Qırmızı, acı bibər (Capsicum frutescens) haqqında

Qırmızı, acı bibər (Capsicum frutescens) haqqındaQırmızı və acı dada malik olan bibər boyu 60 santimetrə qədər qalxa bilən bibər kolunun məhsuludur. Bu bibər bostanlarda və iri sahələrdə tərəvəzçilər tərəfindən yetişdirilir. Qırmızı, acı bibərin iri ağ və ya bənövşəyi rəngə çalan çiçəkləri olur. O birillik bostan bitkisi olub, əsasən isti havalarda yetişir. Bibər istisevər bitki olub, acı dada və xüsusi qoxuya malikdir. Onun tərkibində olan fenol birləşmələri bolqar bibərinin tərkibində olduğundan qat-qat çoxdur. Onun ölçüləri adi qırmızı bibərin ölçüsündən kiçikdir. Qırmızı, acı bibəri qurutduqdan sonra toz halına salır və ədviyyat kimi istifadə edirlər.
Botanika elminə bibərin 2000-ə yaxın növü məlumdur. Onlar bir-birindən rənglərinə, formalarına və yandırıcılıq qabiliyyətinə görə fərqlənirlər. Ən məşhur bibər növü isə çili bibəri sayılır.
Qırmızı, acı bibər (Capsicum frutescens)nın Tərkibi
Acı bibərin tərkibində çoxlu efir və müxtəlif yağlar, boyaq maddələri, P, B1, B2, C vitaminləri var. Onun tərkibində acı dadın meydana çıxmasına səbəb olan kapsaisin şirin bibərin tərkibində olandan 20 dəfə çoxdur. Bu bibərə çox toxunduqda dəridə yanıq izləri əmələ gələ bilir. Avropa ölkələrinin əhalisi acı bibərdən Afrika ölkələrinə nisbətən az istifadə edilir.
Qırmızı, acı bibər (Capsicum frutescens)nın Xeyri
Yandırıcı bibər ən yaxşı iştahaçıcı dərman sayılır. Bu məqsədlə bəzən onun spirtdə saxlanılmış cövhərindən istifadə edilir. Bu qarışım gündə 10-15 damcı qəbul eləmək iştahanı normallaşdırır. Bu ürəyin, böyrəklərin, mədənin işini də rahatlaşdırır.
Acı istiot bağırsaq narahatçılıqlarından əziyyət çəkən xəstələr üçün əsil dərman sayılır. Belə ki, acı bibər güclü bakteriasid təsirə malikdir. Onu miozitlər, revmatizm, poliartrit, podaqra, yuxarı tənəfüs yollarının kataral xəstəlikləri zamanı yeməkdə fayda var. Ondan hazırlanan mazlar və kremlər əzələ və oynaq ağrıları zamanı istifadə edilir.
Ev şəraitində də acı bibər yağı hazırlayaraq ağrılar əleyhinə istifadə eləmək mümknüdür. Bunun üçün acı bibərdən cövhər hazırlayıb üzərinə miqdarından 3 dəfə artıq bitki yağı əlavə edərək ağrıyan yerlərə sürtmək lazımdır. Bu mazlar donma zamanı çox faydlıdır. Acı bibərdən müxtəlif plastrlar da hazırlanır ki, bu plastrlar ağrını aradan qaldırmaq üçün istifadə edilir.
Acı bibərdən turşuların hazırlanması zamanı geniş istifadə edilir. Onu tək halda da marinadlaşdırıb müxtəlif yeməklərin hazırlanması zamanı istifadə edilir.
Qırmızı, acı bibər (Capsicum frutescens)nın Ziyanı
Acı bibər müxtəlif digər qida vasitələri kimi hamıya eyni təsir bağışlamır. Stenokardiyası, xəstə böyrəyi olanlara acı bibər yemək olmaz. Qara ciyərin kəskin xəstəliklərindən əziyyət çəkənlərə də acı bibər yemək tövsiyə edilmir. Acı bibər yemək bəzi adamlarda dəri qaşınmalarına səbəb ola bilir. Bibərdən istifadə etdikdən sonra əlləri yaxşıca yumaq lazımdır. Bibərə toxunmuş əllərlə gözlərə toxunmaq gözlərin yanmasına səbəb olur. Acı bibər ağızı yandırdıqda su ilə yanğı hissini yatışdırmaq mümkün olmur. Amma, qatıq və ya süd qəbul eləmək yanğı əlamətlərinin azalmasına səbəb olur.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1464   Tarix: 19 noyabr 2020
f Paylaş

Oxşar xəbərlər

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

turlar.az

toy makiyaji sekilleri qaşların formalari yay geyimləri 2026 bürclər qis geyimleri vetene aid bayatılar pirojna reseptləri kosmetika yutube bayati anabaci aslan gözəllik