Röya Ayxan "Bugün TV"-də
Müğənni Röya Ayxan "Bugün TV"-də Ceren Bektaşın qonağı olub. Aparıcı C.Bektaş Röyanın fərqli səsinə heyran olduğunu deyib.
Aparıcı "Azərbaycanın Rihannası" deyə təqdim etdiyi sənətçinin ünvanına təriflər yağdırıb: "Rihannaya çox bənzəyirsən. Səsin gözəl və fərqlidir, mahnılarına qulaq asmışam. Kliplərin də sevilir. Türkiyədə səni bəyənirlər. Türk dilində çox yaxşı danışırsan. Azərbaycanlı olduğunu heç hiss etmədim".
Röyanın qıvrım saçlarını bəyəndiyini deyən Ceren gələn dəfə qonağı olanda o düzümlə gəlməsini istəyib.
Yeniliklərindən və Türkiyə şou-biznesinə qatılmasından danışan Röya üçüncü sinqlını hazırlayır:
"Bura gələndə ilk vaxtlar hansı millətin üzvü olduğumu demək istəmirdim. Əvvəl tanınmaq, sonra özüm haqqında məlumat çıxsın istəyirdim. Amma elə oldu ki, qısa vaxtda tanındım və azərbaycanlı olduğum bilindi. Çox gözəl bəstəkarlarla çalışdım. Hazırda üçüncü sinqlmı hazırlayıram. Burada Gülşənlə olan yeni duetimiz yer alacaq.
İlk vaxtlar deyirdim ki, əgər sevilməsəm, müsbət münasibət görməsəm, davam etməyəcəm. Elə ilk mahnıdan sonra buradakı fəaliyyətimi dayandıracam. Amma mahnılarımın bəyənildiyini gördüm və davam etmək qərarına gəldim".
Şəxsi həyatından danışan Röya həyat yoldaşını qısqandığını etiraf edib:
"Çox qısqancam, sevdiyim insanla tez-tez dava edirəm. Bu normaldır, münasibəti daha da möhkəmləndirir. Onu hətta dostuma qarşı da qısqanıram".









Epşteyn haqda sənədli film çəkənlər qaçırıldı
Doğuş həyatından film çəkəcək
100 yaşını aşanların ortaq sirri: Hər gün bir fincan
Xalq artistinin oğlu evlənir
Röya ilə Əkbərin dueti əsassız şikayətlə silinib
Ödem atan bitki çayları hansılardır?
Bu içkilər infarkt riskini artıra bilər
İdman zalında edilən bu səhvlər sizə baha başa gələ BİLƏR
Bu əlamətlər sizdə varsa, yaz allergiyası ola bilər - Görün nələrdən YAYILIR
Bəy və gəlinin qanı təmizdirsə, onlar "Vağzalı"dan imtina etməzlər" - Əməkdar artist
Günlər 24 yox, 16 saat olub - İDDİA
Məni sağlığımda sevin, dəyər verin' - Nadir kövrəldi
Xatirələrimi orada buraxaraq çıxdım' - Zümrüd