Ramazanda cinsi əlaqəyə girməyin qaydaları

Ramazan ayında oruc tutmaqla bağlı mübahisəli məqamlardan savayı ən çox maraq doğuran nüanslardan biri də cinsi münasibətlərlə bağlı məhdudiyyətlərdir.

Xanim.az publika.az-a istinadən xəbər verir ki, "Ramazan ayında intim münasibətlər necə olmalıdır", "İftardan dərhal sonra sekslə məşğul olmaq olarmı", "Ramazan ayında seks qadağandırmı" kimi suallar açıq şəkildə verilir.

Bu sualların cavabını Cinsi Sağlamlıq Universiteti Dərnəyi (CİSED) keçirdiyi mətbuat konfransında verib.

Məlumata görə, iftardan sonra cinsi istəyin artması sıx rast gəlinən vəziyyətdir. İslam inancına görə, oruclu ikən cinsi münasibətdən uzaq durmaq və imsakla iftar arasında cinsi əlaqəyə girməmək lazımdır.
Cinsi əlaqə ilə toplumda hakim fikir olan ayıb, qadağa və günah məfhumları insanın nikahlı həyat yoldaşı ilə normal cinsi əlaqələri belə şübhə altına alınır. Bunun ən yaxşı nümunələrindən biri Ramazan ayında yaşanan cinsi əlaqə mübahisələridir.

Ramazan ayında cinsi əlaqə çox yanlış formada, sanki bir günah kimi təsvir olunur. Bu da cinsi əlaqənin balansının pozulmasına yol açır. Bu balansın pozulması sadəcə seks həyatını deyil, ictimai quruluşu birlik içində saxlayan hörmət, etibar və sevgi qavrayışlarına da mənfi təsir göstərir. Yaxşı nizamlanmış münasibət heç kimin ruhuna, düşüncəsinə, duyğularına və cinsi istəyinə hökm etməyə icazə vermir. Lakin günümüzdə hər hansı cütlük üçün cinsi münasibətləri nizamlı şəkildə yaşamaq çox çətindir. Bu durum sevgisiz, hörmətsiz və bir-birinə etibar etməyən insanlardan ibarət topluma çevrilməyimizə səbəb olur.

İnsanların daha sağlam və xoşbəxt cinsi həyata sahib olması, cinsi əlaqə problemlərinin geridə qoyulması, fərdin və ailənin cinsi sağlamlığının yaxşılaşdırılmasına fayda vermək, intim mövzularda bilgisiz və təhsilsiz sürətli əhali artımına əngəl olmaq, əsas insan haqlarından olan cinsi sağlamlıq, ailə planlaşdırması, nəsil artımı məsələlərində hər kəsə hər keçən gün daha çox məsuliyyət düşür. Yoxsullara, qocalara, şəhid ailələrinə, tələbələrə, küçə uşaqlarında, sağlamlıq məhdudiyyəti olanlara, xəstələrə və qayğıya möhtac olan hər kəsə Ramazan ayının gözəlliklərini yaşamanın və yaşatmağın kişik fürsətini vermək də məsuliyyətə daxildir.
İslam inancına görə, oruclu ikən cinsi münasibətdən uzaq durmaq və imsakla iftar arasında cinsi əlaqəyə girməmək lazımdır. Ruhun və orqanizmin təmizlənməsinin zəruri olduğu Ramazan ayında cinsi əlaqəni qadağan etmək yerinə ürəklər və beyinləri təmizləyərək rahat və nizamlı bir əhval-ruhiyə yaratmağa çalışmalıyıq. Təbiətdəki bütün canlılara şəfqət və mərhəmət göstərilməsi şərtinin əsas olduğu Ramazan ayı boyunca sağlam və xoşbəxt cinsi əlaqə yaşana bilər. İnsan beynini dinləməyərək diqqətini duyğularına verə bilər. Təlaş, qorxu və qayğlarını bir tərəfə qoyaraq anın dadını çıxara bilər. Çünki insanın maddi və mənəvi inkişafı ilə yanaşı, ruh və bədən sağlamlığının qorunmasında cinsi münasibətlər əhəmiyyətli yer tutur. İntim həyat İslam dini tərəfindən insan təbiətinin ən əsas ehtiyaclarından biri kimi təsvir edilir.

İnsanlar üçün cinsi arzu və istəklər aclıq, susuzluq kimi təbii haldır. Buna görə də təmizlənmə ayı olan Ramazanda insanlar cinsi əlaqəni qadağan etmədən, ürəklərini və beyinlərini təmizləməlidir. İçlərindəki mənfi duyğu və düşüncələrindən qurtularaq pislikləri bir kənara qoymalıdırlar.

İftar süfrəsindən sonra toxluq hissi ilə bərabər şəhvətin yaranması tez-tez rast gəlinən durumdur. Çünki insanın instinktləri olan yemək, içmək, sığınmaq, qorunmaq və cinsi əlaqə bir zəncirin halqaları kimidir. Lakin çox yemək və maye qəbul etdikdən və ya dondurma yedikdən sonra cinsi əlaqəyə girmək sağlam seçim deyil. Həzmsizlik və soyuq içkilər cinsi enerjinin balansını poza bilir. Bu səbəbdən iftardan dərhal sonra cinsi əlaqəyə girmək məsləhət görülmür.

Ramazanda cinsi əlaqəyə girməyin qaydaları

Maraqlı     Baxılıb: 4841   Tarix: 08 may 2019
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Mustafa Qarayev vəfat etdi - FOTO

Fizika-riyaziyyat elmləri doktoru, professor Mustafa Qarayev vəfat edib.  xəbər verir ki, professor bu gün dünyasını dəyişib. Qeyd edək ki, M.Qarayev 20 oktyabr 1936-cı ildə Laçın rayonun Minkənd kəndində anadan olub. O

.

Kişiləri ehtiraslandıran sözlər

Cinsi əlaqə zamanı sadəcə gözə xoş gələn, seksi alt paltarları, geyimlər, parfüm kimi nüanslar kişini başdan çıxarmağa bəs etməyə bilər. Əlbəttə, bunların da çox böyük önəmi var amma qulağa xoş gələn, onları dəli edən sözləri

.

Gözəgörünməzlik kəşf olundu - Alimlər material hazırladılar

Çinli alimlər insanların gözəgörünməz olmasına imkan verəcək inqilabi material hazırlayıblar. xəbər verir ki, Çinin Elektron Elm və Texnologiya Universitetinin tədqiqatçıları işıq şəraitinə görə rəngini dəyişə bilən unika

.

ADU-nun doktorantı ölkə üzrə ən yüksək nəticəni göstərdi

Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq münasibətlər ixtisası üzrə doktorantı Aynur İsayeva fəlsəfə doktoru imtahanında respublika üzrə ən yüksək nəticəni göstərib. xəbər verir ki, bu barədə universitet məluma

.

Rektor fəlsəfə doktorunu müdir təyin etdi - FOTO

Naxçıvan Dövlət Universitetində yeni təyinat olub.  xəbər verir ki, bununla bağlı universitetin rektoru Elbrus İsayev əmr imzalayıb. Əmrə əsasən, Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Zamin Əliye

.

Bakının ən yaxşı məktəbləri - Siyahı AÇIQLANDI

2024-cü ildə Bakı şəhərindəki ümumtəhsil məktəblərini bitirərək attestat qiymətləri "əla" olan abituriyentlərindən 3.95%-i 200 baldan aşağı nəticə göstərib. xəbər verir ki, bu barədə -a Dövlət İmtahan Mərkəzində

.

Prezident və Birinci xanım Vahid Axundovun vəfatı ilə bağlı nekroloq imzalayıblar

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva sabiq dövlət müşaviri Vahid Axundovun vəfatı ilə bağlı nekroloq imzalayıb. xəbər verir ki, nekroloqda deyilir:. "Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir

.

Həsən Osmanov vəfat etdi

Seyid Cəfər Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasının kafeda müdiri vəfat edib.  xəbər verir ki, bu barədə gimnaziyanın sosial şəbəkə hesabında məlumat verilib. Bildirilib ki, tanınmış pedaqoq, "Qabaqcıl təhsi

.

Azərbaycanda tanınmış müəllim vəfat etdi

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin müəllimi, filologiya elmləri namizədi, dosent Mahmud Mahmudov dünyasını dəyişib. xəbər verir ki, o, bu gün 88 yaşında vəfat edib. Qeyd edək ki, Mahmud Mahmudov 50 il

turlar.az

kosmetika mehsullari qadin dunyasi yay geyimləri 2026 immun sistemi qış geyimi erroziya nədir cins 2026 kosmetika rus dilin nece orenek vətən haqqında atalar sözləri novruz hakısdası xlor lekesi vidyolar