Qırışları aradan qaldıran möcüzəvi vasitə

Qırışları aradan qaldıran möcüzəvi vasitəQadınların əksəriyyəti dəri qocalmasının ilk əlamətlərini gizlətmək istəyir və öz növbəsində cavanlaşdıran üsullardan faydalanır.

Bəzi qadınlar bahalı preparatlar, ağrılı proseduralar sayəsində istəklərinə nail olur. Amma bu, yeganə çıxış yolu deyil. Bahalı proseduralardan istifadə etməyə başlamazdan əvvəl məsələni müstəqil şəkildə həll etməyə çalışın.

Təxminən yarım əsr bundan qabaq nənələrimizin nə botoksdan, nə gialuron turşusundan xəbəri yox idi. Onlar gözəlliyinin qayğısına illərin sınağından çıxmış təbii komponentlərdən ibarət xalq reseptləri ilə qalırdılar. Məsələn, təsirli və faydalı vasitə olan nişasta qırışların aradan qaldırılmasında böyük rol oynayır.

Nişastadan hazırlanmış istənilən maska dərini faydalı vitamin və zəngin minerallarla təmin edir. O, dərini kiçik qırışlardan xilas edən, vaxtından əvvəl qocalmanın qarşısını alan, onu ətraf mütinin xarici təsirlərindən qorumağa qadir olan unikal vasitədir. Regenerasiya təsirlərinə görə, maska bir çox kremlərin tərkibində də istifadə olunur.

Əgər siz dərinin dartılmasını istəyirsinizsə, onda bu maskadan istifadə edin. Bunun üçün 1 xörək qaşığı nişasta, yumurtanın ağı və kefir lazım olacaq. Bütün ərzaqları qarışdıraraq, 10-15 dəqiqə dəridə saxlayıb ilıq su ilə yuyun. Bu maskadan sonra dəriniz nəzərəçarpacaq dərəcədə elastik olacaq.

Dərini ağartmaq üçün 1 xörək qaşığı nişasta, 1 stəkan su, 1 xörək qaşığı xama və 2 xörək qaşığı kök şirəsi lazım olacaq. Bütün inqrediyentləri qarışdırdıqdan sonra üzdə 10 dəqiqə saxlayıb ilıq su ilə yaxalayın.

Dəriniz təbii parıltısını itiribsə, onun skraba ehtiyacı var. Odur ki, dərhal bu maskanı hazırlamağa başlayın. Maskanı hazırlamaq üçün 1 xörək qaşığı nişastanı 1 çay qaşığı duzla qarışdırıb içinə 1 xörək qaşığı bal əlavə edin. Maskanı üzə astaca masaj edərək çəkin. 3-4 dəqiqə masaj etdikdən sonra ilıq su ilə yuyun. Beləcə, xırda qırışlarla da vidalaşacaqsınız.

Əgər həssas dəri tipinə sahibsinizsə, o zaman ona incə yanaşmaq lazımdır. Maskanı hazırlamaq üçün 1 xörək qaşığı nişasta, 1xörək qaşığı südü, 1 çay qaşığı şaftalı yağını qarışdırın. Nəzərə alın ki, onu üzdə 15 dəqiqə çox saxlamaq olmaz.

Piqment ləkələrinin, görünən çillərin öhdəsindən gəlmək üçün 1 xörək qaşığı kartof nişastasına bir damcı limon şirəsi əlavə edib gözlərin və dodaqların ətrafını çıxmaq şərtilə üzünüzə çəkin. Maskanın effekti artıq ilk tətbiqindən sonra nəzərə çarpır. Limon şirəsini Hidrogen peroksidlə də əvəz etmək olar.

Nişastadan maska ilə yanaşı, əl-üz yuyucu vasitəsi kimi də istifadə etmək olar. Bunun üçün 1 litr təmiz su ilə 1 çay qaşığı nişastanı qarışdırın.
qadin.az

Gözəllik və Moda     Baxılıb: 9605   Tarix: 10 may 2016
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Saçınız nazikdirsə, heç vaxt belə kəsdirməyin

Hansı saç düzümləri incə saçları daha az həcmli göstərir: niyə stilistlər gündəlik görünüşlərdə bu formalardan çəkinməyi məsləhət görürlər. Beləliklə, bu modelləri təqdim edirik:. İncə saçlar üçün hansı saç kəsimləri uyğu

.

Tarixdə qadın gözəlliyi: Antik dövrlərdən indiyə qədərki inkişaf

Tarix boyu qadın gözəlliyi müxtəlif dövrlərin və mədəniyyətlərin tələblərinə uyğun olaraq dəyişmiş, zamanla fərqli ideal gözəllik anlayışları meydana çıxmışdır. Bu dəyişikliklər yalnız fiziki xarakteristikalarda deyil, hə

.

Kosmetoloqa gedə bilməyənlər bunları etsin

Qadınlar gözəllik salonlarına gedib, müxtəlif kosmetoloji prosedurlar etdirirlər. Amma bəzən vaxt azlığı və ya edilən prosedur üzdə o qədər də effektli olmur. Kosmetoloqların etdiyi prosedurlarla yanaşı üzə ev şəraitind

.

Kosmetik məhsullarda olan spirt dərini qurudur?

Kosmetik məhsulların tərkibində spirt olması mübahisəli məsələdir. Buna görə də çoxları tərkibində spirt olan məhsullardan imtina etməyə çalışır. Əgər etil spirtdən söhbət gedirsə, bu, kifayət qədər doğru bir qərardır. Yağl

.

Bu yağdan istifadə etməklə saç və kirpiklərinizi uzada bilərsiniz

Əgər sizin saçlarınız zəif görünür, tökülür və parlaqlığını itiribsə o zaman aşğıdakıları diqqətlə oxuyun. Siz saçlarınızın itirilmiş sağlamlığını bərpa etmək üçün bahalı kosmetik vasitələrdən və kimyəvi dərmanlardan ço

.

Duru gözəllikdən ifrat çirkinliyə: norma nədir?

Son illərdə qadınların ən çox seçdiyi estetik əməliyyatlardan biri olan ombaböyütmə estetikası ilə bağlı çox müzakirələr aparılır. Səbəbi də sadədir – qəribə bədən quruluşuna malik, sinəsi irəli, arxası geri, əyri görünüşl

.

Təbii gözəllik və onun qadın həyatına təsiri

Müasir dövrün inkişafı ilə birlikdə gözəllik anlayışları da sürətlə dəyişir. Texnologiyanın və media vasitələrinin təsiri altında, gözəllik standartları da daha çox süni tələblərə əsaslanmağa başlayıb. Lakin, son zamanla

.

Bu ilin məşhur makiyaj trendləri hansılar olacaq?

Makiyaj dünyası, hər il yeni trendlərlə zənginləşir və kosmetika sənayesi inkişaf etdikcə, istifadəçilər daha çox müxtəlif texnikalar və məhsullar ilə tanış olur. 2025-ci il üçün gözəllik dünyasında gözlənilən ən maraql

.

2025-in yaz aylarında makiyaj trendi

Bahar – dəyişiklik və eksperimentlər vaxtıdır. 2025-ci ilin yazında əsas diqqət minimalizmə yönəlir: sağlam və təravətli dəri görünüşü ön plandadır. Lakin gözlərdə və ya dodaqlarda istifadə olunan parlaq rənglər obrazınız

turlar.az

toy makiyajlari kosmetoloq hamilelikde qidalanma gəlinlik və toy dəbi baliq yaginin faydalari ərzaqlar bilincik resepti kosmetika novruz bayrami hakisda hamilelik gozde olar bayatı şirin qoğal