Rəhbəri erməni olan şirkət Bakıda - FOTO

Rəhbəri erməni olan şirkət Bakıda - FOTOTiqran Xudaverdiyanın başçılıq etdiyi "Yandekc.Taksi" şirkəti Azərbaycanda nümayəndəliyini yaradır.

Rusiyada qeydiyyata alınmış "Yandeks.Taksi" şirkəti Azərbaycanda "Yandeks Azerbaijan" adı altında fəaliyyət göstərəcək. Bu şirkət artıq Bakıda işləməyə və personalı toplamağa başlayıb. "Yandeks.Taksi" şirkətinin bura gəlişi haqda yerli KİV-də məlumat gedib.

Qadınsaytı.az xəbər verir ki, bizimyol.info bu məlumatla bağlı araşdırma aparıb.

Məlum olub ki, "Yandeks.Taksi" şirkətinin baş direktoru erməni milliyyətindən olan Tiqran Xudaverdiyandır.

Rəhbəri erməni olan bu şirkətin Bakıya gəlişinə bu sektorda çalışan və adının çəkilməsini istəməyən bir sahibkar münasibətini açıqlayıb. Onun sözlərinə görə, rəhbəri erməni olan şirkətin Azərbaycanda fəaliyyəti arzuolunmazdır:

"Ola bilsin ki, dövlət qurumlarının bundan xəbəri yoxdur; araşdırma aparılmalıdır. Ermənilərin rəhbərlik etdiyi bu şirkət Bakının xəritəsini, bütün məlumatlar toplusunu əldə edəcək və təhlükə törədə bilər. Bizi narahat edən məsələlərdən biri budur. İkinci məsələ isə odur ki, taksi xidməti sektorunda on minlərlə insan işləyir, ailəsinə çörəkpulu qazanır. İndi belə çıxır ki, Rusiya kimi bir ölkədən erməni milliyyətindən olan şəxsin başçılıq etdiyi şirkət gəlib bu xidmət bazarına daxil olacaq və yerli taksi şirkətlərinin qazancını əlindən alacaq, ən yaxşı halda, şərik olacaq".

Sahibkar deyir ki, onsuz da, bu sektor Azərbaycanda varlı bir sektor deyil:

"Çoxlu kiçik servislər açılıb, rəqabət həddən artıq yüksəkdir. Təsəvvür edin ki, qiymətlərin artan bir vaxtında avtomobillərin ehtiyat hissələri, yaşayış bahalaşır. Sürücülərimiz özlərini çətinliklə ayaqda saxlayırlar. Belə bir vaxtda 10 milyon əhalisi olan ölkəyə 140 milyon əhalisi olan ölkədən yeni biznes gəlir. Onlar Ukrayna, Ermənistan, Gürcüstanda və başqa ölkələrdə də nümayəndəliklərini açıblar. Bu qədər kapitalı yığıblar və balaca bir bazara gəlirlər. Sual yaranır ki, niyə? Ona görə ki, Azərbaycanda taksi şirkətləri ancaq Bakıda fəaliyyət göstərir. Rayonlarda taksilərin işləməsi kommersiya baxımından səmərəli deyil.

Xarici şirkət bu bazara müdaxilə edir. Üstəlik, bunun zirvəsində də erməni dayanır. Onsuz da dolanışıq taksidə çox çətindir. Belə olan bir vəziyyətdə nəyə görə Azərbaycanda on minlərlə insan işləyən sektora rəhbəri erməni olan şirkət daxil olsun?! Biz indi əslində öz ölkəmizin sahibkarlıqla məşğul olan insanlarına kömək etməliyik. Onların vəziyyətinin yaxşılaşmasına çalışmalıyıq. Ancaq kənar bir qüvvə böyük kapitalla kasıb bir bazara daxil olur. Yerli şirkətlər olanda birimiz az, birimiz çox - yenə özümüz qazanırıq. Ancaq bu yeni şirkətin gəlişi, o deməkdir ki, bizim bazarda Tiqran Xudaverdiyan və onun rəhbərlik etdiyi şirkət də qazanacaq.

Xəbərlər     Baxılıb: 1628   Tarix: 27 yanvar 2017
f Paylaş

Oxşar xəbərlər

.

Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır

Yeni elmi araşdırma gec saatlara qədər oyaq qalma vərdişinin sağlamlığa mənfi təsir göstərə biləcəyini ortaya qoyub. xəbər verir ki, mütəxəssislər bildirir ki, "gecə bayquşu" kimi tanınan insanlar ürək-damar xəstəliklər

.

Bu yuma rejimlərindən uzaq durun - Paltarlara zərər verir

Müasir paltaryuyan maşınlar müxtəlif proqramlarla təchiz olunsa da, onların hamısı gündəlik istifadə üçün uyğun deyil. Bəzi rejimlər effektiv görünsə də, əslində paltarların keyfiyyətini aşağı salır və ömrünü qısaldır. xəbə

.

Dişlərimizi gündə fırçalamaq xeyirdirmi? - Vacib tövsiyələr

Dişlərin gündəlik fırçalanması sağlam həyat tərzinin ayrılmaz hissəsidir. Mütəxəssislər bildirirlər ki, dişləri hər gün düzgün qaydada təmizləmək diş çürüməsi və diş əti xəstəlikləri riskini ciddi şəkildə azaldır. xəbər veri

.

Gözlərinizi ovuşdurarkən bir daha düşünün

Göz ovuşdurma vərdişi korneanın quruluşuna birbaşa təsir edərək görmə qüsurlarına zəmin yaradır.  xəbər verir ki, gözə edilən sərt və davamlı təzyiq, gözün ən ön təbəqəsi olan kornea toxumasının zamanla incəlməsinə və dikləşərə

.

Qabığında elə faydası var ki

Yerfındığının qabığı adətən atılır, amma əslində müəyyən faydalı xüsusiyyətləri də var. O, tam olaraq bir şəfa mənbəyidir. xəbər verir ki, onu çay kimi dəmləyib içə bilərsiniz. . 1. Antioksidant mənbəyidir Qabıqda polifenolla

.

Zərərli bildiyiniz bu qidalar əslində faydalıdır - Popkorn, makaron

Bəzi qidalar uzun müddətdir ki, "sağlam olmayan" kimi təsnif edilsə də, onların qida tərkibinin araşdırılması fərqli bir reallığı ortaya qoyur. Düzgün bişirmə üsulları və nəzarətli istehlak ilə bu qidalar bədə

.

Parfümlərin içində at sidiyi aşkar edildi: Dərini məhv edir

Lüks ətirlərin qiyməti artdıqca, istehlakçılar "tester" və ya "kimsəsiz" adlandırılan şübhəli məhsullara yönəlirlər. Lakin bu şüşələrin içindəki maddələr sadəcə iyrənc deyil, həm də həyati təhlükə daşıyır

.

Marketdən toyuq alanlara çağırış - Çəhrayı maye nə deməkdir?

Marketlərdən paketlənmiş toyuq əti alarkən çoxumuzun diqqət etmədiyi kiçik bir detal, əslində sağlamlığımız üçün ciddi xəbərdarlıq siqnalı ola bilər. Qida təhlükəsizliyi mütəxəssisləri qablaşdırmanın dibində yığılan çəhray

.

Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq

Vitaminlərin və qida əlavələrinin nizamsız və həddindən artıq istifadəsi zəhərlənməyə və qaraciyər çatışmazlığına səbəb ola bilər. xəbər verir ki, türkiyəli professor Dr. Ərtuğrul Kıykım,  ABŞ-da dərmanların yaratdığı qaraciyə

turlar.az

gozel gorunmek toy makiyaji sekilleri kosmetika mehsullari maraqli hind filmleri gənc qalmağın sirləri gəncə xəbərləri elm haqqinda atalar sozu kosmetika oğlaq badambura burcler haqqinda hakisdalar burclerin uygunlugu