Qidalanma zamanı arıqlamanıza mane olacaq 5 SƏHV

Qidalanma zamanı arıqlamanıza mane olacaq 5 SƏHVQidalanma zamanı səhvlər hamıda ola bilər. Amma bu səhvlər nəticə almağa mane olursa, bunları araşdırmaq məsləhətdir.
Milli.Az Lent.az-a istinadən xəbər verir ki, həkim Lamiyə Nəbibəyli qidalanma zamanı arıqlamaya mane olacaq əsas 5 səhv haqqında danışıb.
Həmin 5 səhvi təqdim edirik:
1-ci səhv: Qida qəbulunu dayandırmaq
Arıqlamaq istəyən insanlar elə hesab edirlər ki, nə qədər qida qəbulunun sayı az olarsa, daha tez arıqlayarlar. Lakin bu, belə deyil, hər qida qəbulunu buraxmaq orqanizm üçün bir stressdir. Adətən səhər yeməyini buraxırlar. Lakin səhər yeməyi qidalanmanın birinci və ən vacib elementidir. Səhər yeməyi hesabına qanda düşmüş şəkər normallaşır, orqanizm enerji alır, maddələr mübadiləsi normallaşır, gün ərzində ritmə start verilir. Ona görə də səhər yeməyinə diqqət etmək lazımdır.
2-ci səh: Boşqabınızda qida qurtarana qədər yemək
Bizi uşaqlıqdan elə öyrədirlər ki, mütləq boşqabdakı yemək bitməlidir. "Yeyib qurtarmasan, masadan durma" ifadəsi yəqin ki, bir çoxlarına tanışdır. Amma artıq siz böyümüsünüz. Qida porsiyasını özünüz kontrol edə bilərsiniz. Doymusunuzsa, boşqabı kənara çəkə bilərsiniz. Orqanizminizə "qulaq asmağı" vərdiş edin.
3-cü səhv: Bu sizin arıqlama üsulunuz deyil
Hansısa qidalanma metodu seçirsinizsə, onu yaxşı araşdırın. Çəki vermək üçün müxtəlif üsullar mövcuddur. Misal üçün, intervallı qidalanma, "6-dan sonra yemək olmaz" qaydası, monopəhrizlər( yəni eyni qidadan bir neçə gün və hətta həftə qəbul etmək) və.s. Yəni , sizin orqanizminə uyğun üsulu seçə bilərsiniz.
Amma unutmayın ki,
1. Ekspress-dietlərdən(" tez arıqlamaq " pəhrizləri) uzaq durun.Orqanizm qısa müddət içində çoxlu kiloqram itirə bilməz.Bu pəhrizlərin fəsadı olur.( indi də olmasa , sonra);
2. Aclıq-sizi arıq etməyəcək.Orqanizm qida maddələrinin çatmamazlığını gördükdə, "ekonom rejim aktivləşir". Nəticədə orqanizm yenidən bu çatışmamazlıq yaşamamaq üçün qəbul etdiyiniz qidanın çox hissəsini piyə çevirir.
3. Monopəhrizlərdə digər qidalarla sağollaşmaq məcburiyyətində deyilsiz.Bir qida ilə qidalanmaq orqanizm üçün asan deyil.
4-cü səhv: Həddən artıq çox maye qəbulu
Bəzən deyirlər ki, nə qədər çox maye qəbul edirsinizsə, bir o qədər yaxşıdır. Lakin bu belə deyil. Hər kiloqram çəkiyə təqribi 30 ml maye hesablamaq lazımdır. Yəni 80 kiloqram olan insan 2,4 litr maye istifadəsi kifayətdir.
5-ci səhv: Yağlardan imtina
Arıqlama marafonunda yağlardan (o cümlədən xeyirli yağlardan da) imtina edirlər. Bu da immunitetin zəifləməsində, hormonal pozğunluğuna, saçların tökülməsinə səbəb olur. Bəli, zərərli yağlardan( marqarin, fast-fud, çipslər və s.) imtina etmək lazımdır. Amma balıq, avokado, zeytun yağını istifadə etməklə sizin bədən ölçüləriniz pozulmaz.
Milli.Az  /news.milli.az

Xəbərlər     Baxılıb: 1378   Tarix: 12 iyun 2021
f Paylaş

Oxşar xəbərlər

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

turlar.az

toy makiyaji sekilleri kosmetik vasiteler gelinlikler ancelina colinin sekilleri yuxu yozmalar xərçəng bürcü saç düzümləri kosmetika ariqlamaq burcler haqqinda maraqlı baldiza aid rus dilin nece orenek