Qış aylarında dərinin düzgün qulluğu üçün faydalı məlumatlar

Qış aylarında dərinin düzgün qulluğu üçün faydalı məlumatlarQış aylarında dərinin düzgün qulluğu üçün faydalı məlumatlar

Qadınlar ilin hər fəslində özlərinə qulluq etməlidirlər. Lakin dərinin qışda daha çox qayğı və diqqətə ehtiyacı olur. Odur ki, rahat əyləşin və qışa özəl baxım yanlışları və doğruları ilə tanış olun.

Dodaqlarınıza qayğı göstərin

Dodaqlar üzümüzdəki ən həssas nahiyəmizdir. Digər bölgələr kimi yağ ifraz etmə imkanı olmadığından daha çox quruyur və həssaslaşır. Həm soyuq həm də isti onu qurudub çatlada bilər. Odur ki, dodaqlarınıza daha çox qulluq etməlisiniz. Bunun üçün, nəmləndiricilər yə da lipsticklərdən istifadə edə bilərsiniz. Onların daha yumşaq olması üçün hər səhər yuxudan oyandıqdan sonra diş fırçasını azca zeytun yağına batırın və dodaqlarınızı ovalayın. Bu zaman dodaqlarınınız ölü dərilərdən təmizlənmiş olacaq.

Qatı sabunlardan istifadə etməyin

Qışda dərimiz yalnızca soyuq havalardan deyil, istifadə etdiyimiz məhsulladan da zərər görə bilər. Özəlliklə qatı sabunlar dərini qurudur. Lipit (yağ) təbəqəsinə zərər verir və dərinin həssaslaşmasına səbəb olur. Dermaotoloqlar qatı sabunlar yerinə yağlardan və ya krem təmizliyicilərdən istifadə etməyi məsləhət görürlər.

Nəmləndiricidən istifadə edin

Nəmləndirmə sağlam bir dəri üçün vaz keçilməzdir. Ancaq qış aylarında dərimiz daha həssas olduğundan, nəmləndirilməyə də daha çox ehtiyacı olur. Bunun üçün nəmləndirici kremlərdən istifadə edə bilərsiniz. Həmçinin nəmləndirici masqaları da təcrübədən keçirməyə dəyər.

Ətirdən çox istifadə etməyin

Əksər ətirlərin tərkibində spirt olur və bu, dərini qurudur. Dərini həssaslaşdıran ətirləri birbaşa dərinizə deyil paltarlarınızın üzərinə vurun.

Günəşə qarşı kremdən istifadə edin

Havalar soyuduqdan sonra günəşə qarşı kremlərdən istifadəni azaldırıq. Lakin dermatoloqlar günəşin zərərli şüalarının hər cür hava şəraitində mövcud olduğunu və dərinin qorunması üçün 30 SPF-lıq bir günəş kremindən istifadə olunmasını məsləhət görürlər. Günəş kremləri həmçinin dərinizi yumşaq saxlayır, qırışların yaranmasının qarşısını alır, bundan əlavə sizi dəri xərçəngi təhlükəsindən də qoruyur.

Həddindən artıq tonik işlətməyin

Toniklər isti havada dərinizə yenilik və canlılıq qatar. Lakin soyuq havada tam əks reaksiya göstərər və dərinizi qurudar. Qeyd edək ki, tərkibində sipirt olan toniklər dərinin təbii yağını qurudur.

Uzun müddətli isti duşlardan qaçın

Dərini qurudan digər səbəb uzun müddət isti suyun altında qalmağınızdır. Həkimlər qısa vaxtda və ilıq suyla duş almağınızı məsləhət görürlər.

Gözəllik və Moda     Baxılıb: 3037   Tarix: 24 yanvar 2015
f Paylaş

Oxşar xəbərlər

.

XIX əsrdə qadınların gözəllik üçün istifadə etdiyi təhlükəli üsullar

XIX əsrdə qadınlar gözəl görünmək üçün müxtəlif üsullardan istifadə edirdilər, lakin həmin dövrdə kosmetikanın tərkibi bu günlə müqayisədə xeyli təhlükəli idi. Elmi biliklərin kifayət qədər inkişaf etməməsi səbəbindən bi

.

10 il cavanlaşdıracaq 7 saç modeli

Bir qadın üçün saç düzümü güvən alətlərindən biridir. Bəzi insanlar yalnız kosmetika və əlaqəli prosedurların görünüşünü "cavanlaşdırmağa" kömək edə biləcəyinə inanırlar. Mütəxəssislər deyirlər ki, düzgün saç düzüm

.

"BOLTUŞKA" - Dərinin təmizlənməsi üçün ƏN YAXŞI VASİTƏ

Sizə kosmetoloqların tez-tez istifadə etdiyi məşhur "boltuşka"nın reseptini təqdim edirik. Bu tanınmış vasitə sızanaqlarla mübarizədə çox effektlidir. Boltuşkanın reseptləri çoxdur, sizi bu reseptlərdən biri il

.

Qadınların gözəllik uğrunda fədakarlıqları: azadlıq, yoxsa təzyiq?

Qədim zamanlardan bu günədək qadın gözəlliyi müxtəlif dövrlərdə fərqli anlayışlarla qiymətləndirilib. Zaman keçdikcə dəyişən gözəllik standartları qadınların öz bədənlərinə, zahiri görünüşlərinə və şəxsi seçimlərinə münasibətin

.

Bu ilin məşhur makiyaj trendləri hansılar olacaq?

Makiyaj dünyası, hər il yeni trendlərlə zənginləşir və kosmetika sənayesi inkişaf etdikcə, istifadəçilər daha çox müxtəlif texnikalar və məhsullar ilə tanış olur. 2025-ci il üçün gözəllik dünyasında gözlənilən ən maraql

.

Qadınlar və ideal gözəllik standartları

İdeal gözəllik standartları zamanla dəyişsə də, hər dövrdə qadınların gözəlliklərinə dair müəyyən gözləntilər mövcud olub. Bu gözləntilər, cəmiyyətin və mədəniyyətin tələbləri, media təsiri və sosial strukturların yaratdığ

.

Kosmetik məhsullarda olan spirt dərini qurudur?

Kosmetik məhsulların tərkibində spirt olması mübahisəli məsələdir. Buna görə də çoxları tərkibində spirt olan məhsullardan imtina etməyə çalışır. Əgər etil spirtdən söhbət gedirsə, bu, kifayət qədər doğru bir qərardır. Yağl

.

"Çılpaq" göz makiyajı əsas gözəllik trendinə kimin sayəsində çevrildi?

Hər bir dəb cərəyanı populyarlıq səviyyəsindən asılı olmayaraq, həmişə eyni dərəcədə layiqli alternativə ehtiyac duyur. Məsələn, təkcə milyonlarla TikTok istifadəçisinin yox, Heyli Biberin də sınadığı sensasion latte makiyajı

.

Qədim dövrlərdən bu günə kimi gələn GÖZƏLLİK SİRLƏRİ

Qadınların üz dərilərinə qulluq etməsi təkcə müasir dövrdə yox, ta qədim zamanlarda da olub. Həmin vaxtlar da xanımlar müxtəliv bitkilər və digər təbii vasitələrlə dərilərinə qulluq ediblər. Belə ki, gül suyu ən çox üstünlü

turlar.az

kosmetoloq geyim necə seçməli qis geyimləri 2026 pehriz saxlamaq qaydalari sağlamliq dişlər stil və moda kosmetika video maskalar hakistalar hamilelik novruza aid hakisdalar