Qız qaçıran evli kişi danışdı: "Arvadım qapını bağlayıb, qolunu kəsirdi..." - FOTO
Tərtərdə ailəli olduğu halda başqa qızı qaçırmaqda ittiham olunan Vahid Qasımov məsələ ilə bağlı açıqlama verib.
Xanim.az bakupost.az-a istinadən xəbər verir ki, o, keçmiş həyat yoldaşı barəsində ittihamlar irəli sürüb və qız qaçırmasına haqq qazandırıb: "9 ay idi ki, çıxıb anasının yanına getmişdi. Heç ailəsindən xəbəri yox idi. Ailə kimi davranmırdı. Məni ailəmdən ayırmaq istəyirdi. Deyirdi ki, gedək, ayrı yerdə qalaq. Mən sənin valideyninə baxmaq istəmirəm.
Mən o insana insan kimi, ailə kimi hörmət qoyurdum. Amma əksini görmək mənə xoş gəlmədi. Mən nə hərəkət etmişəmsə, ona da layiqdir.
O qadın öz ailəsindən xəbərsiz, xəlvəti olaraq mollalarda gəzirdi. Evdə söz-söhbət düşən kimi otağa girirdi, qapını bağlayıb, qolunu kəsirdi. Sizcə, bu insanla yaşamaq olar? Mənim qız qaçırmağım ona niyə pis gəlir ki? O, buna layiq idi".
O, həyat yoldaşı ilə münasibətlərinin çoxdan soyuduğunu, buna görə də başqa biri ilə evlənmək qərarı verdiyini deyib: "Mən hansısa marağa görə qız qaçırmamışam. O qadınla münasibətim soyuduğuna görə başqa qadınla ailə qurmaq fikrində idim və qurdum. İndi çox xoşbəxtəm. O insan da çalışsın, düz danışsın".
f Paylaş








Hakışta
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin