"Qız uşağı doğulmasın deyə, yoldaşınızı aborta məcbur etdiniz"
Xalq artisti Faiq Ağayev 20 yaşlı Sevil Atakişiyevanın intiharına münasibət bildirib.
Open.az xəbər verir ki, müğənni sosial şəbəkədə yayımladığı statusunda bunları qeyd edib:
"Nə kimi əməlisalehlik etmişiniz bu həyatda?
• Həddi-buluğa çatmayan qız uşağını ərə verənlərə "el adətidir" deyib, bəraət qazandırdınız.
• Zorlanan qıza yox, cinayətkara can yandırdınız.
• Özgənin halal zəhmətlə qazandığı mal-mülkünə qarətçi göz dikib, "haramla yığıb da!" dediniz.
• Qız uşağı doğulmasın deyə, nəsillikcə şiddət göstərib, həyat yoldaşlarınızı aborta məcbur etdirdiniz.
• Uşaqlarınızın gələcəyini düşünmədən "həzmi-rahat" edib, onları təhsildən uzaqlaşdırıb, bu gününüzə qurban etdiniz.
İndi də intihar edənləri, araşdırmadan, "Allaha qarşı çıxdı" adıyla, ağzınız köpüklənə-köpüklənə lənətləyirsiniz. Yaradana ən böyük itaətsizlik edənin, ona qarşı çıxanın ən yekəsi elə özünüzsünüz. Özünüzdən başlayın bu dünyanı səliqə-sahmana salmağa. Əlbət ki, onda Allah özü sizə yar və yardımçı olar".









Maykl Ceksonun 'gizli ailəsi'ndən müğənni ilə bağlı dəhşətli iddialar
Oxumaqlarım yox, danışdıqlarım viral olur' - Əməkdar artist
Səhnə fəaliyyətim Mehinin yaşından çoxdur' - Xalq artisti
Avroviziya mahnı müsabiqəsi başlayır - İlk yarımfinalçların adları
"Survivor"da dəhşətli hadisə: İştirakçının ayağı amputasiya edildi
Məşhur müğənni SAXLANILDI
Maksim Qalkinin Bakı gəzintisi - FOTOLAR
Arıqlama iynələri möcüzədirmi?
ÜST-dən hantavirusla bağlı XƏBƏRDARLIQ
Evlilik üç il müddətində müqavilə ilə olmalıdır' - Aktrisadan maraqlı təklif
Fərda Xudaverdiyev aparıcılığa başlayır
Qandakı zərərli yağları azaldan möcüzəvi QİDA
İstəməzdim məni sadəcə bilet satmaq üçün teatra dəvət etsinlər' - Əməkdar artist