"Qripdə QƏTİYYƏN antibiotikdən istifadə etmək olmaz" - Valideynlər DİQQƏT

"Qripdə QƏTİYYƏN antibiotikdən istifadə etmək olmaz" - Valideynlər DİQQƏTŞabran rayonunda 7 yaşlı Gülnur Dadaşovanın antibiotikdən dünyasını dəyişməsi yenidən bu dərmanlardan istifadə məsələsini gündəmə gətirib.

"Qafqazinfo" mövzu ilə bağlı pediatr Vaqif Qarayevlə əlaqə saxlayıb. O, qeyd edib ki, istənilən dərmanın, o cümlədən antibiotikin təyinatı üçün göstəriş mövcuddur:

"Son vaxtlar əhali arasında çox qəribə fikir yaranıb. Az qala beş valideyndən 3-ü deyir ki, uşağına antibiotik yazılmasın. Onun ziyanlı olduğunu vurğulayırlar. Qeyd edim ki, yersiz təyinat olanda istənilən dərman ziyandır. Antibiotikin hərfi mənası "həyatın əleyhinə" deməkdir. Xəstəliktörədici mikroorqanizmlər var ki, onların həyatının əleyhinə antibiotiklərdən istifadə olunur. Xəstəliktörədicilər isə müxtəlifdir. Bunlara virus, bakteriyalar, parazitlər və sairə daxildir. Virus varsa antibiotik istifadə etmək olmaz. Çünki köməyi yoxdur. Əksinə ziyandır, orqanizmin ümumi müqavimətini azaldır. Ümumi laboratoriya müayinələrindən sonra xəstəliyin törədicisi aşkar olunduqda antiobiotik təyinatı vacibdir. Çünki xəstə başqa cür sağala bilməz. İndiki soyuqdəymələrdə, el dilində desək, qriplərdə antibiotik olmaz, çünki törədicisi virusdur. Bu zaman virus əleyhinə preaparatlardan istifadə olunur. Uşaqlarda virus infeksiyasında uzunmüddətli qızdırma bədəni o qədər zəiflədir ki, bakteriyaların baş qaldırmasına yol açır. Bu zaman bədənə ikinci bir infeksiya yəni, bakteriya qoşulur, vəziyyət daha da ağırlaşır. Ancaq bakteriyanın olub-olmamasını həkim təyin edəcək. Bu zaman artıq antibiotikin təyinatı qaçılmazdır".

V. Qarayev xatırladıb ki, 20 il qabaq indiki antibiotiklərin bir çoxu yox idi:

"Bu zaman iynə vurulmadan əvvəl dəriiçi test qoyuluraq bədənin qəbul edib-etməyəcəyi yoxlanılırdı. Amma indiki antibiotiklərin kristalları həddindən artıq iridir. Nə qədər qarışdırsan da, testi düzgün qoysan da əksər hallarda testin yeri qızarır. Yəni, bu test tibb personalına, həkimə düzgün informasiya vermir.

Son vaxtlar antibiotikin kiçik bir dozasını əzələ daxilinə yeridirlər. Müəyyən müddət gözlənilir və ciddi narahatlıq yoxdursa, yerdə qalan doza da vurulur. Amma bunların heç biri yüzdə yüz informativ deyil. Bu, dünyanın hər yerində belədir. Həkim antibiotik təyin etmədən əvvəl xəstəylə, uşağın valideyni ilə allerqoloji söhbət aparmalıdır. Uşağın nəyəsə qarşı allergiyasının olub-olmaması aşkar olunmalıdır. Bizdə bu söhbət aparılmır. Birbaşa antibiotik yazılır. Bu zaman xəstə anafilaktik şoka düşür. Bu, çox ciddi haldır. Bir neçə dəqiqənin ərzində xəstənin həyatına son qoyur. Belə ki, arterial təzyiq sıfra düşür və xəstə dünyasını dəyişir. Ona görə də kimsə hansısa dərmandan narahatlıq hiss edirsə, "filan dərmana reaksiyası var" qeyd olunmalıdır. İnsanın özü də bunu yadında saxlamalıdır.

Bizdə antibiotik qəbulu bərbad haldadır. Ən çox da son vaxtlar yayılan infeksiyalarla bağlı xəstə həkimə müraciət etmir. Bu zaman aptekə gedir. Aptekçilər də bir yox, iki antibiotik verirlər. Adam dəhşətə gəlir. Həkimin qəbulunda deyirlər ki, antibiotik yazmayın, aptekçi "satıcı"nın dediyinə inanırlar.

Uşaqda angina varsa həkim laboratoriyada analiz etməlidir. Anginanı törədən mikrobun, yəni bakteriyanın adı aşkar olunur. Sonra o xəstəlik törədicisinin hansı antibiotikə həssaslığı təyin olunur. Bu, həkim üçün əla imkan yaradır ki, gözüyumulu istədiyi antibiotiki yazmasın. Aptekdən birbaşa dərman alanda isə xəstənin vəziyyəti get-gedə pisləşir. Əhali bilməlidir ki, bu kimi hallar ilk dəfə deyil ki, baş verir. Antibiotikin təyinatı mütləq həkim tərəfindən hərtərfəli müayinədən sonra təyin olunmalıdır. Telefon, internet, votsap burada rol oynamamalıdır".

Xatırladaq ki, xəstəxanaya gedən G. Dadaşovanın boğazı ağrıyıb və qızdırmalı olub. Ailə üzvlərinin sözlərinə görə, uşaq həkimi İradə Həmidova tərəfindən antibiotik iynə vurulduqdan sonra onun vəziyyəti ağırlaşıb və koma vəziyyətinə düşüb.

Xəbərlər     Baxılıb: 1649   Tarix: 01 mart 2019
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

turlar.az

adlarin menasi gözəllik məhsulları yaz geyimleri 2026 qonaq otağı üçün pərdələr agil haqqinda atalar sözləri gelinlikler tursu qovurma kosmetika aysel veten haqqinda bayati big.az atalar sözü laylalar