Qonoreya nədir?

Qonoreya nədir?Qonoreya - Çox yayılmış cinsi yolla yoluxan (CYYX ) xəstəliklər qrupuna aid olub, qonokokk bakteriyaları tərəfindən törədilir. Bu törədici sidikçıxarıcı kanalları (uretra), uşaqlıq yolunu, uşaqlıq boynunu, uşaqlığı, düz bağırsağı, ağız-udlağı eləcə də gözü (konyuktivanı) zədələyir.

Qonoreyaya necə yoluxmaq olur?
Yoluxma invaziyalaşmış partnyordan qorunmasız bütün növ seksual kontaktlar zamanı keçir (vaginal, oral, anal seks )

Qonoreya üçün hansı simptomlar xarakterikdir?

Qadınlar üçün:

-Cinsi yollardan gələn ifrazatın həcminin və rənginin dəyişməsi
-Cinsi nahiyyədə qaşınma, göynəmə və diskomfort hissi
-Qarının aşağı hissələrində ağrı və menstrual tsikldə dəyişkənlik

Kişilər üçün:

- Sidikçıxarıcı kanaldan irinli – selikli ifrazatın gəlməsi
- Ağrılı sidik ifrazatı
- Uretrada qaşınma, göynəmə və diskomfort hissi
- Düz bağırsağa sirayət edən aralıq nahiyyəsində ağrılar

Qonoreya əsasən, çox zaman da qadınlarda xarakter simptomlarla davam edir. Lakin bağırsaq və ağız –udlaq zədələndikdə simptomlar itə bilər. Bu səbəbdəndir ki, yoluxmuş şəxs yoluxmadan xəbərdar olmaya bilər. Bu isə CYYX –lərin "hiyləgər" xüsusiyyətlərindəndir.

Yoluxmanın əlamətlərini hiss etdikdə nə etməli?
İlk növbədə özünümüalicə üsullarına müraciət etməməli, çünki bu hallar ümumi sağlamlığa ziyan vuraraq, diaqnozun düzgün qoyulmamasına gətirib çıxara bilər.

Qonoreyaya qarşı müalicə aparılmadıqda hansı fəsadlarla üzləşmək olar?
Əgər simptomlar müalicəsiz itirsə bu hələ o demək deyil ki, sağalma baş vermişdir. Törədicinin orqanizmdə yayılması ağır fəsadlara səbəb ola bilər

Qadınlarda:

-Yumurtalıqların zədələnməsi
-Boruların zədələnməsi
-Uşaqlığın zədələnməsi

Kişilərdə:

-Prostat vəzinin zədələnməsi
-Toxumluq, toxumçıxarıcı axarların zədələnməsi
-Qonoreyanın ən qorxulu fəsadı sonsuzluq

Qonoreyanın diaqnostikası necə aparılır?

Əsasən xəstənin şikayətləri, ümumi baxış, yaxmanın mikroskopiyası əsasında qoyulur. Digər CYYX infeksiyalar kimi qonoreyanın da diaqnozu üçün ən dəqiq metod PZR (polimeraz zəncirvari reaksiya ) hesab olunur.

Siz və partnyorunuz?

Yadda saxlayın! Partnyorlarından birinə "qonoreya" diaqnozu qoyulmuşsa hər iki partnyor müalicə almalıdır!

Yoluxmamaq üçün nə etmək lazımdır?

Requlyar olaraq həkim müayinəsindən keçin;

Təsadüfi cinsi əlaqələrdən qaçın;

Bu kimi xəstəlik ehtimalı olan şəxslə cinsi əlaqəyə girməyin;

Və sonda yadda saxlayın! CYYX - dən ən etibarlı müdafiə sevimli və yeganə cinsi partnyorun olmasıdır!

Sağlamlıq     Baxılıb: 8960   Tarix: 02 dekabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Kakos yağının - 5 UNİKAL FAYDASI

Kakos yağı xüsusilə son beş ildə populyarlıqda böyük artım müşahidə edən bitki mənşəli məhsullardan biridir. Həm supermarketlərdə, həm də kosmetika mağazalarında bankalarda kokos yağı tapmaq mümkündür. Bundan əlavə, qablaşdırıla

.

Cinsi zəifliyi aradan qaldıran möcüzəvi QARIŞIQ

Son dövrlər stres, əsəb və digər səbəblər kişilərdə cavan yaşlardan cinsi zəifliyi və impotensiyaya səbəb olur. Ölkə.az bildirir ki, bu yaxınlarda alimlər cinsi zəifliyi aradan qaldıran maraqlı qarışıq barədə məlumat yayıblar

.

Cinsi asıllıq: satiriasis və nimfomaniya nə deməkdi? - Maraqlı araşdırma

Cinsi ə . laqəyə girmək istəyinə qarşı dura bilməmək və bunu müxtəlif insanlarla təsadüfi şəkildə həyata keçirmək kimi təyin olunan bir problemdir. bu barədə araşdırıb. "Səhər, günorta və axşam başqa bir qadın/kişi il

.

Özünü Masaj Etmənin Faydaları Nələrdir ?

Özünü masaj etmək sadə, amma olduqca faydalı bir vərdişdir. Günümüzdə insanların çoxu stress, yorğunluq və gərginlikdən şikayət edir. Bu halları aradan qaldırmaq üçün xüsusi ustaya müraciət etməyə ehtiyac olmadan özünü masa

.

3 təbii çarə ilə cinsi istəksizliyə - SON

Bu vasitələr potensiyanızda olan problemləri aradan qaldırmaqla yanaşı həm də orqanizminizə ümumi şəkildə müsbət təsir göstərəcək. Bal və qoz.  . Mütəxəssislər tərəfindən bu qarışığın "Viaqra"dan da güçlü olmas

.

Vaginizm nədir və kişilərdə ilk gecə qorxusu - ARAŞDIRMA

Cəmiyyətimizdə "ilk gecə" adlanan ilk vaginal əlaqə hər bir cütlük üçün çox vacibdir. Qızlıq pərdəsi ilə bağlı mənalar və ilk gecə ilə bağlı yanlış təsəvvürlər bir çox narahatlıqlara səbəb olduğu üçün ümumiyyətl

.

Bu 3 qadın xüsusiyyəti kişiləri uzaqlaşdırır

Bəzən kişi qadının malik ola biləcəyi keyfiyyətlərə heyran olur. Ancaq zaman keçdikcə bir çox xarakter ortaya çıxır ki, bunlar ayrılmağa aparan yolun başlanğıcı hesab edilir. Yəni bir növ kişilər qadınlardan soyuyur. . Kişilər

.

Ağrı və əzabları aradan qaldırdan yağ - Qızılgül yağı cinsi həvəsi artırır

Bu günə qədər mövcud olduğunu bildiyimiz qızılgül yağı qədim dövrlərdə sağlamlıqda və bir çox xəstəliklərin müalicəsində istifadə edilən əsas yağdır. Osmanlı təbabətində "ağrı kəsici" olaraq xatırlanan qızılgü

.

Cinsi fəallığı, intim həvəsi artıran vasitələr – AFRODİZİAKLAR HAQQINDA BİLMƏDİKLƏRİMİZ

Afrodiziak intim istək, eşq həzzi deməkdir. Bu söz qədim yunanların sevgi ilahəsi olan Afrodita adından götürülüb. Bəs, hələ qədim zamanlardan bu günə qədər insanların böyük maraq göstərdiyi afrodiziak vasitələr nə üçündür

turlar.az

kosmetoloq reseptler qis geyimləri 2026 soz ehtiyati artirmaq vətənə aid bayatılar haqista hamiləlik və doğuş kosmetika oglaq englishdilində qulaq vətən haqqında atalar sözləri kökəlmək üçün 8 mart