Raxit mütləq müalicə olunmalıdır

Raxit mütləq müalicə olunmalıdırRaxit azyaşlı uşaqların xəstəliyidir. Raxit mütləq olaraq müalicə tələb edilən xəstəliklərdəndir! Bir çox valideynlərin "uşaq böyudükcə keçib gedər" kimi fikirləri yanlış hesab olunur.
Raxit, əlbəttə, keçib gedəcək, ancaq vaxtında və düzgün müalicə olunmadığı halda uşaq orqanizmi üçün ağır fəsadlar verə bilər.
Vaxtında müalicə olunmayan raxit xəstəliyi olan uşaqlarda onurğa sütununun, dös qəfəsinin, ayaqların deformasiyası, yastıpəncəlik, əzələ və oynaq zəifliyi və digər patoloji hallar qeyd oluna bilər. Müalicə olunmayan raxit süd və daimi dişlərin zədələnməsinə, məktəb yaşlarında isə yaxınıgörməyə (göz dibi əzələləri zəiflədiyi üçün) də səbəb olur. Qızlarda vaxtında müalicə olunmayan raxit xəstəliyi onlarda çanaq sümüklərinin də deformasıyasına səbəb olur. Gələcəkdə belə qızlar hamiləlik və doğuş zamanı əziyyət çəkirlər. Bundan, başqa raxitli uşaqlar soyuqdəymə, angina, bronxit və digər infeksiyalara daha tez-tez hallarda yoluxurlar.
Əziz valideynlər, uşaqlarınıza qarşı çox diqqətli olun və raxit xəstəliyinin ilkin əlamətləri müşahidə edilən kimi, təxirəsalınmadan həkimə müraciət edərək xəstəliyin müalicəsinə başlayın! Raxitin ilkin əlamətləri kimi, uşağın yemək zamanı başın və alının tərləməsini qeyd etmək lazımdır. Bu zaman uşağın təri "turşməzə" olur (ana uşagını öpərkən bunu hiss edə bilər). Daha sonra uşaqda tər səpgiləri, qəbizlik əmələ gəlir. Uşağın dərisinə toxunanda dəridə qırmızı iz qalır ki, o da yalnız 1-2 dəqiqədən sonra keçib gedir. Daha sonralar uşaqda narahatlıq artır, diksinmələr olur, qarının böyüməsi, ənsə nahiyəsində yastılıq, keçəlləşmə qeyd olunur.
Xəstəliyin daha da ağırlaşmasına imkan verməyin. Vaxtında müalicə olunan raxit xəstəliyi gələcəkdə uşağınızın sağlam inkişafında təsirsiz keçib gedə bilər! Raxit xəstəliyinin müalicəsi kompleks şəkildə aparılır. Buraya masaj, müalicəvi idman hərəkətləri, 2 saatdan əskik olmayaraq gündəlik gəzintilər həmçinin həkim təyinatına uyğun olaraq kalsium və D vitamini preparatlarının qəbulu və s. daxildir.
Aşağıdakı hallarda uşaqlar raxit xəstəliyi ilə daha çox xəstələnirlər:
- əksər hallarda hamiləliyin sona çatmasından qabaq doğulan uşaqlar;
- dərisi daha açıq rəngli olan uşaqlar (onların dərisində D vitamininin əmələ gəlməsi daha zəif olur);
- süni qidalarla qidalandırılan uşaqlar və ya uşaqların əsas qidalarına əlavə olunmalı qidaların gecikdirilməsi;
- mədə-bağırsaq xəstəlikləri (bu zaman kalsium və fosforun sorulması ləngiyir) olan uşaqlar;
- irsi olaraq raxit xəstəliyinə meylli olan uşaqlar.
Milli.Az

Xəbərlər     Baxılıb: 1013   Tarix: 10 sentyabr 2022
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

turlar.az

qaşların formalari geymler 2026 yemek reseptleri makaronlar içkilər ədəbiyyat testləri sağlamlığa aid atalar sözləri kosmetika xanım az kahfe kali atalar sözləri buga burcu bayatılarımızda vətən həsrəti