Qızardılmış soğanın bilmədiyiniz faydaları ! Bu xəstəlikləri müalicə edirmiş
Soğan güclü antibakterial xüsusiyyətlərə malikdir və bunu hamı bilir.
Xanim.az publika.az-a istinadən xəbər verir ki, təzə soğan şirəsi ilə bal bronxit və iltihabı sağaldır, öskürəyi azaldır. Əzilmiş soğan kompresləri isə qulaqlarda ağrıları müalicə edir, hətta bədənin temperaturunu azaltmağa qadirdir.
Amma çox az adam bilir ki, sobada qızardılmış soğan da çox faydalıdır. Soğan sobada müəyyən temperaturda bişirildikdə öz faydalı xassələrini itirmir!
1. Bişmiş soğan yazva xəstəliyi və uzun müddət sağalmayan yaraları müəlidə edə bilər! Bunun üçün soğanı qabığı ilə qızartmaq və onu yara yaxşılaşaba qədər lazımi yerlərə qoymaq lazımdır.
2. Çibanların da müalicəsi zamanı bişmiş soğan istifadə etmək lazımdır: isti soğanı kompres üçün problemli yerə gündə 20 dəqiqə saxlayın. Çox tezliklə çiban yox olacaq!
3. Sobada bişirilmiş soğanla hətta babasilin müalicəsi mümkündür! Soğan kompresi dezinfeksiyaedici xüsusiyyətlərə malikdir və dəri toxumalarını tez bir zamanda bərpa etməyə kömək edir.
4. Xüsusilə qan laxtalanması problemləri müşahidə olunan kəslər tez-tez bişmiş soğan yeməlidir. Belə soğanı infarkt və ya insultdan sonra hər gün yemək tövsiyə olunur!
5. Şəkərli diabetdən əziyyət çəkən insanlar, ya qanda şəkərin miqdarı tez-tez yüksəlib aşağı düşən insanlara bişmiş soğandan istifadə etmək çox vacibdir. Soğanı əsas yeməklərin yanında, hər səhər acqarına yeyə və ya soğanla tam müalicə kursu keçə bilərsiniz. Effektini bir həftə sonra görəcəksiniz, hər şey də bu məhsulun zəngin tərkibi sayəsində: Kükürd və dəmir qanda qlükozanın səviyyəsi normallaşdırmağa kömək edir, həmçinin qaraciyər və mədəaltı vəzinin müntəzəm işini dəstəkləyir.
6. Qızardılmış soğan köməyi ilə hipertoniya və ateroskleroz xəstəliyindən əziyyət çəkən insanların vəziyyəti yaxşılaşır. Soğan damarların təmizlənməsinə kömək edir və qan təzyiqinin kəskin sıçrayışlarına mane olur. Əbəs yerə bütün xörəklərə soğan qızartması əlavə etmirlər. Soğanı sobada bişirmə üsulundan sonra yalnız efir yağları itir, hansı ki, ona spesifik dad və qoxu verir. Amma faydası qalır.
Müalicəvi məqsədlər üçün orta boy soğanlar seçin, çünki onlar çox qiymətli mikroelementlər ehtiva edir!
f Paylaş








İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin