hakista tanisliq lakonizm