Qışda ürəyi yoran 4 səbəb - türk kardioloq

Qışda ürəyi yoran 4 səbəb - türk kardioloqSoyuq hava infarkt keçirməyə səbəb olur. Odur ki, mütəxəssislər bu havalarda həddindən artıq qalın və ya nazik paltar geyinməməyi, həmçinin yağlı pəhrizdən, yorucu idmandan uzaq durmağı məsləhət görür.
Qışda havaların soyuq keçməsi ilə ürək-damar xəstəlikləri artır. Bunun əsas səbəbi soyuq havanın təsiridir və soyuq havada ürəyin bədənin istilik ehtiyacını ödəmək üçün daha çox işləməsi lazımdır.
Milli.Az xəbər verir ki, uzman kardioloq Mutlu Güngör bildirib ki, ürəyi qidalandıran tac damarlarının daralması səbəbindən ürək istədiyi qanı, yəni ehtiyacı olan oksigeni ala bilmir və nəticədə ürəkdə qida çatışmazlığı yaranır. Beləliklə, ürək toxumasına gedən qanın miqdarı azalır.
Qış aylarında ürək sağlamlığına mənfi təsir edən amillərdən biri küləkdir. Bunun səbəbi küləyin döş nahiyəmizdə əmələ gələn isti hava təbəqəsini çıxararaq damarların daralmasına səbəb olmasıdır.
Artıq çəki də ürəyin iş yükünü artırır. Bu mənada həddindən artıq ağır və yağlı yeməklər qəbul etməmək, sadə şəkərlərdən uzaq durmaq, toksinlərin atılması üçün kifayət qədər maye içmək çox vacibdir.
Mümkünsə həftədə ən azı 5 gün, yaxud hər gün ən azı 45 dəqiqə, xüsusən də havanın isti və günəşli olduğu vaxtlarda günorta saatlarında sürətli gəzintilər etməyi vərdiş edin. Səhər erkəndən yüksək tempdə gəzinti, əzələ gücləndirici məşqlər və velosiped sürmək kimi ağır idman məsləhət deyil.
Çox qalın və ya nazik paltarlar yerinə nazik, lakin qat-qat paltarlara üstünlük verməlisiniz. Qat-qat geyinmək paltarlar arasında hava təbəqəsi yaradaraq, izolyasiya effekti verir, beləliklə də bədəni soyuqdan daha yaxşı qoruyur. Hava şəraitinə uyğun geyim dəyişməklə özünüzü tərləmə və soyuqdan qoruya bilərsiniz. /aztibb.az
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1045   Tarix: 20 dekabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

turlar.az

makiyaj etmek qaydalari yemek reseptleri həkim məsləhəti zərdəçal ciy kartofun faydasi 1 hefteye 5 kq ariqlamaq qripdən necə qorunmalı kosmetika bayatılarımızda vətən həsrəti bayati haxisda vətən xərçəng bürcü