Qışda dəri quruluğunun qarşısını alan vitaminlər

Qışda dəri quruluğunun qarşısını alan vitaminlərDərinin gözəlliyinin içdən başladığını hamımız çox yaxşı bilirik. Dəri quruluğu müxtəlif amillərdən qaynaqlana bilər: səhv qulluq, bədənin susuz qalması, yaşlanma, mövsümi iqlim dəyişiklikləri, stress, allergiya və ya qida çatışmazlığı. Əgər siz müntəzəm olaraq nəmləndirici kremlərdən istifadə edirsinizsə, kifayət qədər su içirsinizsə və balanslaşdırılmış pəhrizə əməl edirsinizsə, buna rəğmən dəridə quruluq və qabıqlanma davam edirsə, o zaman daxili problemlərin həllindən başlamalısınız.
Milli.Az publika.az-a istinadən qurumasının qarşısını alan və ona sağlam parlaqlıq bəxş etməyin yolları ilə tanış edi6.
D vitamini
Vitamin D sağlamlığın bir çox aspektindən, o cümlədən dərinin vəziyyətindən məsuldur. Yeni epidermal hüceyrələrin böyüməsi sürətləndirir, həm də dərini və patogenlərə qarşı ilk müdafiə xəttinin - immunitetin vəziyyətini yaxşılaşdırır. Bundan əlavə, elmi araşdırmalar dərinin quruluğunu birbaşa D vitamini çatışmazlığı ilə əlaqələndirib. Qış aylarında qapalı yerlərdə daha çox vaxt keçirdiyimiz üçün "günəş" vitamini almırıq, odur ki, qida əlavələri faydalıdır.
Kollagen
Kollagen bədənimizdə ən bol proteindir və bütün dərimizin təxminən 75% -ni təşkil edir. Yaşla əlaqədar olaraq kollagen lifləri incələşir, elastikliyini itirir, bu da quruluğa, qabıqlanmaya və qırışlara səbəb olur. Kollagenin müntəzəm istifadəsi dərinin elastikliyini yaxşılaşdırmaqla yanaşı, nəmin lazım olduğundan daha böyük həcmdə buxarlanmasının qarşısını alan qoruyucu təbəqə yaradır.
C vitamini
C vitamini bədənin hüceyrələrini sərbəst radikalların zədələnməsindən qoruyan, erkən yaşlanmaya səbəb olan oksidləşdirici proseslərin qarşısını alan güclü antioksidantdır. Bundan əlavə dərinin vəziyyətinə faydalı təsir göstərən kollagenlə reaksiya verə bilir. Bədəndə kifayət qədər C vitamini varsa, dərinin vəziyyəti nəzərə dərəcədə yaxşılaşır, bu da hüceyrələrdə nəmin daha uzun müddət saxlanmasına kömək edir və quruluqdan qoruyur.
Balıq yağı
Balıq yağı gözəl dəri üçün vacib olan omeqa-3 yağ turşularının ən yaxşı mənbəyidir. Tərkibində güclü antiinflamatuar xüsusiyyətlərə malik digər əsas turşular da var. Balıq yağı dərini nəinki içəridən qidalandırır, həm də nəmin buxarlanmasının qarşısını alan və qocalma prosesini ləngidə bilən qoruyucu baryeri gücləndirməyə kömək edir.
Seramidlər
Seramidlər qidalandırıcı üz kremləri və digər baxım məhsullarının ümumi tərkib hissəsidir, baxmayaraq ki, bu barədə kollagendən daha az danışılır. Bunlar, ölçülərinə görə dərinin dərin təbəqələrinə nüfuz edərək içəridən qorunma təmin edən lipid molekullarıdır. Onların yaratdığı qoruyucu təbəqə dərini ətraf mühitin zərərli təsirlərindən qoruyur və hüceyrələrdə nəm saxlayır.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 988   Tarix: 18 dekabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

turlar.az

yaz geyimleri 2026 hamiləlik geyim necə seçməli ana haqqinda atalar sozleri ancelina colinin sekilleri milli yeməklər cavanlasdirici maskalar kosmetika nizami gəncəvi statuslar xlor lekesi veten seirleri novruz bayramına aid hakışda