"Qreçkanın" orqanizmə faydaları

Qarabaşaq yarması öz tərkibinə görə unikal və qiymətli məhsuldur. Bütün dənli bitkilər arasında məhz o, tərkibində yüksək miqdarda bitki mənşəli zülal olması ilə qiymətləndirilir.
Bundan əlavə, məhsulda dəmir, maqnezium, fosfor, kalsium, sink var.
Bu barədə rusiyalı nutrisioloq Yekaterina Mixayilenko bildirib.
O, əlavə edib ki, qarabaşaq yarması A, D, C, E vitaminləri ilə yanaşı, B, P, PP qrupunun vitaminləri də zəngindir.
"Qarabaşaq özü qlütensiz məhsuldur, bu amil xüsusilə seliakiya (həzm sistemi ilə əlaqədar irsi xəstəlik) kimi xəstəliyi olan insanlar üçün vacibdir".
Dietoloq onun rasiona daxil edilməsini vacib sayıb.
"Lakin yüksək kalorili məzmuna görə istifadəsi rasional olmalıdır. Buna görə də artıq çəki ilə mübarizə aparanlar qarabaşaq yarmasından ehtiyatla istifadə etməlidir", - deyə diyetoloq sözlərini yekunlaşdırıb.
Qeyd edək ki, qarabaşağın tərkibi sellüloz ilə zəngin olduğundan mədə-bağırsaq xəstəliklərinin müalicəsində də xeyirlidir. Müntəzəm olaraq qarabaşaqdan istifadə etməklə orqanizmdə olan şlakları və digər zəhərli maddələri xaric etmək mümkündür.
Bu dəyərli qida məhsulu qanda şəkərin miqdarını stabilləşdirir. Buna görə də diabet xəstələrinə qarabaşaqdan istifadə etmək faydalıdır. Həmçinin yüksək qan təzyiqindən şikayətlənənlər üçün də qarabaşaq olduqca xeyirlidir.
Qarabaşaq qaraciyərə də müsbət təsir göstərir, onun fəaliyyətini yaxşılaşdırır, eyni zamanda, böyrəklərin fəaliyyətinin normallaşmasına müsbət təsir göstərir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1049   Tarix: 18 dekabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

turlar.az

makiyaj etmek qaydalari yemek reseptleri həkim məsləhəti zərdəçal ciy kartofun faydasi 1 hefteye 5 kq ariqlamaq qripdən necə qorunmalı kosmetika bayatılarımızda vətən həsrəti bayati haxisda vətən xərçəng bürcü