Qış yorğunluğunu aradan qaldıran effektiv vasitələr

Qış yorğunluğunu aradan qaldıran effektiv vasitələrMövsüm keçidləri arasında, xüsusilə qış aylarında gücümüz getdikcə azalır, bir çox insan enerji çatışmazlığından və depressiyadan şikayətlənir.
Milli.Az xəbər verir ki, mütəxəssislər uzun qış günlərinin insanın sadəcə psixoloji deyil, fizioloji vəziyyətinə də mənfi təsir etdiyini deyib. Qışın sonu ənənəvi olaraq ilin ən çətin vaxtı hesab olunur.
Günəş işığı çatışmazlığı həm vitamin kasadlığına, həm də emosional və fiziki (əzələ) stressə gətirib çıxarır ki, bu da öd kisəsinin işinə mənfi təsir göstərə, hətta spazma səbəb ola bilər.
"Qışda bir çox vitamin bədən tərəfindən sovrulmur. Xüsusilə soyuq mövsümdə D vitamini çatışmazlığından əziyyət çəkirik. Bu vitamin əzələ tonusunu və aktivliyini artırır, immuniteti gücləndirir, qan təzyiqinin tənzimlənməsində iştirak edir, eyni zamanda qalxanabənzər vəzinin funksiyasını yaxşılaşdırır.
D vitamininin sorulmasını artırmaq üçün isti limonlu su içə bilərsiniz. Bu, öd yollarını rahatlaşdıracaq, fermentlərin istehsalını stimullaşdıracaq və immuniteti artıracaq. Balıq yağı kapsulu qəbul etmək də faydalı olacaq" - rusiyalı terapevt Olqa Burlakova açıqlamasında bildirib.
Rəngarəng geyimlər isə emosional vəziyyətinizi bərpa edən ən sadə texnikadır. Tarixən insanlar qışda tünd, qara paltarlar geyinməyə üstünlük verirlər və nəticədə demək olar ki, yarım ili boz rəngdə keçirirlər.
"Qarderoba parlaq aksessuarlar əlavə etməyə dəyər. Xüsusilə axşam saatlarında gəzintilərin köməyi ilə pis əhval-ruhiyyəni məğlub edə bilərsiniz. Bu, sinir sisteminə faydalı təsir göstərəcək. İşdə boş vaxtınız varsa, ofisdə oturmayın. Çölə çıxın. Yaxınlıqdakı kafedə qəlyanaltı etmək daha faydalıdır. Həftə sonları isə aktiv tətil seçin. Bu, tonusu bərpa edəcək. Digər yaxşı fənd də yay tətiliniz üçün planlar qurmaqdır", - psixoloq Natalya Malışeva məsləhət görür. (publika.az)
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 2749   Tarix: 03 fevral 2021
f Paylaş

Oxşar xəbərlər

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

turlar.az

geyim şəkilləri aksessuarlar kosmetika mehsullari soyuqdəymə dondurma magura geyim goz altı qırışlar kosmetika bayatilar novruz hakışdaları səməd vurğun baldiza aid hakisda tərəzi bürcü