Rejissordan açıqlama: "Serialda çəkilən aktrisalar ayağa qalxıb"
Aktyor Famiz Hüseynovun iddialarına rejissor Faiq Nağıyev cavab verib.
Open.az xəbər verir ki, Axşam.az-a açıqlama verən rejissor bildirib ki, məsələni məhkəmə yolu ilə həll etməyi düşünür. O, Famizin "Aldanmış hisslər" serialının rejissoru Faiq Nağıyev aktyorların maaşlarını vermir və orada çəkilmək istəyən qızlara əxlaqsız təkliflər edir" sözlərinə sərt reaksiya verib:
"Serialda çəkilən aktrisalar ayağa qalxıb, onlar Famiz Hüseynovu məhkəməyə vermək istəyir. Bu adamın mənimlə rəsmi müqaviləsi yoxdur. Peşəkar aktyorlarla işbirliyindən əvvəl müqavilə bağlamışam. Orada göstərilib ki, 4 bölüm çəkilişdən sonra aktyorlara ödəniş olacaq. Bu adam özü məndən onu seriala çəkməyimi xahiş edib. Qəbul etdim və çəkdim. Çəkilişlə bağlı aramızda ödəniş söhbəti olmayıb. Onu serialdan uzaqlaşdırmağımın səbəbi sosial şəbəkədə yazdığı statuslar olub. Ona dəfələrlə başa saldım ki, özünü yığışdırsın, hətta şahidlərim də var.
Famiz mənə hədə-qorxular gəlir. "Ya məni seriala qaytarmalısan, ya da mənə pul verməlisən, yoxsa səni biabır edəcəm" deyir. 54 nəfər heyət var, hamısı onun şantaj xarakterli səs yazıları ilə tanışdır. Səs yazıları sübut kimi saxlanılır. Əgər o, hərəkətlərinə davam etsə, biz məsələni qanun çərçivəsində həll edəcəyik".









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Məşhur aktyorun film çəkilişində bıçaqlı insident
Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa
Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur
Hər gün üzüm yesək, nə olar?
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür