Qırmızı ətin sonsuz faydaları: Yorğunluğu aradan qaldırır, qanaxmanı azaldır

Qırmızı ətin sonsuz faydaları: Yorğunluğu aradan qaldırır, qanaxmanı azaldırXroniki yorğunluğun əsas səbəblərindən biri kimi dəmir çatışmazlığı göstərilir. Dəmir çatışmazlığı daimi yorğunluğa səbəb olduğu üçün bir çox xəstəliklərin yaranma riskini artırır.
Publika.az xəbər verir ki, daxili xəstəliklər üzrə türkiyəli həkim Sedat Işık dəmir çatışmazlığı haqqında vacib məlumatları paylaşıb:
"Dəmir çatışmazlığının ən vacib səbəbi tərkibində dəmir olan məhsulların istifadə edilməməsidir. Eyni zamanda süd və süd məhsullarının həddən artıq istifadəsi bağırsaqlarda dəmirin udulmasına mane olur. Çay, kola və qəhvə kimi kofeinli içkilər də dəmir çatışmazlığına səbəb olur. Dəmir çatışmazlığının digər bir səbəbi uşaqlıqda zəruri qidaların lazımı səviyyədə qəbul edilməməsidir. Qadınlarda həddindən artıq menstruasiya qanaxması, ağrıkəsicilərin davamlı istifadəsi, qeyri-sağlam qidalnma dəmir çatışmazlığının səbəbi kimi göstərilə bilər.
Fiziki yorğunluq və halsızlıq, əllərdə və ayaqlarda uyuşma, dırnaqların tez qırılması, saç tökülməsi, konsentrasiyanın pozulması, pis əhval-ruhiyyə, dəri rənginin solğunluğu və tez-tez baş ağrısı dəmir çatışmazlığının əsas əlamətləridir.
Müalicə üçün həkim lazımı müayinələri etdikdən sonra bir müalicə xəritəsi hazırlayır. Bu xəritəyə xəstənin əvvəlki xəstəlikləri, istifadə olunan dərmanlar, simptomlar və müayinələrin nəticələri daxil edilir. Burada ən vacib məqam dəmir çatışmazlığına səbəb olan amilin müalicəsidir".
Daha sonra həkim dəmir çatışmazlığı problemini aradan qaldıran qidaları açıqlayıb:
"Qırmızı ət (dalaq, qaraciyər, ürək), süd və süd məhsulları, yumurta, fındıq, kətan toxumu, qoz, badam, paxlalı bitkilər, qara tut, üzüm kimi meyvə qurularına tez-tez üstünlük vermək lazımdır. Yeni doğulmuş uşaqların ilk 6 ayında dəmirlə zəngin ana südü ciddi əhəmiyyət daşıyır. Körpəyə əlavə yemək verilməzdən əvvəl inək südünə keçmək olmaz. Bu erkən yaşda anemiyaya səbəb ola bilər.
Tərkibində C vitamini olan məhsullar (sitrus meyvələri, yaşıl bitkilər və s.) da qidalanmaya əlavə olunmalıdır. Artan dəmir çatışmazlığını normallaşdırmaq üçün dəmir həbləri qəbul edilə bilər. Körpələrdə isə dəmir tərkibli qidaların sayını artırmaq lazımdır. Qəhvə və çay kimi kofeinli içkiləri, yeməkdən dərhal sonra içməyin".
Aytən Məftun /publika.az

Sağlamlıq     Baxılıb: 2577   Tarix: 22 noyabr 2019
f Paylaş

Oxşar xəbərlər

.

Cinsi həzz üçün 5 vasitə: vibrator, X mövqeyi və

Cinsi təcrübənizi zirvəsində yaşamaq üçün məsləhətləri sizinlə bölüşməzdən əvvəl bir şeyi xatırlatmaqda fayda var: Seks yalnız penisin və ya vajinanın aparıcı rol oynadığı bir hərəkət deyil. Bu klassik cinsi əlaqədən başq

.

DİQQƏT: Hansı meyvənin tumu botoks effekti verir?

Dəri və saç problemlərini aradan qaldırmaq üçün çoxlu müxtəlif kosmetik məhsullardan istifadə olunur. Ancaq ekspertlər avokadonun tumunun təbii faydalarının onlardan daha təsirli ola biləcəyini bildirirlər. xəbər verir ki

.

Bunu etməyən kişilərdə cinsi problemlər yaranır

Mütəxəssislər gündə iki dəfə dişlərini fırçalamayan kişilərdə erektil disfunksiya riskinin artdığını bildirirlər.  xəbər verir ki, bunu son aparılan tədqiqatlar sübuta yetirib. Araşdırmalar göstərib ki, ağız gigiyenasın

.

Qadınlarda tez-tez ayaq ağrılarının - 11 ƏSAS SƏBƏBİ

Ayaqlar müxtəlif səbəblərə görə ağrıya bilər. İnsan uzun müddət ərzində ayaq üstə olduqda, gəzdikdə, fiziki işlə və ya idmanla məşhul olduqda, ayaqlar güclü yükləmələrə məruz qalır. Lakin insan dincələndən sonra bu ağrıla

.

Cinsi zəifliyi aradan qaldıran möcüzəvi QARIŞIQ

Son dövrlər stres, əsəb və digər səbəblər kişilərdə cavan yaşlardan cinsi zəifliyi və impotensiyaya səbəb olur. Ölkə.az bildirir ki, bu yaxınlarda alimlər cinsi zəifliyi aradan qaldıran maraqlı qarışıq barədə məlumat yayıblar

.

Giləmeyvə çaylarının faydaları nələrdir?

Sağlamlığımız üçün bitki çayları qədər giləmeyvə çayları da çox faydalıdır. Sağlamolun.az orqanizmimizə faydalı olan bitki, çiçək və giləmeyvə çaylarını təqdim edir:. Şüyüd - Həzm çayıdır. Həzmi yaxşılaşdırır. Şişkinliy

.

Qara zirə (Çörək otunun) faydaları

1.Qara zirənin üyüdülmuş dənələrini balla qarişdirilmiş halda istifadə etmək öd kisəsindəki və böyrəklərdəki daşları əritməyə kömək edir. 2.Qara zirə orqanizmin iş qabiliyyətini və həyat tonusunu yüksəldir. 3.Qara zirəni

.

İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!

Əgər həqiqətən də 1 həftəyə 5 kq arıqlamaq istəyirsinizsə, əmin olun ki, bu sizdə alınacaq. Amma bir şərtlə ki, sizə təqdim etdiyimiz bu möcüzəli dietaya əməl edəsiniz. Bunu əsas sirri odur ki, 7 gün ərzində siz qida qəbu

.

Menstruasiya barədə düzgün məlumat - Qadınlar diqqət etsin

Ovulyasiyadan sonra deşilən (partlayan) follikulun yerində yumurtalıqda xüsusi struktur olan "sarı cisim" əmələ gəlir. Sarı cisim ikinci qadın cinsi hormonu olan progesteron hazırlayır. Progesteronun təsiri altınd

turlar.az

makiyaj instagram sac duzumleri yaz geyimleri 2026 xinayaxdi ucun sozler buga burcu atalar sozleri ve meseller döşləri necə böyütmək olar kosmetika xocali masqalar novruz hakısdası zəhmət vetene aid atalar sozleri