"Qızlar, belə kişilərlə ailə qurmayın" - Xalq artisti
"Qızlar, şərəfsizlərlə ailə qurmayın. Onların hansı psixologiyaya aid olduğunu bilmədən özünüzə yaxın buraxmayın".
Open.az xəbər verir ki, bu sözləri Xalq artisti Naibə Allahverdiyeva sosial şəbəkədə yazıb. Aktrisa "15 yaşında qaçırtdı, 9 il sonra yandırdı" başlıqlı yazını paylaşaraq qızlara səslənib:
"Ən əsası isə oğlanı əsəbiləşdirin, onda bütün paxırları açılacaq. Dünya yaranandan qadınlar zorakılığa məruz qalıblar. Əvvəllər qadınlar hər zülmə tabe olurdular, müasir zaman isə onların gözünü açdı. Başa düşdülər ki, cinsiyyətindən asılı olmayaraq hamı eyni hüquqa malikdir.
Əks cinsin bəzi cahil, nankor (qeyrətli oğullarımızı çıxmaq şərti ilə) nümayəndələrinin bu xoşuna gəlmir. Onların xəyanəti, şərəfsizliyi qadın tərəfindən rədd edildikdə onlardakı "kişi" eqosu tab gətirmir və belə hərəkətlərə əl atırlar. Bəli, qanunları kişilər yazır (hətta yazılmamışları da). Amma nəzərinizə çatdırım ki, Allah qadını kişiyə əmanət verib. Siz bu əmanətə xəyanət etmisiniz".









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?
Dişləri saraldan qidalar
Mədəsi ağrıyanların nəzərinə
Məşhur aktyorun film çəkilişində bıçaqlı insident
Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa
Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur
Hər gün üzüm yesək, nə olar?
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür