Qurudulmuş məhsullarda olan gizli təhlükə

Qurudulmuş məhsullarda olan gizli təhlükəQuru meyvələr, tərəvəzlər, çərəzlər, ədviyyatlar ilboyu istifadə olunsa da, onlara tələbat payız-qış mövsümündə daha da artır. Mütəxəssislər hesab edir ki, düzgün şərtlərlə, qaydalara uyğun qurudulmuş və saxlanılan meyvə-tərəvəzlər hətta təzələrdən də faydalı təsirlərə malikdir. Qurudulmuş meyvə və tərəvəzlər üçün ən böyük təhlükələrdən biri isə kif göbələyi olan aflatoksindir. Bu, gizli təhlükə hesab olunur.
Milli.Az lent.az-a istinadən bildirir ki, qidalanma mütəxəssisləri bu göbələyin bir çox xəstəliyə səbəb olduğunu söyləyirlər. Amma orqanizmə uzun müddətdə aflatoksin daxil olması daha çox qaraciyərin zədələnməsinə və qaraciyər xərçənginə səbəb olur.
Türkiyədən olan dietoloq Gözde Güzelcan insanları qurudulmuş meyvə və tərəvəzlərdə rast gəlinən bu göbələyə qarşı diqqətli olmağa çağırıb. Aflatoksin göbələklərinin bir çox xəstəliyə səbəb olduğunu ifadə edən mütəxəssis qeyd edib ki, kanserogen təsiri olan aflatoksin, hepatit, HİV kimi xəstəliklərə də səbəb olur. Bu göbələk immunitet sisteminə təsir edərək lazımlı vitamin və mineralların təsirlərinin azamasına da səbəb olur.
Mütəxəssis deyib ki, bayırda, açıq havada satılan quru məhsulların hansında bu göbələyin olduğunu bilmək mümkün deyil, bu səbəbdən həmin məhsulların mümkün qədər evdə qurudulması daha faydalı olar. Evdə qurudulan məhsulları isə quru yerdə, nəm olmayan mühitdə saxlamaq lazımdır ki, kiflənməsin.
Qeyd olunub ki, əncir, albalı, alma, gilas, eləcə də qurudulmuş pomidor, bibərdə aflatoksin olma ehtimalı daha yüksəkdir. Xüsusilə quru bibər aflatoksin riski çox olan ədviyyatdır.
Dietoloq açıq yerlərdə satılan qurudulmuş qidalardan çəkinmək lazım olduğunu deyib. Onun sözlərinə görə, etibarlı şirkətlərin qablaşdırılan məhsullarına üstünlük verilməlidir. Bu səbəbdən insanlar açıq satılan yox, qablaşdırılmış məhsulları almalıdırlar.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1332   Tarix: 15 noyabr 2020
f Paylaş

Oxşar xəbərlər

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

turlar.az

geyim seçimi hamilelikde qidalanma makiyaj instagram hakista mantı reseptleri azadqadin dogum cantasinda ne olmalidir kosmetika bayatılar baldıza aid hakışta şəkərbura atalar sözləri dovsan