Qışda xəstəliklərə "stop" deyin: İmmunitet artıran MƏHSULLAR
İmmunitetin artırılması üçün qidalanmada quşüzümü, bibər, sitrus meyvələri, kələm, göyərti, balıq və digər məhsulların olması vacibdir.
Milli.Az xəbər verir ki, bu barədə rusiyalı həkim Mariya Vorobey bildirib.
O, immunitet sistemini gücləndirməyə və orqanizmi virus və infeksiyalardan qorumağa kömək edən məhsullar haqqında danışıb.
Mütəxəssis "C" vitaminini immunitetin əsas köməkçilərindən biri adlandırıb.
"Bu vitamin sitrus meyvələrində (portağal, limon, qreypfrut), quşüzümü, çaytikanı, bolqar bibəri, gül kələm və Brüssel kələmində, həmçinin göyərtilərdə (cəfəri, şüyüd) çox miqdarda var".
Həkim immunitet üçün "A" və "D" vitaminlərinin də vacib olduğunu bildirib.
"A" vitamini ilə indau (rukola) və şüyüd zəngindir. "D" vitaminini isə əsasən yağlı balıq növlərindən (qızılbalıq, treska, sardina) alırıq, az miqdarda kərə yağı, pendir, yumurta sarısı, kürü və təbii şəraitdə yetişdirilən göbələklərdə var. "Omega-3" çoxdoymamış yağ turşuları orqanizmin müdafiə funksiyalarını gücləndirməyə kömək edir. Yağlı dəniz balığı - sardina, treska, qızılbalıq, forel bu maddə ilə zəngindir. "Omega-3", həmçinin qoz-fındıqda var, lakin yüksəkkalorili olduğu üçün gündə 30 qramdan çox yemək tövsiyə edilmir".
Ekspert orqanizmdə immun hüceyrələrin əmələ gəlməsi üçün dəniz məhsulları, dəniz balığı, göbələk, qoz-fındıq və günəbaxan toxumlarında zəngin olan selenin zəruriliyindən də danışıb.
"Sink də az əhəmiyyətli deyil - o, dəniz balığı, ət, krevetka, qoz-fındıq, göbələk və pendirdə var. Əlbəttə, süd məhsulları və sellüloz haqqında unutmaq olmaz. Onlar həzm sisteminin işini normallaşdırır və bağırsağın selikli qişasını qoruyan öz mikroflorasını dəstəkləyir. Sağlam bağırsaq güclü immunitetin təminatıdır", - deyə mütəxəssis sözlərini yekunlaşdırıb.
Milli.Az









Məşhur hitin ifaçısı xəstəxanaya yerləşdirildi
3 tərəvəzi yedikdən sonra şəkərli saqqız çeynəyin: Təzyiqi düşürməyin yeni yolu
Dua Lipa toyundan fotolar paylaşdı - FOTOLAR
Mətbəximizdəki bəzi qida əlavələri ürək xəstəliklərinə səbəb olur
Səbr etmək güclülərin seçimidir' - Cavidan Novruz
Susub içimə atıram, danışanda da aləm bir-birinə dəyir
Məşhur aktyor islamı qəbul etdi
Miri Yusifin konsertinə böyük maraq: Biletlər artıq…
Taylandda itkin düşən reper xəstəxanada tapıldı - Vəziyyəti ağırdır
Günə enerji dolu başlayın: Uzmanlara görə səhər edilməli olan 5 hərəkət
Məşhur teleaparıcı xəstəxanaya yerləşdirildi
Əzizlərimizi yaşatmağa gecikməyək' - Xalq artisti
Fatimə həftələrdir reanimasiyada olan anasını paylaşdı
Lavanda yağı: Təbiətin sakitləşdirici və çoxşaxəli gücü