Qızdırma zamanı edilən səhvlər - Uşaqlara dərman verməyin, spirtlə, sirkəylə masaj qəti olmaz!

Qızdırma zamanı edilən səhvlər - Uşaqlara dərman verməyin, spirtlə, sirkəylə masaj qəti olmaz!Uşağın xəstələnəcəyini əvvəlcədən bilmək mümkün deyil. Tamamilə sağlam uşaq 2 dəqiqə sonra qızdırmadan od tutub yana bilər. Belə olduqda necə davranmaq lazımdır? Uşağın qızdırmasını endirmək lazımdır, yaxsa gözləmə

Xanim.az medicina.az-a istinadən bildirir ki, qızdırma infeksion xəstəliyin qarşısını almaq məqsədilə lazım olan maddələrin sintezinin artırmaq üçün beyində yaranan siqnaldır. Virusların ən başlıca düşməni olan interferon zülalının səviyyəsi birbaşa olaraq bədənin temperaturundan asılıdır. Başqa sözlə, orqanizmin temperaturu nə qədər yüksək olarsa, sözügedən təbii dərman maddəsi daha çox sintez olunur.

Temperaturu necə aşağı salmaq olar?

Biz uşağın temperaturu artan kimi onu dərhal aşağı salmağa çalışırıq. Amma bu, düzgün deyil. Belə olduqda orqanizm özü xəstəliyə qalıb gələ bilmir.
Bilmək vacibdir: qızdırma salan dərmanlar uşağın temperaturu olanda yox, onun ümumi vəziyyəti pis olduqda verilməlidir!

Qızdırmanı nə vaxt salmaq lazımdır?

Bəzi uşaqlar 39°-də özlərini yaxşı hiss edir, bəziləri isə 37,5°-də yataqdan qalxa bilmirlər. Burdan belə bir nəticəyə gəlmək olar ki, hər uşağın özünün səddi var və onu keçərək risk etmək lazım deyil. Əgər temperatur 39,5°-ə qədər artıbsa o zaman fəaliyyətə keçmək lazımdır.

Temperatur 40,0°-yə yaxınlaşdıqda aşağıdakılar hallar baş verir: metabolizm və oksigen istifadəsi sürətlənir, bədən maye itirməyə başlayır, ürək və ağciyərlər üçün əlavə gərginlik yaranır.

Əsas olaraq qıcolma sindromunu nəzarətdə saxlamaq tələb olunur. Əgər temperatur fonunda febril qıcolmalar başlayıbsa, o zaman uşağa qızdırma salan dərman vermək lazımdır. Bu vəziyyət 3 aylığa qədər olan uşaqlara aid edilir.

Uşağın temperaturu artan zaman onun bədəninin maksimum olaraq istilik itirməsini təmin etmək lazımdır. Bunu isə yalnız 2 yolla etmək mümkündür: tər və nəfəs vasitəsilə.

Uşaq yatan otaqda sərin hava (17-20 °С) olmalıdır. Amma bununla belə uşağı isti geyindirməlisiniz. Üstünə ədyal örtün. Çoxlu maye (hər kq-a 50-100 ml) içirin.

Qızdırmanı salmaq üçün uşağa yaxşı olardı ki, sirop içirəsiniz və ya rektal şam qoyasınız. Sirop 15-20 dəqiqəyə öz təsirini göstərir. Amma onun tərkibinə ətirləndirici, rəngləyici kimi bir sıra kimyəvi maddələr daxildir. Rektal şamlar isə 40-50 dəqiqə sonra təsir edir və effektini uzun müddət saxlayır. Əgər uşaqda ürəkbulanma və qusma varsa o zaman bu şamlardan istifadə etmək məsləhətdir. Şamlar defikasiya aktından sonra qoyulmalıdır.

Qızdırması olan uşağa qətiyyən spirt və sirkə ilə kompres etməyin. Çünki körpənin həsas dərisi bu maddələri özünə çəkə və zəhərlənmə verə bilər.

Xəbərlər     Baxılıb: 3375   Tarix: 19 yanvar 2019
f Paylaş

Oxşar xəbərlər

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

turlar.az

toy gecesi kosmetik vasiteler gelinlikler geyimler cavanlaşdırıcı maskalar sağlamlıq haqqında hamilelikde qidalanma kosmetika baldıza aid hakışta narin faydasi opusme vetene aid atalar sozleri oğlan evine aid hakisda