Revmatoid artrit

Revmatoid artritRevmatoid artrit oynaqların naməlum etiologiyalı iltihabı revmatik xəstəliyidir. Xəstəlik özünü periferik oynaqların simmetrik xroniki eroziv artriti və daxili orqanların zədələnməsi ilə göstərir. Xəstəliyin mahiyyətinin əsasında oynaq toxumasının (sinovial qişa, oynaq qığırdağı, oynaq kapsulu) immun əsasda inkişaf etmiş iltihabi proseslə zədələnməsi durur. Bu da sümüklərin oynaq səthinin eroziyasına, sonra da deformasiyasına və ankilozun formalaşmasına gətirib çıxarır.
Revmatoid artritin əmələ gəlmsində bəzən virus infeksiyasının və infeksion amillərin rolu olduğu söylənilir.
Xəstəlik zamanı oynağın sinovial qişası zədələnir və yerli immun cavab reaksiyası baş verir. Bu zaman limfa düyünləri və dalaq ona qarşı antitellər hasil etməyə başlayırlar. Xəstəlik bir müddət davam etdikdən sonra oynaq toxumalarının zədələnməsi daha da artır və immun iltihab əmələ gəlir. Artritin əsas əlaməti kövrək birləşdirici toxumanın əmələ gəlməsi və artmasıdır ki, bu da tədricən qığırdağı və sümük epifizini dağıdır. Proses dərinləşdikcə xəstənin oynaqları deformasiyaya uğrayır, orqan və toxumalarda dəyişikliklər baş verir.
İlkin dövrlərdə xəstələrin diz və çiyin oynaqları, sonra isə diz, dirsək, əl və ayaq orqanları prosesə sürətlə cəlb olunur. Bu zaman xəstələr iri oynaqlarda şişkinlik və ağrlların olmasından şikayət edirlər. Xəstəliyin ikinci mərhələsində kiçik oynaqlar da prosesə cəlb olunur, tək-tük halda eroziya və osteopatiya müşahidə edilir.
Xəstəliyin üçüncü mərhələsi 20-dən çox oynağın zədələnməsi ilə müşahidə edilir. Bu dövrdə xəstələrdə aşağıdakı patologiyalar özünü göstərir:
- temperaturun yüksəlməsi
- EÇS-nin yüksəlməsi
- oynaqların funksiyalarının sürətlə pozulması
- anemiya
- oynaqdan kənar təzahürlər
- zəiflik
- səhərlər hərəkətin məhdudlaşması
- artralgiya
- arıqlama
- limfodenopatiya.
Xəstəlik irəlilədikcə (1-5 il sonra) əl barmaqlarının falanqalarında bükülmə, diz oynaqlarının deformasiyası və bükülməsi, ayaq-dayaq falanqa oynağında natamam çıxıq, onurğanın natamam çıxığı, səsin kobudlaşması, təngnəfəslik, residivləşən bronxit baş verir.
Xəstəliyə diaqnozun qoyulmasında laborator analizlərin, anamnezin və rentgenoloji müayinələrin nəticələri əsas götürülür.
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 1123   Tarix: 25 fevral 2023
f Paylaş

Oxşar xəbərlər

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

turlar.az

donlar 2026 qis geyimləri 2026 geyim necə seçməli dolma reseptleri mede tursusu yuxu pozğunluğu qadın və din kosmetika lakonizim orqazm ağır itki novruz hakistalari novruz bayramına aid