Qıcqırmanın müalicəsi

Qıcqırmanın müalicəsiQıcqırma - ayrıca bir xəstəlik olmayıb, müxtəlif xəstəliklərin əlamətidir. Ona görə də qıcqırmadan qurtulmaq üçün, bu xoşagəlməz əlamətə səbab olan xəstəliyi müalicə etmək lazımdır.
Qıcqırma daimi olmadıqda və ya hər hansı bir xəstəlik nəticəsində baş vermədikdə, yandırma hissiyyatını sakitləşdirən dərman maddələrindən istifadə etmək olar. Bunlar antasid preparatlar olub, qida borusunun selikli qişasını örtərək, onu mədə şirəsinin kəskin təsirindən qorumaq qabiliyyətinə malikdirlər. Bu halda suspenziya (maye) şəklində olan preparatlar daha yaxşı kömək edir. Yeri gəlmişkən, onu da qeyd etmək lazımdır ki, bu preparatları 3-4 həftədən artıq müddət ərzində qəbul etmək olmaz.
Qıcqırma zamanı "Borjomi", "Slavyanovskaya", "Narzan" və digər mineral sular yaxşı kömək edir. Müalicə ilıq (38-400) şəkildə 50-100 ml (1/4-1/2 stakan) həcmində mineral suyun qəbul edilməsi ilə başlayır. Yaxşı uyğunlaşma olduğu halda, müalicənin 3-4-cü gününə, bir dəfəyə qəbul edilən suyun miqdarını 1 stakana çatdırmaq olar. Qıcqırmanın olması şikayəti qeyd edildiyi halda, mineral suyu yeməkdən 30-40 dəqiqə sonra, yəni məhz qıcqırmanın baş verməsi gözlənilən zaman qəbul etmək lazımdır. Mineral sular yalnız qıcqırmanın qarşısını almır. Onlar həmçinin, mədə-bağırsaq sisteminin istənilən xəstəlikləri zamanı da yaxşı müalicəvi təsir göstərirlər.
Qıcqırma zamanı təcili yardım kimi 1 çay qaşığı zeytun və yə çaytikanl yağı (əlacsız qaldıqda - günəbaxan, qarğıdalı) içmək olar. Bu zaman effekt çox tez baş verir və uzun müddət ərzində qalır. Adi günəbaxan tumlarının yeyilməsi də qıcqırmaya qarşı yaxşı kömək edir.
Yeri gəlmişkən, qıcqırma zamanı çay sodası qəbul edilməsini həkimlər məsləhət görmürlər. Qələvi olan çay sodası ilə, mədə şirəsindəki xlorid turşunun qarşılıqlı təsiri nəticəsində, xeyli miqdarda karbon qazının hasil olması ilə gedən kimyəvi reaksiya baş verir. Bu qaz mədəni dolduraraq onun şişməsinə səbəb ola bilər. Əgər bu zaman mədədə əvvəlcədən də xora, eroziya mövcud olarsa (bu zaman mədənin divarı nazilmiş olur), bu, həmin nahiyədə mədənin deşilməsi və mədə möhtəviyyatın qarın boşluguna düşməsi ilə nəticələnə bilər. Bu halda isə, həyat üçün çox təhlükəli olan və təcili olaraq cərrahi müdaxilə tələb edən peritonit inkişaf edir. Dəfələrlə və uzun müddət ərzində çay sodasının, xususilə də maye şəklində deyil, bıçaq və ya qaşığın ucunda qəbul edilməsi orqanizmin zəhərlənməsinə səbəb olur. Bu zaman baş ağrısı, zəiflik, qusma kimi əlamətlər baş verir.
Milli.Az

Xəbərlər     Baxılıb: 1049   Tarix: 11 sentyabr 2022
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

turlar.az

qaşların formalari geymler 2026 yemek reseptleri makaronlar içkilər ədəbiyyat testləri sağlamlığa aid atalar sözləri kosmetika xanım az kahfe kali atalar sözləri buga burcu bayatılarımızda vətən həsrəti