Qeysəriyyə əməliyyatı uşağın beyin və immunitetini zəiflədir

Qeysəriyyə əməliyyatı uşağın beyin və immunitetini zəiflədirSon zamanlar ölkəmizdə qeysəriyyə əməliyyatlarının sayı artmaqdadır. Bir çoxları qeysəriyyə əməliyyatının təbii doğuşla müqayisədə daha "rahat və təhlükəsiz" hesab edir.
Lakin bu heç də belə deyil. Qeysəriyyə əməliyyatının bir çox fəsadları mövcuddur, və bəzi belə fəsadlar gələcəkdə uşağın sağlamlığına ciddi təsir edə bilər.
Corciya Universitetinin (ABŞ) alimləri qeysəriyyə əməliyyatı ilə bağlı yeni araşdırmanın nəticələrini açıqlayıb. Saglamolun.az xəbər verir ki, nəticələr PNAS jurnalında dərc olunub.
Alimlərin fikrinə görə, qeysəriyyə əməliyyatı gələcəkdə uşağın beyinin inkişafına mənfi təsir edir.
Həmçinin əməliyyat nəticəsində doğulan uşaqlarda immun sisteminin inkişafı prosesi də pozulur.
Uşaq dünyaya gəldikdən sonra onun beynində neyronların təbii məhv olması prosesi başlayır, hipotalamusda güclü aktivləşmə baş verir. Bu proseslər həm immun sistemi, həm də beyinin normal inkişafı üçün olduqca vacibdir.
Lakin qeysəriyyə əməliyyatından sonra beyinin bəzi hissələrində neyronların məhv olması ləngiyir ki, bunun nəticəsində immun hüceyrələrinin formalaşması və beyinin inkişafı da müəyyən dərəcədə ləngiyir.
Bundan əvvəl aparılmış araşdırmalar da göstərib ki, qeysəriyyə əməliyyatı nəticəsində doğulan uşaqların bağırsaq mikroflorası təbii doğuş nəticəsində dünyaya gələn uşaqlarla müqayisədə daha zəif olur. Bağırsaq mikroflorası isə immun sisteminə təsir edən ən ciddi amillərdən biri sayılır.
Bütün bunlar növbəti dəfə sübut edir ki, qeysəriyyə əməliyyatı yalnız istisna hallarda və buna ana və ya uşaq tərəfindən ciddi göstərişlər olduqda tətbiq olunmalıdır.
Saglamolun.Az

Ailə və Uşaq     Baxılıb: 1890   Tarix: 19 mart 2022
f Paylaş

Oxşar xəbərlər

.

Hamiləlik zamanı krampların qarşısını necə almalı?

Hamiləlik dövründə bəzi fizioloji və psixoloji təsirlər baş verir. Bu təsirlərdən biri Hamiləlik Kramplarıdır. Xüsusilə hamiləliyin ikinci trimestrində (təxminən 20 həftədən sonra) başlayan və bəzi hallarda çox ağrılı ol

.

9 aylıq uşağın inkişafı

9 aylıq inkişaf dövrü – bir çox körpələr üçün iməkləmədən, ayaq üstə durmağa, gəzməyə çalışma dövrü hesab olunur. bildirir ki, bəzi körpələr isə iməkləmədən də gəzə bilir. Bu da normal hal hesab olunur. - 9 aylıq körpəni

.

Uşaqlar kababdan niyə imtina edir? - GİZLİN SƏBƏBLƏRİ VARMIŞ

Azərbaycanda uşaqların müxtəlif kabab yeməmələrinin səbəbi, görəsən nədir?. Sağlamolun.az bunu araşdırıb. Məlum olub ki, uşaqlar bu səbəblərə görə kabab yeməkdən imtina edə bilər:. Dad üstünlükləri: Uşaqlar müxtəlif dad üstünlüklərin

.

Bu problem hamilə qalmağa mane olur

Hamilə qalaraq dünyaya övlad gətirmək hər bir qadının arzusudur. Ancaq bu bəzilərində elə də asan həyata keçmir. Bəzi qadınlar uzunmüddət hamilə qala bilmir və ya  düşüklə nəticələnir. Yaranan vəziyyətin səbəblərindən bir

.

Qadınları orqazma çatdıran 7 seks pozası

Seks həyatına bir az rəng qatmaq və daha çox həzzli hala gətirmək üçün hal-hazırda tətbiq olunan mövqeləri bir az modifikasiya etmək lazımdır. Budur, qadınların orqazma çatmalarını asanlaşdıran 7 seks pozası… Ən sadə sevişm

.

Uşaqlarla istirahətə gedərkən bunları nəzərə almaq lazımdır

Yay aylarında bir çox valideynlər övladlarını istirahət düşərgələrinə göndərirlər. Belə səfər həm uşağın inkişafında mühüm mərhələ ola bilər, həm də ciddi psixoloji sarsıntılara səbəb ola bilər. Bu fikri müsahibəsində uşa

.

Körpələrdəki bişməcə nədən yaranır, qarşısını necə alaq? - HƏKİM MƏSLƏHƏTİ

"Bişməcə (diaper dermatit) yeni doğulmuş uşaqlarda (ilk 2 il) tez tez rast gəlinir. Alt bezin olduğu nahiyələrdə, genital orqanlar hissələrində rast gəlinir". Bu barədə pediatr Gülnar Abdullayeva -a açıqlamasınd

.

Əl, ayaq və ağızda səpkilər – Su çiçəyidir yoxsa?

Ağızda, əllərdə və ayaqlarda ağrılara səbəb olan, qabarcıq və səpkilərlə irəliləyən əl-ayaq və ağız xəstəlikləri son günlərdə daha çox rast gəlinir. Hər yaş qruplarında müşahidə olunsa da, daha çox uşaqları hədəf alır. Mövz

.

Ana südü xərçəngin dərmanıdır

Ana südü yeni doğulmuş körpənin qida ilə bağlı bütün tələblərini ödəyən zəngin qida məhsuludur. Aparıcı səhiyyə təşkilatlarının, o cümlədən, Amerika Pediatriya Akademiyası və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən

turlar.az

kosmetoloq geyim və ayaqqabılar reseptler sharlotka resepti aloy gulunun faydasi vaginal təmizlik cagatay ulusoy kosmetika novruz hakisdalari buga burcu cinsi elaqe ariqla sanamalar