"Qızım bir həftə özünə gələ bilmədi" - Emil

"Qızım bir həftə özünə gələ bilmədi" - Emil"ARB Ulduz"un "Şou məkan" verilişinin qonağı olan müğənni Emil Bədəlov maraqlı açıqlamalar verib.

Axşam.az-ın məlumatına görə, müğənni, Röya Ayxanla olan duetindən ağız dolusu danışıb:

"Yeni mahnılar var, duetimiz işıq üzü görəcək. Mahnının söz və musiqisi Aydın Saniyə aiddir. Aranjiman Anar Vəliyevə məxsusdur. Gitara ifası isə qardaşımız İntiza aiddir. Röya xanımın işləri çoxdur. Konsertlər, mahnılar filan çatdıra bilmir. Vaxt tapıb oxuyarıq, işıq üzü görər. Yaxşı mahnıdır".

O, daha sonra bəstəkar Hacı Nazimin yazdığı mahnılardan da söz açıb:

"Hacı Nazimdən gözəl bir mahnı var. O da hit olmalıdır. Mahnının sözləri isə meyxanaçı Cəlilə aiddir. Aranjiman Fərid İmana məxsusdur. Yenə Hacı Nazimdən bir dənə də mahnı var. Həmin mahnının musiqisi Hacı Nazimə, sözləri Cəlilə məxsusdur. Aranjiman isə Namiq Bədəlovundur. Bu mahnı sevgiyə aid olacaq. Biz artıq 10-12 ildir ki, birlikdə pul qazanırıq, aramızda pul söhbəti var. Biz heç vaxt pula tamah salıb, nə bir-birimizin xətrinə dəymişik, nə də haqsızlıq etmişik. İndiyə qədər olmayıb, bundan sonra da olmaz. Təbii ki, dostluq ayrı, iş ayrı. Ancaq işimizdə də, qazancımızda da dostluğumuz böyük rol oynayır".

Müğənni arıqlamağı haqda da açıqlama verib:

"Arıqlamışam? Arıq yaxşıdır da. Çünki yaşlandıqca adam istəyir, cavan görünsün. Mənim yaşımı bilməyən insanlara deyirəm ki, neçə yaş verirsən? Biri deyir, 25, biri deyir, 26. Xoşum gəlir. Biraz kökələn kimi, qarnım çıxır, sifətim yumrulaşır, yaşımı həmin dəqiqə bildirirəm. Arıq ona görə yaxşıdır ki, paltarlar da üzərimdə normal görünür, özünü yüngül hiss edirsən. Bəyəm, hansı qadın və ya kişinin arzusu formada olmaq deyil?".

Emil qızı Səadəti kamera önünə çıxarsa da, ikinci övladı Zeynəbi hələlik gündəmdən uzaq tutmağa üstünlük verir:

"Zeynəb hələ dörd aylıqdır. Onu kamera önünə hələ niyə çıxaraq ki. Mən həmişə narazı olmuşam ki, Səadət də efirlərə çıxmasın. Dostlar xahiş edib deyə çəkiliş olub. Çəkilişdən sonra yazıq uşaq bir həftə özünə gələ bilmir. Uşağı xəstələnə-xəstələnə böyütmüşük. Qoy, heç olmasa Zeynəb sağlam böyüsün. Müdaxilələr var. Mənim anam da deyir ki, uşağı kamera önünə çıxarma! Ona görə yox ki, göz dəyər, deyir lazım deyil. Televizorda görünmək ayıb və ya qəbahət deyil, sadəcə olaraq o, uşaqdır. Həm də xalq elə başa düşər ki, bu, elə bütün günü övladını efirlərə çıxarır".

Xəbərlər     Baxılıb: 2051   Tarix: 15 dekabr 2017
f Paylaş

Oxşar xəbərlər

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

turlar.az

makiyaj instagram yay kolleksiyasi hamiləlik qadin dunyasi az ayaqların şişməsi aciq cinsi elaqe hicab geyimleri kosmetika haxışda badambura webnem tovuzlu usaq geyimleri sekisler