Rusiyada Filipp Kirkorova qadağa qoyuldu

Rusiyada Filipp Kirkorova qadağa qoyulduTanınmış müğənni Filipp Kirkorova 2028-ci ilin payızına qədər Rusiyada yeni sahibkarlıq fəaliyyətinə başlamaq qadağan edilib.
Bu barədə vergi müfəttişliyinin sənədlərinə əsaslanaraq "RİA Novosti" məlumat yayıb.
Məhdudiyyətin tətbiq olunmasına səbəb sənətçiyə məxsus iki şirkət tərəfindən Hüquqi Şəxslərin Vahid Dövlət Reyestrinə daxil edilən yanlış məlumatlar olub.
Həmin müəssisələrdən biri olan "Filipp Kirkorov Korporeyşn" fəaliyyətini dayandırıb, geyim, ayaqqabı və digər malların satışı ilə məşğul olan "Fill fo yu" isə ünvanını düzgün göstərməyib.
Ümumilikdə, yeni şirkətlərin açılmasına qoyulan qadağa 18 sentyabr 2028-ci il tarixinədək qüvvədə olacaq. Analoji qadağa bir neçə il Kirkorovun stilisti kimi fəaliyyət göstərmiş "Fill fo yu" şirkətinin baş direktoru Arsen Ayrapetova da şamil edilib. Onun üçün bu məhdudiyyət 2027-ci ilin oktyabr ayının sonuna qədər davam edəcək. Mövcud məlumatlara əsasən, ifaçı daha üç şirkətin sahibidir: onlardan biri ifaçılıq sənəti sahəsində fəaliyyət göstərir, digəri radioyayım işləri ilə məşğul olur, üçüncüsü isə yaşayış və qeyri-yaşayış binalarının tikintisini həyata keçirir. / azxeber.com

Şou Biznes     Baxılıb: 1106   Tarix: 19 avqust 2026
f Paylaş

Oxşar xəbərlər

.

İlyas Yalçıntaş sərbəst buraxıldı

Türkiyədə məşhurlara qarşı aparılan narkotik istintaqı çərçivəsində iyul ayında həbs edilən müğənni İlyas Yalçıntaş ilk məhkəmə iclasında azadlığa buraxılıb. -a istinadən xəbər verir ki, Ağır Cinayətlər Məhkəməsində keçirilə

.

Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib

Türkiyənin tanınmış müğənnisi Sertab Erener BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) üçün "One Home" ("Bir yuva") adlı xüsusi mahnı hazırlayıb

.

Nuran yeni layihəsini təqdim etdi

Müğənni Nuran yeni layihəsini təqdim edib. . xəbər verir ki, sənətçi növbəti dəfə 200-ci illərin əvvəllərinə üz tutub. . O, müğənni Rəqsanə İsmayılovanın ifasında populyarlaşan "Günahından keçmərəm" mahnısına yen

.

Məşhur aktyor 46 yaşında vəfat etdi

"Looney Tunes" cizgi filminin "Bugs Bunny" və "Daffy Duck" kimi məşhur personajlarını səsləndirən, "Emmy" mükafatlı aktyor Erik Bauza 46 yaşında vəfat edib. xarici mətbuata istinadə

.

Məşhur aktyorun film çəkilişində bıçaqlı insident

Hollivud ulduzu Maykl B. Cordanın baş rolda çəkildiyi "Miami Vice 85" filminin çəkiliş meydançasında bıçaqlı insident baş verib. Hadisədən sonra bir nəfər saxlanılıb. Bu barədə "Habertürk" Nyu-York polisini

.

Məşhur müğənni toy tarixini açıqladı

Türkiyəli məşhur müğənni İrem Derici sevgilisi Melih Kunukçu ilə evlilik planları barədə yeni açıqlama verib. Müğənni nikah mərasiminin dekabr ayında keçiriləcəyini bildirib. Lakin mərasimin dəqiq günü hələlik açıqlanmayıb

.

"İflic olacağam və yataqda qalacağam

Rusiyalı müğənni Andrey Qubin gələcəyi ilə bağlı narahatlığını dilə gətirib. 52 yaşlı sənətçi uzun müddətdir qənaətlə yaşadığını və qocalığı üçün pul topladığını bildirib. Bu barədə "5-ci kanal" məlumat yayıb. "Qocalığı

.

Qarabağa köçən məşhurlar - SİYAHI

İşğaldan azad olunan Qarabağda həyat yenidən canlanır. Uzun illər doğma yurdlarından uzaqda yaşayan insanlar Böyük Qayıdış çərçivəsində ata-baba torpaqlarına qovuşurlar. Onların arasında tanınmış şəxslər də var. Qarabağ

.

Röyanın adından dələduzluq - FOTO

Xalq artisti Röya Ayxanın adından dələduzluq edilib. Müğənninin Hollandiyanın Amsterdam şəhərində konsert verəcəyi ilə bağlı süni intellekt vasitəsilə hazırlanmış saxta afişalar paylaşılıb və həmin elanlar üzərindən bile

turlar.az

kosmetoloq gelinlikler qadın geyimi xərçəng bürcü ziyafət dəbi nişan və evlilik xina qoymaq qaydasi kosmetika bayatılarımızda vətən həsrəti rus dilini oyrenek 2ci ders qardasa aid haxistalar burclerin uyumu