Qozlu qoğal

Qozlu qoğalƏrzaqlar:

Xəmir üçün:Qozlu qoğal

1 kq un

2 yumurta

1/2 ç.q sarıkök

1 ç.q dolu duz

2  st süd

1ç.q quru maya

Yuxaların araları üçün: 1 st qoz ləpəsi

Yuxaları yaymaq üçün: əlavə un

İçlik üçün:Qozlu qoğal

250 q şəkər tozu

250 q qoz

1/4 ç.q hil

Yağlamaq üçün:

400-450 q kərə yağı

Üzü üçün:

1 ədəd yumurta,

Xaş-xaş,

Hazırlanması:

Xəmiri hazırlamaq üçün stəkana mayanı töküb ilıq süddə qarışdırırıq. 5-10 dəqiqə qalıb köpüklənir.

Qozlu qoğalSüdü ilıq qızdırıb sarıkök töküb qarışdırırıq.

Qozlu qoğalBir qaba unu ələyirik. Unun ortasını açırıq. Yumurtanı sındırırıq, duzu səpirik, mayanı və sarıköklü südü əlavə edirik.

Qozlu qoğalXəmiri qarışdırıb tam həll olanadək yoğururuq. Yumşaq xəmir olur. Xəmirin üstünə sellofan çəkib dəsmal qoyub acıması üçün üstünü örtürük.

Qozlu qoğalİndi isə içliyi hazırlayaq. Qozu tavaya töküb qazın üstündə qarışdıra-qarışdıra az qovururuq. Qovrulmuş qozu dəsmalın arasında az ovuruq qabıqları çıxır. Tamam soyuduqdan sonra sürtgəcli maşından keçirdirik.

Qozlu qoğalÇəkilmiş qoza şəkər tozu və hili əlavə edib qarışdırırıq. İçliyimiz hazırdı.

Qozlu qoğalYuxaların arası üçün olan qovrulmuş qozu bıçaq vasitəsi ilə doğrayırıq.

Qozlu qoğalYuxaları yağlamaq üçün yağı əridirik .

Qozlu qoğalXəmir 2 saata acıyır.

Qozlu qoğalXəmirdən 15 kündə düzəldirik. 5 dəqiqə qalır kündələr özünə gəlir.

Qozlu qoğalKündənin birini götürüb un səpib nazik yuxa yayırıq.

Qozlu qoğalQozlu qoğalYuxaların hər layını bir az dartıb böyüdürük və yağlayırıq. Hər dəfə yağlanmış yuxaların arasına doğradığımız qoz ləpəsini səpirik.

Qozlu qoğalQozlu qoğalBütün yuxalar qurtardıqdan sonra kəsib hazırlayırıq.

Qozlu qoğalQozlu qoğalOrtasını aralayıb qozlu içlik qoyub ağzını bükürük.

Qozlu qoğalQozlu qoğalQozlu qoğalQozlu qoğalAzca əlimizlə yayıb qurumasın deyə üstünü sellofan ilə örtürük.

Qozlu qoğalHazır qoğalların üzünü çevirib əlimizlə az yayıb qaba düzürük.

Üzünə çəkmək üçün yumurtanı bir qaba sındırırıq. Üzərini yumurtalayb xaş-xaş səpirik.

Qozlu qoğalQozlu qoğal220 dərəcə qızdırılmış sobada üzü qızaranadək bişiririk.

Qozlu qoğalQozlu qoğalNuş olsun!

Mətbəx     Baxılıb: 6566   Tarix: 21 oktyabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Mayonezli Çiyələk Piroqu

Bizim mayonezə olan sevgimizi izah etmək çətindir, amma bu reallıqdır ki, mətbəximizdə mayonez həmişə geniş istifadə olunub. Çox az adam bilir ki, mayonezlə təkcə salatlar hazırlamaq olmur. Ondan həmçinin şirniyyatlarda d

.

Pendirli, göyərtili fəsəlinin resepti - Video resept

Tərkibi:. 600qr un (200qr-lıq stəkanla 4stəkan dolu 5 ci stəkanın 3 ). 400ml ilıq su 2 stəkan. 8 qram yaş maya (quru 1 silə çay qaşığı). İçliyi üçün:. 250qr ağ pendir. hərəsindən 1 dəstə- keşniş,şüyüd, göy soğan və yarı

.

Gül kələmi pendirlə

Gül kələmi ən faydalı tərəvəzlərdən biridir. Təəssüf ki, bizdə bu tərəvəzdən az istifadə olunur. Bu gün biz sizə çox dadlı və faydalı yemək reseptini təqdim edirik - gül kələmi pendirlə. Lazım olan məhsullar:. - gül kələm

.

Qarğıdalı keksi

Tərkibi. 1 litr süd. 250 qr qarğıdalı unu. 120 qr şəkər tozu. 50 qr yağ. 3 ədəd yumurta. ½ vanil çubuğu. 3-4 dilim təzə ananas (və ya konservi)

.

Balıqdan buğlama resepti

Tərkibi. Nərə balığı və ya ağ balıq - 370 qr. Kartof - 115 qr. Baş soğan - 80 qr. Sarı alça - 60 qr. Duz - 0,4 qr. Döyülmüş qara istiot - 0,3 qr. Hazirlama qaydasi. Balıq təmizlənir, yuyulur və qurulanır. Kartof, soğan təmizlənir

.

Kələm Salatı

Ərzaqlar. Kələm — 300 q. təzə pomidor — 4 əd. pendir (bərk sort) — 150 q. göyərti (şüyüd, cəfəri) — 50 q. duz – zövqə görə. mayonez. Hazırlanması. Kələm doğranır, duzlanır ,azacıq sıxılır ki bir qədər suyunu buraxsın. Pomidorla

.

Əsl kəllə-paça RESEPTİ

Qışda sümükləri, toxumaları, bədəni xaş və kəllə-paçadan başqa nə isidə bilər, nə canlandırar? Övladlarınızı bu milli yeməklərə alışdırın, sevdirin. Ərzaqlar:. - 2 ədəd mal (dana) ayağı. - su. - baş soğan. - duz. - yumr

.

Ləzzətə hopdurulmuşdur: Fan Kartof Resepti

Fan Kartof Resepti üçün Tərkibi. 4. orta ölçü. kartof. 5. yemək qaşığı. kərə yağı. bir. diş. sarımsaq. bir. desert qaşığı. duz. 3-4. filial. rozmarin (istədiyiniz kimi). bir. çay qaşığı. təzə doğranmış qara bibər. İkinc

.

Asan Və Ləzzətli: 300 Kaloridən çox Olmayan 7 Yemək

Karnabahar gratin. Kalori - təxminən 250 kalori. Tərkibi:. Gül kələmi - 1 ədəd. Süd - 0,5 l. Krem - 100 ml. Sarımsaq - 3 diş. Sərt pendir - 100 q. Kərə yağı - 25 q. Dadmaq üçün duz. Zövqə görə üyüdülmüş ağ istiot. Pişirm

turlar.az

qaşların formalari sac duzumleri geyim dəbləri yumurta ile uz maskalari merlin monro kətə halva reseptləri kosmetika qadin saglamlig kokelmek novruz bayramına aid hakıştalar novruz bayramına aid hakışta turpun nağlı