Şabalıdın bilmədiyimiz faydaları - varikoz, öskürək, iltihablar

Şabalıdın bilmədiyimiz faydaları - varikoz, öskürək, iltihablarDadlı və qidalı meyvəsinə, yüksək keyfiyyətli oduncağına görə böyük əhəmiyyət kəsb edən şabalıd qiymətli meyvə bitkisi olmaqla yanaşı, həm də bir çox xəstəliklərin profilaktikasında və müalicəsində əla vasitədir.
Şabalıdın meyvəsi karbohidratlar və zülallarla zəngindir.
Azərbaycan Dövlət Aqrar Universitetinin bağçılıq kafedrasının professoru, meyvələrlə müalicə sahəsində uzun illik elmi araşdırmaların müəllifi Zaur Həsənov Azərtac-ın bölgə müxbirinə müsahibəsində şabalıdın faydaları, bu meyvə ilə qidalanma və ondan müalicə vasitəsi kimi istifadə qaydaları haqqında danışıb.
Zaur Həsənov bildirib ki, şabalıd meyvəsinin ləpəsində nişasta, şəkərlər, zülal, yağ, üzvi (alma və limon) turşular, vitaminlər, fermentlər var. Tam yetişməmiş meyvələrdə 1500 milliqram C vitamini olur.
Təzə halda şabalıd meyvələrinin kaloriliyi hər 100 qram meyvə üçün 166 kilokalori təşkil edir. Şabalıd ləpəsi təzə halda yeyilməkdən başqa qızardılır, suda pörtlədilir, qovrulduqdan sonra üyüdülərək qənnadı məmulatları hazırlamaq üçün unla qarışdırılır. Şabalıd bir sıra milli xörəklərin hazırlanmasında çərəz kimi də işlədilir. Yarpaqlarında qlükozidlər, pektin və dabbaq maddələri, K vitamini vardır. Oduncağı, gövdə qabığı, tumurcuq və yarpaqları 10-16 faiz dabbaq maddələrinə malikdir.
Xalq təbabətində şabalıdın yarpağından, oduncağından, gövdə qabığından, tumurcuğundan hazırlanmış həlim və ya dəmləməsi büzüşdürücü, yarasağaldıcı və yanığa qarşı vasitə kimi istifadə olunur. Eyni zamanda, yarpaq həlimi və ya dəmləməsi daxili qanaxmalar zamanı faydalı sayılır.
Quru meyvə həlimi və yarpaq dəmləməsi yuxarı nəfəs yolları xəstəliyi, təzə yarpaq dəmləməsi isə göyöskürək zamanı işlədilir. Qurudulmuş çiçəklərin spirt məhlulu xroniki dizenteriya və sidik kisəsinin iltihabı zamanı tətbiq olunur.
Təzə meyvə ləpəsi qan damarlarının varikoz genişlənməsi, kəskin ağrılı və xroniki tromboflebit, baldırlarda trofik yaralar, artrit, ateroskleroz, xırda qan damarlarının tromboemboliyası zamanı faydalıdır.
Şabalıd ləpəsi zəifləmiş orqanizm üçün faydalıdır. Ondan acqarına yeyilməklə qurdqovucu vasitə kimi istifadə edilir.
Şəkərli diabet xəstəliyi olanlara şabalıd məsləhət görülmür.
Saglamolun.Az

Şou Biznes     Baxılıb: 1271   Tarix: 27 iyul 2022
f Paylaş

Oxşar xəbərlər

.

Tanınmış reperi həbsxanada döydülər

P.Diddy kimi tanınan amerikalı reper Şon Kombs ABŞ-dəki Fort Diks həbsxanasında yamaykalı narkobaron Kristofer Koukla davada başından xəsarət alıb. Münaqişə 9 oktyabrda baş verib. Hadisəyə həbsxana rəsmilərinin reperin dəbdəbəl

.

Məşhur aktyor 22 kilo arıqladı

Əzələli bədən quruluşu ilə tanınan Hollivud ulduzu Dueyn Conson son görünüşü ilə pərəstişkarlarını təəccübləndirib. "The Rock" ləqəbi ilə tanınan aktyor, yeni filmindəki rolu üçün təxminən bir il ərzində 22 kiloqra

.

Güllünü öldürən doğma qızına bu cəza verildi

Yalovanın Çinarcık rayonunda ötən il evinin pəncərəsindən yıxılaraq dünyasını dəyişən "Güllü" kimi tanınan sənətçi Gül Tutun ölümü ilə bağlı istintaq başa çatıb. Ifaçını öldürmək şübhəsi ilə saxlanılan Tuğyan Ülke

.

Maykl Ceksonun məşhur pencəyi hərraca çıxarılır

Pop ulduz Maykl Ceksonun "Thriller" klipindəki pencəyi Əbu-Dabidə hərraca çıxarılacaq. Ceksonun həmçinin əlcəkləri, mokasinləri və digər şəxsi əşyaları satılacaq. Hərrac dekabrda keçiriləcək. /

.

Anasının dəfninə getməyib "TikTok"da sərvət qazanmışdı - Səbəbini açıqladı

Türkiyəli məşhur şoumen Mehmet Ali Erbil aylar sonra anası Yurdagül Ekenin dəfn mərasimində iştirak etməməsinin səbəblərindən danışıb. O, uşaqlıq illərindən qalan incikliklərə toxunaraq anasını bağışladığını, lakin dəfn mərasimin

.

Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq

Amerikalı aktrisa Hilari Suonkun üçüncü övladı olacaq. 52 yaşlı aktrisa 7 aylıq hamilə olduğunu açıqlayıb. Qeyd edək ki, Hilari 2018-ci ildə prodüser və iş adamı Filip Şnayderlə ailə qurub. /

.

Evini 3,2 milyona satır - Fotolar

Amerikalı aktyor Ceyk Conson Los-Ancelesdəki evini satışa çıxarıb. "Yeni qız" ("New Girl") serialındakı Nik Miller obrazı ilə tanınan 48 yaşlı aktyorun müasir üslubda dizayn edilmiş evi 3 milyon 295 mi

.

Rihanna övladları ilə - Fotolar

Məşhur müğənni Rihanna bir reklam çəkilişi üçün övladları ilə birlikdə eyni tərzdə geyinərək kamera qarşısına keçib. Müğənni həmin fotoşəkilləri özünün "Instagram" səhifəsində paylaşıb. Onlar "Savage X Fenty"

.

Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi

"Son günlər sosial şəbəkələrdə şəxsimi hədəf alan, həqiqətə uyğun olmayan iddialarla aparılan qarayaxma kampaniyasını diqqətlə izləyirəm. İlk növbədə, hər kəs bilməlidir ki, heç kimin mənim türklüyümü, müsəlmanlığım

turlar.az

qadin dunyasi qadın geyimi geyim şəkilləri donlar 2026 qadın kostyumları sağlamliq ehtiraslandiran sozler kosmetika englishdilində qulaq gulmeli hakista bir arzum var bayati hekaye janri