Qeytsdən PEYVƏND XƏBƏRDARLIĞI: Koronavirus məhv edilməzsə, gələcəkdə...
Milyarder Bill Qeyts koronavirusdan qorunmaq üçün üç peyvəndin lazım olacağına inanır.
Publika.az xəbər verir ki, "Microsoft"un qurucusu bunu yeni ştamların meydana çıxması və dünyada aktiv yayılması ilə əlaqələndirib.
"Üçüncü dozaya və ya dəyişdirilmiş peyvəndə ehtiyacımız olub-olmaması hazırda müzakirə olunan əsas məsələlərdəndir. ABŞ-da peyvənd hazırlayan beş şirkətin hamısı belə bir modifikasiyanı və iki doza qəbul etmiş insanlara üçüncü inyeksiyanın vurulacağını istisna etmir. Koronavirus məhv edilməzsə, gələcəkdə əlavə peyvəndlər tələb oluna bilər", - Qeyts CBS-yə verdiyi müsahibədə deyib.
Qeyd edək ki, B.Qeyts "AstraZeneca", "Johnson & Johnson" və "Novavax" peyvəndlərinin koronavirusun daha yoluxucu ştamlarına qarşı nə qədər təsirli olduğunu müəyyənləşdirmək üçün Cənubi Afrikada aparılan tədqiqatları maliyyələşdirir.
Aytən Məftun









Arzuolunmaz hamiləlik
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Yuxuda sevişmək nəyə yozulur?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
"Eşref Tek" nə vaxt yayımlanacaq?
"Qızım babası kimi siyasətçi olacaq
Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı
Nev vəfat etdi
Rafet El Romanın azərbaycanlı nişanlısı - Foto
Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir