Qorxunc nəticələr: Yoğun bağırsaq xərçəngi niyə gənclərin xəstəliyinə çevirildi?

Qorxunc nəticələr: Yoğun bağırsaq xərçəngi niyə gənclərin xəstəliyinə çevirildi?Gənc yaşlarda kolon xərçəngi (yoğun bağırsaq) hallarının artması narahatlıq doğurur. Mart ayında dərc edilən yeni bir hesabat bağırsaq xərçəngi diaqnozunun hər beş yeni hadisəsindən birinin 40 yaş və ya daha gənc yaşda olan insanlara qoyulduğunu göstərir. ABŞ-da aparılan yeni bir araşdırma göstərib ki, gənclərdə kolon xərçəngi daha inkişaf etmiş mərhələlərdə diaqnoz qoyulur və onlar daha aqressiv şiş növlərinə meyllidirlər. 
Bəs bağırsaq xərçəngi niyə gənclərin xəstəliyinə çevrilib?
Milli.Az qaynarinfo.az-a istinadən xəbər verir ki, kolon xərçəngi dünyada ən çox yayılmış xərçəng növlərindən biridir. Xalq arasında "yoğun bağırsaq" olaraq bilinən həzm sisteminin son hissəsində inkişaf edən və həyatı boyu hər 10 insandan 1-də rast gəlinən, hətta ölümlə nəticələnə bilən bir xəstəlikdir.
Amerika Xərçəng Cəmiyyətinin (ACS) keçən mart ayında dərc etdiyi hesabata görə, bağırsaq xərçəngi diaqnozunun hər beş yeni hadisəsindən biri (həm kolon, həm də düz bağırsaq xərçəngi) 40 yaş və ya daha gənc olan insanlara qoyulur.
Bu vəziyyət ABŞ-da aparılan yeni araşdırmada bir daha ortaya çıxıb. ABŞ-da 2015-2021-ci illər arasında diaqnoz qoyulan təxminən 319 min kolon xərçəngi hadisəsinin araşdırıldığı araşdırmada, hadisələrin təxminən 17 mini 18-44 yaş aralığında, digər 302 mini isə yaşlı fərdlərdə olub.
Tədqiqatın aparıcı müəllifi, Çikaqodakı Loyola Universiteti Tibb Mərkəzində ümumi cərrahiyyə rezidenti dr. Kelli Çan deyib: "Son 20 ildə 66 və daha yuxarı yaşda olan xəstələrdə kolon xərçəngi diaqnozu 20 azalıb. Ancaq eyni dövrdə 18-44 yaş qrupunda bu hallar 15 faiz artıb".
Onkoloqlar gənclərdə xəstələnmə və ölüm hallarının artmasının piylənmə, oturaq həyat tərzi, Qərb tərzi qidalanma, həddindən artıq şəkər istehlakı və ətraf mühit faktorları kimi faktorlarla bağlı olduğunu bildirirlər. "Bizim tapıntılar 45 yaşdan kiçik insanlarda kolon xərçənginin inkişafını anlamaq üçün əlavə tədqiqatlara ehtiyac olduğunu da vurğulayır", deyə Kelli Çan əlavə edib.
Bu həyəcanverici tendensiyaya görə, ABŞ Preventiv Xidmətlər İşçi Qrupu 2021-ci ildə kolorektal xərçəngin skrininq qaydalarına dəyişiklik edərək, orta riskli yetkinlər üçün skrininq yaşını 50-dən 45-ə endirib. Ayrı bir araşdırma göstərib ki, kolorektal xərçəng diaqnozu qoyulmuş gənclər daha çox fiziki və psixi sağlamlıqları, karyeraları və ailə planları ilə bağlı narahatlıq və qeyri-müəyyənlik yaşayırlar.
Miçiqan Universitetinin tədqiqatçıları 50 yaşından əvvəl kolorektal xərçəng diaqnozu qoyulmuş 35 xəstə ilə müsahibə apararaq, onların xüsusi çətinliklərini həll etmək üçün proqram hazırlanmalı olduğunu bildiriblər. Araşdırmanın aparıcı müəllifi dr. Samanta Savitç deyib: "Kolorektal xərçəng və digər xərçəng növləri olan xəstələrdə bu problemləri daha yaxşı başa düşmək üçün daha çox araşdırmaya ehtiyac var".
Saviç və Çanın araşdırmaları yaxın günlərdə San-Fransiskoda Amerika Cərrahlar Kollecinin konfransında təqdim olunacaq.
Milli.Az

Xəbərlər     Baxılıb: 1230   Tarix: 27 oktyabr 2024
f Paylaş

Oxşar xəbərlər

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Ürəyinizi qorumaq istəyirsinizsə, bunlara diqqət edin - Kardioloqdan 5 məsləhət

Ürək-damar xəstəliklərinin yaranmasında genetik amillərlə yanaşı, gündəlik həyat tərzi və qidalanma vərdişləri də mühüm rol oynayır. Həddindən artıq duz və şəkər qəbulu, yağlı və qızardılmış qidalara üstünlük verilməsi, meyvə-tərəvə

.

Ofisdə "qocalma" qorxusu - Çətirlə işləməyə başladılar

Çində ofis işçiləri arasında "ofis qocalması" adı ilə yeni bir trend yayılıb. İşçilər ofis işıqlarının və kompüter ekranlarının yaydığı ultrabənövşəyi şüalardan qorunmaq üçün iş masalarının üzərində günəş çətirlər

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

"İki nəfər üçün yeməlisən" deyirlər, amma… - Hamiləliklə bağlı məşhur yanlış

"Tibbdə geniş yayılmış "iki nəfər üçün yemək" yanaşması artıq elmi əsasını itirib". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zaman

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

turlar.az

aksessuarlar geyim dəbləri maskalar aybasi ucun derman dırnaqlara qulluq huseyn cavid seirleri oğlanlar necə qızları sevirlər kosmetika xerceng rus dilini öyrənək kahfe kali aysel hekaye janri