"Qırılmış qəlb sindromu" – Kardiomiopatiya nədir?
Gərginlik, həyəcan, stress, çox fikir çəkmək, depressiya insanda, xüsusən qadınlarda "qırılmış ürək sindromu"na səbəb ola bilər.
"Medicina" xəbər verir ki, güclü emosiyalar, qorxu və somatik xəstəliklər kardiomiopatiyaya gətirib çıxarır.
Bu zaman insan nə hiss edir.
Əsəb, gərginlik, həyəcan, münaqişə zamanı ürəkdə və kürək arxasında ağrı, yanma hissi olur.
Daha çox qadınlarda hormonal disbalansdan da ola bilər.
Qırılmış qəlb həqiqətən də real vəziyyətdir, ürək tutmasını imitasiya edir və ürək-qan-damar sisteminə zərərlidir.
Hindistan həkimlərinin sözlərinə görə, əsl ürək tutması, infarktdan fəqrli olaraq, bu sindrom qəfil başlayır, mütləq fiziki, emosianal səbəb olur, nəticədə ürək əzələsi qəfil zəifləyir. Tibdə bu hal Qerse sindromu, stress-kardiomiopatiya kimi yazılır.
88% halda qadınlarda menopauza ərəfəsi və estrogen hormonunun kəskin azalması ilə başlayır.
Bu sindrom hətta qəfil sevincli hadisə zamanı da ola bilər.
Əksər hallarda xəstə simptomları görmür, qarışdırır, ürəyində problem olduğunun fərqinə varmır.
Əsas əlamətlər:
- Döş qəfəsində ağrı
- Hava çatışmazlığı hissi
- Aritmiya, ritm pozulması
- Huşun zəifləməsi, sıxılma, baş gicəllənmə
- Bu problem həm yüngül, həm həyati təhlükəli ola bilər, müalicəsi var.
Milli.Az / news.milli.az









Vətən haqqında bayatılar
Kişiləri ehtiraslandıran sözlər
Yuxuda sevdiyin insanı görmək
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Röyanın adından dələduzluq - FOTO
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi