Qırmızı adam' Faiqi bu suala görə döymək istəyiblər - Özü danışdı
"Youtube"də çəkdiyi "Qırmızı adam" verilişi ilə məşhurlaşan aparıcı və aktyor Faiq Erolun döyülməsi ilə bağlı görüntülər yayılıb.
Məsələ ilə bağlı azxeber.com-a açıqlama verən Faiq Erol böyüdüləcək bir məsələnin olmadığını, konfliktin sadəcə yanlış anlaşılma səbəbindən baş verdiyini deyib:
"Dünən "Neftçilər" metrosu ərazisində verilişim üçün çəkiliş aparırdım. Bir kişiyə yaxınlaşıb sualımı ünvanladım. Sual da bundan ibarət idi ki, "Üzünüzdən nə yağır?". Bir yaşlı kişi cavab verdi ki, "Üzümdən zəhrimar yağır". Mən ondan aralaşdım. Heç beş dəqiqə keçməmiş həmin şəxs yenidən mənə yaxınlaşıb problem yaratmağa başladı. Mən də ona bildirdim ki, narazı idinizsə, cavab verməzdiniz. Bu an aramızda anlaşılmazlıq yaşandı və biz əlbəyaxa olduq".
Aparıcı görüntüləri kimin yaydığını bilmədiyini və xəsarət almadığını bildirib:
"Orada hamı başladı telefonla çəkməyə. Cavan uşaqlar idi. Amma kim yayıb görüntüləri, heç bir məlumatım yoxdur. Nə hansısa bir xəsarət almışam, nə də polisə məlumat vermişəm. Çünki buna səbəb yoxdur".
Aysel Hacızadə









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Arzuolunmaz hamiləlik
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Yuxuda sevişmək nəyə yozulur?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
"Eşref Tek" nə vaxt yayımlanacaq?
Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı
Nev vəfat etdi