Qliserinlə üz maskaları. Yumşaq, zərif dəri
Qliserin bir çox kosmetik vasitələrə - krem, maska və s. daxil edilir.
Soyuq fəsillərdə dəri tez-tez quruyur, çatlayır, qabıq verir. Bu vəziyyətdə qliserinlə olan maskalar sizə çox yaxşı kömək edəcək. Qliserin dərini daha yumşaq və təravətli edir, çox yaxşı nəmləndirir, dərinin cavanlığını qoruyur.
Qliserin iysiz, şəffaf mayedir. Qliserin çox ucuz vasitədir, onu istənilən aptekdə tapmaq olar.
Qliserinlə maska reseptləri:
- 1 çay qaşığı qliserin, 1 çay qaşığı bal, 1 çay qaşığı yulaf yarması unu (yulaf yarmasını qəhvəüyüdəndə üyüdün), 1 xörək qaşığı suyu yaxşı qarışdırın. Maska çox qatı alınarsa, bir qədər su əlavə edin.
Maskanı təmiz üz dərisinə çəkin və 20 dəqiqədən sonra ilıq su ilə yuyun.
- 1 limon dilimini blenderdə xırdalayın, 1 çay qaşığı qliserin, 2 xörək qaşığı su, 1 yumurta sarısı, 1 çay qaşığı yağlı xama əlavə edin və yaxşı qarışdırın. Maskanı üz dərisinə çəkin və 15 dəqiqədən sonra yuyun.
- Dəriniz çox qurudursa, belə maskadan istifadə edin: kiçik kartofu qabıqla bişirin, əzin, 1 xörək qaşığı ilıq süd, 1 çay qaşığı zeytun yağı, 1 çay qaşığı qliserin, 1 kapsul E vitamini (apteklərdə satılır) əlavə edib yaxşı qarışdırın. Maskanı üz dərisinə çəkin və 15 dəqiqədən sonra ilıq su ilə yuyun.
Nəzərinizə çatdıraq ki, qliserinlə olan maskaları havası çox quru olan otaqda etmək olmaz. Bu halda maska lazım olan effekt verməyəcək.
Milli.Az /news.milli.az









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Vətən haqqında bayatılar
Arzuolunmaz hamiləlik
Qaravəllilər
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Zibil deyib atmayın, kilosu sərvət dəyərindədir
Qarpızı çox yeməyin fəsadları
Tünzalə Ağayeva - "Ürəyim tək sənin üçün döyünür hər dəfə..." - Foto
Bədəninizdə su çatışmazlığını göstərən 5 gizli əlamət
Rafet El Romandan etiraf: "Botoksun dozasını aşdım
Nadir Qafarzadədən nəvəsi ilə bağlı paylaşım - FOTO
Bu məşq yuxuya getməyinizə kömək edəcək