Qohumla nikahın fəsadları

Qohumla nikahın fəsadlarıQohum nikahların fəsadları barədə maarifləndirmə işlərinə baxmayaraq, Azərbaycanda bu gün də kifayət qədər qohumlar arasında nikahlar bağlanır.

"Əmiqızı ilə əmioğlunun kəbini göydə kəsilib" və ya "Özümüzünkülərdən alaq, ətimizi yesə də, sümüyümüzü çölə atmaz" deyimləri bizdə çox məşhurdur və qohum nikahlar adət halını alıb. Ekspertlərin fikrincə, xüsusilə də, kənd və rayonlarda qohum nikahlar çox qurulur və belə nikahlardan doğulan uşaqların xəstə olması riski çox yüksəkdir.

Xanim.az bildirir ki, Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun böyük elmi işçisi, tibb üzrə fəlsəfə doktoru Aynurə İsmayılova bildirir ki, qohum nikahdan doğulan uşaqlar qohum olmayanların nikahından doğulan uşaqlarla müqayisədə daha çox xəstə olurlar: "Qohum nikahların əsas fəsadı doğulan uşaqlarda genetik xəstəliklərin rastgəlmə tezliyinin daha çox müşahidə olunmasıdır. Qohumlar arasında bağlanmış nikah sonsuzluğun da səbəbi ola bilər, ya da dünyaya gələn uşaqlarda əzələ, sinir sistemi xəstəlikləri olur və ya bu uşaqlar anadangəlmə qüsurlarla da dünyaya gələ bilər. Şikəst uşaqların doğulmasında genetik yaxın olan xəstəlik daşıyan genlərin büruzə verilməsidir".

Elə də qohum nikahlar var ki, onların uşaqları sağlam doğulur. Böyük elmi işçi bununla bağlı bildirib ki, onların uşaqları sağlam olsa da, həmin uşaqlardan gələcəkdə dünyaya gələn uşaqlar xəstə doğula bilər: "Belə bir araşdırma aparıblar ki, qohum nikahlardan sağlam uşaqlar doğula bilər, amma sonradan onlar ailə qurduqda müəyyən nisbətdə sonsuzluğun rast gəlinmə tezliyi daha yüksəkdir. Yəni, birinci nəsildə yox, ikinci nəsildə bunun fəsadları üzə çıxa bilər".

Həmsöhbətimiz qeyd edir ki, tərəflər qohum nikahı qurmağı qərara alıblarsa, genetikin qəbulunda olmalıdırlar. Həkim genetik onların nəslində hansı xəstəliklərin olduğunu araşdırır. Onların qohumlarında ya əzələ zəifliyi, ya ifliclə doğulan uşaqlar, ya sinir sistemlərində problemləri, ya da anadangəlmə genetik problemləri olan uşaqlar varsa, bu araşdırılır. "Eləcə də, nikaha daxil olmaq istəyən tərəflərin talassemiya daşıyıcısı olub-olmaması da yoxlanılır. Əgər hər iki tərəf daşıyıcıdırsa, onlardan dünyaya gələn uşağın talassemiya xəstəliyinə tutulma riski çox yüksəkdir. Məsələn, Türkiyədə nikaha girməyən insanlarda belə talassemiya daşıyıcısı olub-olmaması yoxlanılır. İnsanlar bilirlər ki, kim talassemiya daşıyıcısıdır, kim deyil. Əgər iki daşıyıcı bunu bilirsə, onlar özləri ailə həyatı qurmaqdan çəkinirlər. Türkiyədə bununla talassemiya xəstəliyinin qarşısını alıblar, talassemiya xəstəliyi ilə doğulan uşaqların sayı getdikcə ildən-ilə azalır".

Ümumiyyətlə, İsmayılova qohumların nikaha daxil olmasını tövsiyə etmir: "Tərəflərə vaxtında demək lazımdır ki, qohum nikahlardan çəkinsinlər. Qohum nikahların azalması xəstə uşaqların doğulma riskini azaldır. Qohum olmayan cütlüklərdə daha sağlam uşaqlar dünyaya gəlir. Çünki burada genlərin yenilənməsi prosesi gedir. Eyni, yaxın genlər olan zaman bir xəstəlik varsa, bu, özünü tez bürüzə verir. Amma qarışıq genlərdirsə, yad insanlardırsa, genetik informasiya daha müxtəlif olur və onların izidvacından daha sağlam uşaqlar doğulur".

Onun sözlərinə görə, savadlı insanlar qohum nikahların hansı fəsadlarının, problemlərin olduğunu bilirlər. Bu səbəbdən də qohumla nikaha girməkdən çəkinirlər. "Amma kənd, rayon yerlərində, demək olar ki, qohumla nikah qurmaq adəti qalıb. Regionlarda bu səpkidə maarifləndirmə işi zəif olduğundan qohum nikah problemi aktualdır. Kənd yerlərində qohum nikahların tərəfdarı olanlar çoxdur. Bu səbəbdən də rayon və kənd yerlərində qohum nikahların fəsadları ilə bağlı maarifləndirmə işlərinə ehtiyac var".

Qeyd edək ki, qohum nikahlar Cənubi Hindistanda çox geniş yayılıb. Qohum evliliklərdə problemli uşaqların doğulma riski digərlərinə nisbətən, ikiqat artaraq 8-9 faiz təşkil edir. Almaniya qohum evliliklərinə çox az təsadüf edilən ölkələrdəndir. Xalqın təhsil səviyyəsi və genetik xəstəliklər mövzusundakı məlumatının artması, bu cür evliliklərin 0,3 faizdən aşağı düşməsinə, hətta böyük şəhərlərdə daha da azalmasına səbəb olub. Yaponiyada isə qohum evlilikləri 6 faiz nisbətindədir, hətta adalarda 29 faizə yüksəlməkdədir. Ərəb ölkələri, Cənubi Hindistan, Misir və Türkiyə kimi ölkələrdə isə bu nisbət daha da yüksəkdir. Avropa və Amerikada isə qohum evliliklərindən doğulacaq uşaqların qüsurlu, irsi xəstəliklər və əqli qüsurlu olma vəziyyəti geniş yayılıb. Qohum evliliyində olan problem, sağlam olan şəxslərin genlərində daşıdıqları xəstəliklərin uşaqlarına keçməsidir. Birinci dərəcə qohumlar arasında evliliklərdə genlərin 1/8-i paylaşıldıqda genetik olarak aşkarlanan xəstəlik riski 3 faizdir. Aralarında qan bağı olmayan ata-analardan doğulan uşaqlarda isə 2 faizdir. Birinci dərəcədən qohumlar arasındakı evliliklərdə uşaqlarda düşmə, ölü doğum, beyin iflici göstərilir.

Ailə və Uşaq     Baxılıb: 2402   Tarix: 12 iyul 2021
f Paylaş

Oxşar xəbərlər

.

Əl, ayaq və ağızda səpkilər – Su çiçəyidir yoxsa?

Ağızda, əllərdə və ayaqlarda ağrılara səbəb olan, qabarcıq və səpkilərlə irəliləyən əl-ayaq və ağız xəstəlikləri son günlərdə daha çox rast gəlinir. Hər yaş qruplarında müşahidə olunsa da, daha çox uşaqları hədəf alır. Mövz

.

Əkiz uşaq doğmaq üçün MÜTLƏQ OXUYUN

1. Oxucu sualı: Salam həkim. Bu yaxınlarda toyum olacaq. Həm ailə quracağım kəs, həm də mən ekiz uşaqlarımızın olmasını istəyirik. Bunun üçün nə isə məsləhətiniz varmı? Ümumiyyətlə, ekiz uşaqların doğulması nədən aslıdır?

.

Körpənin yatağı necə olmalıdır? Vacib qaydalar

Uşaqların əhval-ruhiyyəsinə və sağlamlığına təsir edə biləcək çarpayının seçilməsi heç də az əhəmiyyətli məsələ deyil. Düzgün çarpayı seçimi həm onurğa sütunun normal inkişafına, həm də sinir sisteminə müsbət təsir göstərir

.

Vaxtından əvvəl doğulmuşların RETİNOPATİYASI

Hal hazırda dünyada hər 10 uşaqdan biri vaxtından əvvəl doğulur. Aparılan geniş miqyaslı elmi araşdırmalar və qabaqlayıcı tədbirlərə baxmayaraq vaxtından əvvəl doğuşların sayı günü-gündən artmaqdadır. Dünya statistikasın

.

Ana südü xərçəngin dərmanıdır

Ana südü yeni doğulmuş körpənin qida ilə bağlı bütün tələblərini ödəyən zəngin qida məhsuludur. Aparıcı səhiyyə təşkilatlarının, o cümlədən, Amerika Pediatriya Akademiyası və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən

.

9 aylıq uşağın inkişafı

9 aylıq inkişaf dövrü – bir çox körpələr üçün iməkləmədən, ayaq üstə durmağa, gəzməyə çalışma dövrü hesab olunur. bildirir ki, bəzi körpələr isə iməkləmədən də gəzə bilir. Bu da normal hal hesab olunur. - 9 aylıq körpəni

.

Yenidoğulmuşların gülüşünün SİRRİ

Körpə gülüşü… Bu gülüşün qarşısında valideynlər aciz qalır, ilk gülüşün anı onlarda böyük sevinc və coşqu hissinin yaranmasına səbəb olur.  . Çoxumuz yeni doğulmuş körpələrimizin bəzən ifadə etdikləri təbəssümün şahidi oluru

.

Ana südünü artıran 7 qida

Ana südünün körpə üçün nə qədər əhəmiyyətli olması hər kəsə bəllidir. Bəs, ana südünü və onun keyfiyyətini artırmaq üçün hansı qidalardan istifadə etmək lazımdır?. Axşam.az ana südünü artıran 7 qidanı təqdim edir:. 1. Yumurt

.

6 aylıq uşağın inkişafı

İlin ilk yarısının sonunadək uşaq ona yeni olan yeni bacarıqları öyrənir. O, oturmağa, qalxmağa və sürünərək hərəkət etməyə başlayır. O, böyüklərlə ünsiyyət prosesində fəal iştirak edir, emosiyaları aydın olur, xarakter xüsusiyyətlər

turlar.az

sac duzumleri sade makiyaj sekilleri kosmetik vasiteler 2026 payiz qis debi cinsi münasibət biskvitli tort resepti ariqlamaq ucun yasil cay kosmetika ginekoloq nizami gəncəvi eqreb ariqla ikizler