Qıcqırmanın profilaktikası

Qıcqırmanın profilaktikasıQıcqırma - bir çox xəstəliklərin, eyni zamanda, xroniki mədə bağırsaq sistemi xəstəliklərinin "sadiq" yolçusu olduğu üçün, onu tam şəkildə müalicə etmək mümkün deyil.
Lakin onun tez-tez baş verməməsinə nail olmaq tamamilə mümükündür.
Bunun üçün aşağıdakı bir sıra qaydalara əməl etmək lazımdır ki:
Həddindən artıq yemək yeməyin! Mədə həddindən artıq dolduqda və dartıldıqda, sfinkter zəiflədiyi üçün mədə şirəsi qida borusuna atıla bilər. Mədənizi nə qədər çox doldursanız qida borusuna atılan turşunun miqdarı da çoxalmış olacaq. Ona görə də, hər dəfə az midarda qida qəbul etməklə, gün ərzində 5-6 dəfə yemək
daha məqsədəuyğun hesab olunur. Yeməyi yavaş-yavaş yeyin, yaxşı
çeynənilmiş qida mədəni də qorumuş olur - qəbul edilmiş qidanın həzm edilməsi
üçün ona daha az mədə şirəsi və ifraz etmək və daha az vaxt sərf etmək lazım
gəlir.
Yeməkdən sonra 1-2 saat ərzində uzanmayın, qabağa əyilməyin, və hər hansı
ağır fiziki işlə məşğul olmayın. Bütün bu müddət ərzində bədəninizi vertikal vəziyyətdə saxlayın - gəzişin, ayaq üstə durun, əyləşin. Əks halda, mədədəki turşu və öd tez bir zamanda qida borusuna axa bilər. Əgər qida qəbulundan sonra siz mütləq uzanmaq istəsəniz başınızın altına bir neçə balış qoyun. Heç zaman son qida qəbulundan 2 saat keçməmiş yatmayın! Balışsız yatmaq da məsləhət görülmür - mədə şirəsinin yemək borusuna axmaması üçün baş, bədənə nisbətən bir qədər yuxarıda olmalıdır.
Dar paltar, qayış geyinməyin. Dar paltar beli əhatə edərək bağırsaqları da sıxır və mədə turşusunu qida borusuna doğru qalxmağa "məcbur edir".
Qızardılmış, konservləşdirilmiş, duzlu, yağlı qidanı, yağlı ət bulyonları, kəskin ədviyyatları (istiot, xardal) minimal miqdara qədər məhtudlaşdırın. Suda və parda bişmiş qidalar, ət və toyuğun (qaz və ördək olmaz!) isə yağsız növlərini yemək daha yaxşıdır. Qida rasionunuzdan təzə çörəyi çıxarın - ya suxari ya da dünəndən qalan bir qədər qurumuş çörək yeyin. Çovdar çörəyi, yağlı və qat-qat hazırlanan xəmir məhsullarıının qəbul edilməsi də əks-göstərişdir. Xiyar, ağ kələm, pomidor, ağ və qırmızı turp, göbələk, çiy soğan və sarımsaq, turşuya və marinada qoyulmuş tərəvəzlər, bütün paxlalı bitkilər, sitrus meyvələri, turş və yetişməmiş meyvə və tərəvəzlər də qıcqırma verə bilər. Bütün bu məhsullar metiorizm (mədədə qazların miqdarının artması) verərək mədənin genişlənməsinə və sfinkterin boşalmasına səbəb olur. Sfinkter bu təzyiqə dözməyərək bir qadər açılır, mədədə olan möhtəviyyatın bir hissəsi qida borusuna keçdiyi üçün qıcqırma baş verir. Tez-tez baş verən qıcqırmalar zamanı bu məhsulların qəbulunu minimal səviyyəyə endirmək lazımdır.
Tez-tez qıcqırması olanlara süd içmək də məsləhət görülmür. Çünki, süd də mədə turşuluğunu artıraraq metiorizmə səbəb olur;
Qazlı suların qəbulundan da imtina edin. Ona görə ki, qaz qabarcıqları da `mədəni genişləndirərək sfinkterin bir qədər boşalmasına səbəb olurlar. Tez-tez qıcqırması olanlar üçün kvas, pivə, çaxır və digər alkoqollu içkilərin qəbul edilməsi əks-göstəriş hesab edilir. Onlara həmçinin, tərkibində sfinkteri zəiflədən kofein maddəsi olan tünd çay, kofe və şokoladın qəbul edilməsi məsləhət görülmür.
Hamı bilir ki, siqaret çəkilməsi ürək-damar sistemi və ağ ciyərlər üçün zərərlidir. Ancaq bu vərdiş həmçinin, mədə-bağırsaq sisteminə də  mənfi təsir göstərir. Alkoqol kimi, nikotin də qida borusu ilə mədə arasında olan sfinkteri zəiflədir və bunun nəticəsində də mədə turşusu qida borusuna düşmüş olur.
Bəzi dərmanların (antidepressantlar, sakitləşdirici dərmanlar, aspirin və s.)  uzun müddət ərzində qəbul edilməsi qıcqırmanın yaranmasına səbəb ola bilər. Ona görə də, əgər siz hər hansı bir dərmanı uzun müddət ərzində qəbul edirsinizsə və sizdə qıcqırma yaranmışsa, bu barədə öz müalicə həkiminizə məlumat verməyiniz məsləhət görülür.
Qıcqırmanın bir "gözlənilməz" günahkarı da - stresdir. Stres zamanı mədə turşuluğu kəskin şəkildə yüksəlmiş olur ki, bu da qıcqırmaya səbəb ola bilər. Ona görə də özünüzü stressdən qorumağa çalışın.
Beləliklə, əgər siz özünüzdə tez-tez qıcqırma hiss etmiş olsanız, mütləq qastroenteroloqun qəbuluna yazılın. Çünki  "zərərsiz" hesab etdiyiniz qıcqırma, mədə-bağırsaq sisteminin ciddi xəstəliyinin əlaməti də ola bilər. O biri tərəfdən isə qıcqırmanın özü də ciddi ağırlaşmalara gətirib çıxara bilər (yemək borusunda eroziyalar, qanaxmalar və s.)
Milli.Az

Xəbərlər     Baxılıb: 1030   Tarix: 11 sentyabr 2022
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

turlar.az

qaşların formalari geymler 2026 yemek reseptleri makaronlar içkilər ədəbiyyat testləri sağlamlığa aid atalar sözləri kosmetika xanım az kahfe kali atalar sözləri buga burcu bayatılarımızda vətən həsrəti