Rəşad Mahmudov koronavirusla bağlı xalqa çağırış etdi
Bütün dünya ölkələrindəki çağırışlardan fərqli olaraq Azərbaycan xalqı bu gün sadəcə sağlamlığı üçün deyil, hər birimizin bir dəqiqə belə unuda bilmədiyi əsgəri üçün, vətəni üçün, ordusu üçün COVID-19-a hamılıqla yox deməlidir!
Publika.az xəbər verir ki, bu sözləri Milli Məclisin Səhiyyə komitəsinin üzvü Rəşad Mahmudov deyib. Koronavirusa kəskin yoluxma sayının artdığını deyən millət vəkili xalqa müraciət ünvanlayıb. O, müraciətində əhalini profilaktik tədbirlərə daha ciddi yanaşmağa dəvət edib:
"Bu gün hər birimiz koronavirusa yoluxanların sayını azaltmağa deyil, hətta sıfırlamağa məcburuq. Gəlin səhiyyə işçilərimizi, həkimlərimizi COVID-19 mübarizəsiylə məşğul etməyək, fədakar tibb işçilərimizin gücünü ruhunu öz əsgərinə, öz ordusuna, öz haqlı davası uğrunda mübarizədə zədələnmiş, xəsarət görmüş insanların sağlamlığına həsr edək! Gəlin Ali Baş Komandan və hökumət üzvlərinin diqqətini səngərdən və haqlı davamızdan başqa heç bir yerə ayırmayaq!"
Aytən Məftun









Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Arzuolunmaz hamiləlik
Yuxuda sevişmək nəyə yozulur?
Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
"Eşref Tek" nə vaxt yayımlanacaq?
"Qızım babası kimi siyasətçi olacaq
Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı
Nev vəfat etdi
Rafet El Romanın azərbaycanlı nişanlısı - Foto
Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir