Rusiyalı aktrisa əsgərlərə mahnı oxuyarkən öldürüldü
Rusiyalı aktrisa Polina Menşixin əsgərlər qarşısında çıxış edərkən Ukraynanın hücumu nəticəsində öldürüldüyü açıqlanıb.
azxeber.com xarici mediaya istinadən xəbər verir ki, aktrisa və rejissor Polina Menşix Ukraynanın şərqindəki Donetskdə rus əsgərləri qarşısında çıxış edərkən öldürülüb.
40 yaşlı Menşix 19 noyabrda hərbi bayram tədbiri çərçivəsində səhnəyə çıxıb. 150 nəfərlik olduğu deyilən salonda çəkilən görüntülərdə aktrisanın partlayışdan əvvəl rus əsgərlərinə mahnı oxuduğu və gitara çaldığı görünüb.
Bu vaxt partlayış səsi eşidilib, elektrik kəsilib və səs yazısı bitib.
Ölümü həmkarları tərəfindən təsdiqlənən Menşixin hücumdan sonra xəstəxanaya yerləşdirildiyi, lakin sağ qalmadığı bildirilib.
Ukrayna ordusu rəsmiləri BBC-yə açıqlamasında noyabrın 19-da baş verən hücumu təsdiqləyib.
Hücumdan sonra Rusiyada çoxlu əsgərin eyni vaxtda və yerdə toplanması tənqid edilib.
Ayşən









8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Yerimək üçün çox darıxmışam
Azərbaycanlı şoumen xanımına xəyanət etdiyi aktrisa ilə evləndi
Məşhur müğənni 7-ci dəfə evləndi
Ayça Bingöl "Aşk və Taxt" serialının heyətinə qoşuldu
Azərbaycanlı iş adamı model xanımı ilə Bakıya gəldi
Rəqsanənin qızı adını dəyişdi - FOTO
Səninlə keçirdiyim illər üçün Allaha minnətdaram
Artıq ana olmağa hazıram' - Hadisə
Yuxu üçün ideal otaq temperaturu neçədir?
63 yaşlı müğənni plastik əməliyyat etdirdi - FOTO