Saç tökülməsi ciddi xəstəliklərin siqnalı ola bilər
Stress orqanizmdə dəmir çatışmazlığı, B qrupu vitaminlərinin azlığı, yüksək hərarətlə müşayiət olunan infeksiyalar və bəzi dərman preparatlarının qəbulu saç tökülməsinə səbəb ola bilər.
Milli.Az xəbər verir ki, tibb elmləri doktoru, trixoloq Yuliya Qallyamova məlumat verib.
Mütəxəssisin sözlərinə görə, telogen saç tökülməsi - yəni saç follikullarının vaxtından əvvəl istirahət fazasına keçməsi - əksər hallarda gizli dəmirdefisitli anemiya və qida rasionunda zülal çatışmazlığı ilə əlaqəlidir.
Anemiya zamanı qan zərdabında və sümük iliyində dəmirin miqdarı azalır. Bu isə hemoqlobinin və eritrositlərin (qırmızı qan hüceyrələrinin) normal şəkildə formalaşmasına mane olur.
"Saçlar zülal və dəmir çatışmazlığına ilk reaksiya verən strukturlardandır. Çünki resurs çatışmazlığı şəraitində orqanizm ikinci dərəcəli prosesləri müvəqqəti olaraq dayandırır", - deyə trixoloq izah edib.
Həkim saç tökülməsinin klassik səbəbləri sırasında B qrupu vitaminlərinin (B12, B9 və B5) çatışmazlığını, həmçinin qalxanabənzər vəzinin xəstəliklərini də qeyd edib. Daha az nəzərəçarpan amillər arasında isə yüksək hərarətlə müşayiət olunan infeksiyalar yer alır.
Milli.Az









Vətən haqqında bayatılar
Qadınları orqazma çatdıran 7 seks pozası
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Əkiz uşaq doğmaq üçün MÜTLƏQ OXUYUN
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir
"İflic olacağam və yataqda qalacağam
"Hər həftə bir ev alırdım
Məşhur aktyor 22 kilo arıqladı
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi