Qətlə yetirilən müğənninin bacısı danışdı: 'Kaş hamınız Yaqut kimi namuslu olardınız

Qətlə yetirilən müğənninin bacısı danışdı: 'Kaş hamınız Yaqut kimi namuslu olardınız"Kaş şou-biznesdəkilərin hamısı mənim bacım kimi namuslu olardı".
azxeber.com xəbər verir ki, bu sözləri həyat yoldaşı tərəfindən qətlə yetirilən müğənni Yaqut Nərimanın bacısı jurnalist Şəlalə Nəriman sosial şəbəkə hesabında açdığı canlı yayım zamanı deyib.
O, izləyicilərin "Bacınızın ölümü ilə özünüzü reklam edirsiniz" şərhlərinə əsəbiləşib və iddiaları cavablandırıb:
"Ağzımı açıb bir söz deyən kimi deyirsiz özünü reklam edir. Mənim reklama ehtiyacım var? Mən reklam edib nə edirəm? Bacımı geri qaytaracam? Bacımın vəfatından sonra mənə nə televiziya maraqlıdır, nə jurnalistika maraqlıdır. Efirə çıxıram, bacımın ruhu şad olsun deyə çıxıram".
Daha sonra jurnalist məhkəmə prosesində yaşananlardan danışıb:
"Məhkəmə zalında o qatil qalxdı ayağa. Hakim sual verdi ki, qısqanclıq zəminində öldürmüsən? Dedi ki, hə. Hakim soruşdu tutmusan, sübutun var? O da dedi ki, yox. Sms görüb, o da işlə bağlı olub. Deyir elə bildim ki, sevgililəridir.  Hamımızın telefonunda işlə bağlı kişi nömrələri var. Can da deyirik, qurban olum da deyirik. Deməli hamısı sevgilimizdir? Hələ məhkəmə davam edir. Ayın 14-ü ikinci məhkəmə olacaq. Yalan məlumat və başlıqlarla bu xəbərləri yayanları şikayət edəcəyəm. Kaş ki, hər kəs mənim bacım kimi namuslu olardı. Evini atam alıb, bağı birlikdə tikmişik, maşınını da satıb borclarını vermişəm".
Qeyd edək ki, məhkəmədə müğənninin həyat yoldaşı, Yaqutun telefonunda mesajlar və zənglər gördüyünü və onu namus üstündə qətlə yetirdiyini bildirib.
Aysel

Şou Biznes     Baxılıb: 1359   Tarix: 02 fevral 2024
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Survivor 2027'nin kapitanları onlar oldu

"Survivor 2027"nin yeni mövsümünün detalları bəlli olub. Layihənin aparıcısı Acun Ilıcalı ikiqat çempionlar Turabi Çamkıran və Ogeday Girişkenin yeni mövsümdə komanda kapitanı olacağını açıqlayıb. Könüllü iştirakçıla

.

P.Diddi həbsxanadan xəstəxanaya aparıldı

Amerikalı reper P.Diddi (əsl adı - Şon Kombs) başından aldığı xəsarətə görə saxlanıldığı həbsxanadan təcili olaraq xəstəxanaya aparılıb. Bu barədə TMZ nəşri Nyu-Cersi ştatındakı Fort-Diks federal cəzaçəkmə müəssisəsindək

.

Rihanna övladları ilə - Fotolar

Məşhur müğənni Rihanna bir reklam çəkilişi üçün övladları ilə birlikdə eyni tərzdə geyinərək kamera qarşısına keçib. Müğənni həmin fotoşəkilləri özünün "Instagram" səhifəsində paylaşıb. Onlar "Savage X Fenty"

.

Əfsanəvi DATO və Bravo Metehi Bakıda konsert verəcək

Gürcüstan musiqisinin tanınmış simaları DATO və əfsanəvi Bravo Metehi qrupu Bakıda pərəstişkarlarının qarşısına çıxacaq. xəbər verir ki, DATO və Bravo Metehi qrupunun konserti 3 noyabr 2026-cı il tarixində Heydər Əliyev Sarayınd

.

Anasının dəfninə getməyib "TikTok"da sərvət qazanmışdı - Səbəbini açıqladı

Türkiyəli məşhur şoumen Mehmet Ali Erbil aylar sonra anası Yurdagül Ekenin dəfn mərasimində iştirak etməməsinin səbəblərindən danışıb. O, uşaqlıq illərindən qalan incikliklərə toxunaraq anasını bağışladığını, lakin dəfn mərasimin

.

Ölən qızı 11 ay əvvəl boşanıbmış

Türkiyəli müğənni Atilla Taşın 14-cü mərtəbədən yıxılaraq həyatını itirən qızı Sezen Taşın keçmiş həyat yoldaşı Uğur Haliloğlu haqqında səsləndirilən iddialara cavab verib. Haliloğlu açıqlamasında Sezen Taşla 11 ay əvvə

.

Hande Erçel iranlı rejissorun filmində baş rolu canlandıracaq

Türkiyənin məşhur aktrisası Hande Erçel hadisələri Almaniyada cərəyan edən "Diaspora" adlı dram filmində baş rolu canlandıracaq. Bu barədə "Deadline" nəşri məlumat yayıb. Filmin rejissoru və ssenarist

.

Mehmet Ali Erbil hönkür-hönkür ağladı - 'Bunu uşaqlığıma bağışlayın

Türkiyəli məşhur şoumen Mehmet Ali Erbil səhnədə hönkür-hönkür ağlayıb. Məşhur şoumen "Hayatım Yalan" adlı təkadamlıq tamaşasında tamaşaçılar qarşısında uşaqlıq illərindən danışarkən duyğulu anlar yaşayıb. Erbi

.

"Hər həftə bir ev alırdım

Türkiyəli şoumen Mehmet Ali Erbilin sərvəti ilə bağlı açıqlamaları diqqət çəkib. Sənətçi bu barədə keçmiş həyat yoldaşı Tuğba Coşkunun yutub layihəsində danışıb. O, evli olduqları dövrdə daşınmaz əmlaka yatırım etdiklərin

turlar.az

kosmetik vasiteler yemek reseptleri toy gecesi salat reseptləri 2026 burcler hüquqşünas əkizlər bürcü kosmetika oglaq birlik haqqinda haxista efsaneler ana haqqinda bayati