Qırmızı ət haqda bir daha: yeyək, yeməyək? – iki antaqonist rəy

Qırmızı ət haqda bir daha: yeyək, yeməyək? – iki antaqonist rəySon vaxtlarda qırımızı ətin ziyanı barədə həm yerli, həm də dünya mətbuatında çoxsaylı informasiyalar yayılmaqdadır. Məsələn, bu günlərdə Birləşmiş Krallığın səhiyyə nazirliyi məlumat yayaraq bildirdi ki, gündəlik 70 qramdan artıq qırmızı və emal olunmuş ət yeməyi insan orqanizmi üçün ziyandır.
Ekspertlər qırımızı əti risk daşıyan qida siyahısına salaraq onu arsen, alkoqol və asbest maddələri ilə müqayisə edirlər. Ən əsası xərçəng xəstəliyinin son illərdə dünyada geniş vüsət almasının səbəblərindən biri kimi qırmızı ət də göstərilir. Ümumdünya Səhiyyə Təşkilatının bəyanatına görə, gün ərzində 50 qram qırmızı ət məhsulunun qəbulu bağırsaq xərçəngi riskini 18 faiz artırır.
Amerikalı alimlər isə bildirir ki, qırımızı ət yeməyin ürək xəstəlikləri ilə də əlaqəsi var. Onların araşdırmasına görə, ətin tərkibində karnitin ürək xəstəliklərinə səbəb ola bilir ki, bu baxımdan da davamlı həyat şəraitinin təmin olunması üçün ətdən imtina edərək, bitkilərlə qidalanmaq vacibdir.
Milli.Az gencaile.az-a istinadən bildirir ki, qırmızı ət deyərkən mal, qoyun və donuz əti nəzərdə tutulur, quş və balıq əti bu siyahıya daxil deyil. Alimlər qırımızı ətin ziyanı olduğunu qeyd etsələr də, ondan tamamilə imtinanın da doğru olmadığını bildirirlər. Belə ki, ətdən imtina zamanı orqanizmdə metabolizm proseslərində minerallar və mikroelementlərin çatışmazlığı müşahidə olunur. Çünki ət dəmir, vitamin D və B12 qaynağıdır.
O da məlumdur ki, Azərbaycan kulinariyasında qırımızı ət vazkeçilməz qidalardan biridir və çox istifadə olunur. Məsələn, yağlı qoyun ətindən hazırlanan yeməklər, kabablar bir çoxumuzun qida rasionumuzdan çıxarda bilməyəcəyimiz təamlardır.
Bəs yerli mütəxəssislər necə düşünür - qırımızı ətdən tamamilə imtina edək, yoxsa?.. Qırımızı ətin uşaqlara da ziyanı varmı və yaxud faydası varsa, nədən ibarətdir? Xərçəng və ürək xəstəlikləri riskini yaradan qırımız əti hansı qidalarla əvəz edə bilərik?
Mövzu ilə bağlı həkim Seyfəddin Əsədov bunları dedi: "24 ildir ki, qırmızı ətdən istifadə etmirəm və bunun xeyrini görmüşəm. Qırmızı ətdən istifadə etdikdə ətdən başqa insanı heç nə doydura bilmir və əsəblər gərgin olur, yuxusuzluq yaranır, həzm prosesi yaxşı getmir. Yeməkdə qırmızı ətdən istifadə etdikdə gərəkdir ki, onu başqa qida ilə qarışdırmasınlar. Məsələn, Azərbaycanda qırımızı əti daha çox kartofla birlikdə yeyirlər, halbuki kartof turşuluğu götürür, bu zaman ətin həzmi yaxşı getmir və bağırsaq daşına çevrilir, bu da insanın əsəblərinə təsir edir və sairə. Məlum olduğu kimi, insan yaranışın ilk vaxtlarında daha çox giləmeyvə, bitkilərlə dolanıb, qırmızı ətdən sonralar istifadə olunub. İndi isə bu cür ətdən həddindən artıq istifadə edilir.
Uşaqlara qırmızı ət verilə bilər, lakin diqqət etmək lazımdır ki, onu kabab kimi qızardılmış şəkildə deyil, soyutma, sulu vəziyyətdə versinlər. Yəni uşaqlara ət vermək olar, lakin hər gün deyil, müəyyən ölçülərlə verilməsi məsləhətdir. Bu gün dünyada qırımızı ətə qarşı müharibə elan edilməsinin əsas səbəblərindən biri xərçəng xəstəliyinin aradan qaldırılması ilə bağlıdır. Bildiyiniz kimi, xərçəngin yayılmasında zülalaların böyük rolu var ki, həmin zülallar da daha çox qırımızı ətdədir".
Həkim deyir ki, insan ətdən imtina edərək, onu qoz-fındıq, lobya kimi qidalarla əvəz edib, lazım olan zülalı əldə edə bilər.
Seyfəddin Əsəd qırmızı ətin uşaqlar üçün faydasından da söz açdı: "Xüsusən də can əti qan azlığı olan uşaqlar üçün çox faydalıdır. Yəni qanda hemoqlobinin artırılması üçün can ətində xeyli maddələr var. Məlum olduğu kimi, son illərdə ölkəmizdə uşaqlar arasında qan azlığı xəstəliyi xeyli yayılıb. Buna görə də məsləhət görülür ki, uşaqlara meyvələrlə bərabər can əti də verilsin".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1805   Tarix: 16 fevral 2020
f Paylaş

Oxşar xəbərlər

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Ofisdə "qocalma" qorxusu - Çətirlə işləməyə başladılar

Çində ofis işçiləri arasında "ofis qocalması" adı ilə yeni bir trend yayılıb. İşçilər ofis işıqlarının və kompüter ekranlarının yaydığı ultrabənövşəyi şüalardan qorunmaq üçün iş masalarının üzərində günəş çətirlər

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Bu içki qaraciyəri qoruyurmuş

Qəhvənin yalnız enerji vermədiyi, qaraciyərin sağlamlığının qorunmasına da kömək edə biləcəyi bildirilir. -a istinadən bildirir ki, türkiyəli həkim, professor Onur Yaprakın sözlərinə görə, cəmiyyətin təxminən üçdə birind

.

Dünyada nadir rast gəlinir: "Vampir xəstəliyi" nədir?

Ektodermal displaziya nadir rast gəlinən genetik xəstəliklər qrupuna daxildir. xəbər verir ki, xalq arasında bəzi əlamətlərinə görə "vampir xəstəliyi" kimi tanınan bu vəziyyət dəri, saç, dırnaq, diş və tər vəzilərini

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

turlar.az

adlarin menasi yay geyimləri 2026 reseptler qirmizi uzun donlar dəridə ləklər veten haqqinda insa feyxoanin faydalari kosmetika novruz bayramına aid hakışta maraqlı yuxuda qara ilan gormek banan baldiza aid