Recep İvedik azərbaycanlıları narazı salan səhnədən danışdı

Recep İvedik azərbaycanlıları narazı salan səhnədən danışdıŞahan Gökbakar filminin treyleriylə bağlı açıqlama verib

Türkiyədə və Azərbaycanda populyar olan aktyor Şahan Gökbakar Azərbaycanda birmənalı qarşılanmayan "Recep İvedik 5" filminin treyleriylə bağlı açıqlama verib.

Şahan sosial şəbəkədə filmdən azərbaycanlı idmançı ilə boks səhnəsini tam paylaşaraq Azərbaycanı qardaş ölkə kimi gördüyünü və ona qarşı yanlışlıq etməyəcəyini qeyd edib: "Biz üzmək üçün yox, güldürmək üçün varıq... Bizdə qardaş ölkəmizə qarşı yanlışlıq olmaz... Treylerdə yaratdığı həyəcanla bağlı sadəcə son hissəni paylaşdığımız boks səhnəsini başqa istiqamətlərə çəkməyə çalışanlar olmasın deyə filmdə yayımlanacaq fraqmenti tam şəkildə paylaşırıq. Recep İvedikin ağzından çıxanlar nədir ki? Azərbaycandakı sevənlərimizə qovuşmağa can atıram... Hamınızı sevirəm...".

Ötən gün "Recep İvedik 5" anonsu internetdə yayılandan sonra sürətlə baxış rekordu vurub. Paylaşılan treylerdə azərbaycanlı idmançıya qalib gələn baş qəhrəman Recep İvedikin söylədiyi sözlər və bütünlükdə həmin səhnə Türkiyədə yaşayan azərbaycanlılar arasında da narazılıq doğurmuşdu. Türkiyənin "Hürriyyət" qəzetinə açıqlama verən Girəsun Universitetinin əməkdaşı, professor Aygün Attar treylerdə 2 ölkənin münasibətlərinin məzmununa uyğun olmayan səhnələr olduğunu və Şahanın ucuz üsullarla komediya yaratdığını qeyd edib.

Recep İvedik 5 - Anons
"Filmin fraqmanında Türkiyə-Azərbaycan münasibətləri adına çox uğursuz səhnələrə yer verilməkdədir. Belə ki, boks yarışmasında Azərbaycanı təmsil edən idmançı ilə rəqibi – Türkiyə milli komandasını təmsil edən şəxslə qarşılaşır. Azərbaycan bayrağını sinəsində daşıyan idmançı "mən səninlə cəng eləməyə gəlmişəm" deyərək sinəsində ay-ulduzlu şanlı bayrağımız olan türk idmançıya nifrət dolu bir baxış ataraq hücum edir. Türk idmançı (Recep İvedik) ona cavab olaraq "mən də sənin ağzını-burnunu qırmağa gəlmişəm" deyərək, tam Azərbaycan bayrağının üstünə elə bir yumruq atır ki, Azərbaycan türkü iki metr aralıya uçaraq yerə sərilir. Kimsə fimdəki bu səhnənin bir komediya olduğunu və insanları güldürmək üçün edildiyini deyə bilməz.

"Anadolu qardaşının "ağzının burnunun kırılmasına' və icazə verməz"
Azərbaycanda "cəng eləmək" kimi bir ifadədən istifadə olunmaz. Savaşmaq, döyüşmək deyilir. Amma Türkiyəyə qarşı bu ifadədən heç vaxt istifadə olunmaz. İşin ucunda ölüm də olsa, kimsə bir azərbaycanlıya Türkiyə ilə cəng etmək istədiyini dedirdə bilməz. Klounluq edərək, ucuz hərəkətlərlə "komediya" çəkməyə çalışan və bunu edərkən xeyli əziyyət çəkdiyi hər halından bəlli olan Şahan Gökbakar da bura daxildir. istipress

Xəbərlər     Baxılıb: 2147   Tarix: 17 yanvar 2017
f Paylaş

Oxşar xəbərlər

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

turlar.az

makiyaj etmek qaydalari qadın geyimi qis geyimləri 2026 aksesuarlar böyürtkənin faydaları endokrin sistem quru yemekler kosmetika ana haqqinda bayati haxista google naz mila pehriz