Saç yağlılığından əziyyət çəkənlər, bu üsulla yağlı saçlardan həmişəlik qurtulacaqsınız!

Saç yağlılığından əziyyət çəkənlər, bu üsulla yağlı saçlardan həmişəlik qurtulacaqsınız!Saçların həddən artıq yağlılığı çox böyük problemdir. Bu həm insanın xarici görünüşünü korlayır, həm də saçların çox güclü tökülməsinə səbəb olur. Bu problemi həll etmək çətin olsa da mümkündür. 1. Qidalanmanızı fikir verin. Bu əsas şərtlərdən biridir. Çox yağlı, qızardılmış, hisə verilmiş, şirin qidalardan imtina edin, sağlam qidalanın, kifayət qədər su için. 2. İlk növbədə saçları düzgün yumaq lazımdır. İsti və soyuq sudan istifadə etməyin. İsti və soyuq su piy vəzilərinin fəaliyyətini daha da gücləndirir. Saçlarınızı ilıq su ilə yuyun. 3. Yağlı saçlar üçün olan xüsusi şampunlardan istifadə edin. Belə şampunların tərkibinə çobanyastığı, aloe, gicitkən, kalendula, palıd qabığı, qatırquyruğu kimi bitkiləri daxil edirlər. Bu bitkilər saçların yağlalığını azaldır. 4. Saçları yuduqda baş dərisini dırnaqlarla qaşımayın. Bu piy vəzilərin fəaliyyətini gücləndirir. Baş dərisini barmaqların ucları ilə yüngül massaj edin. 5. Balzam, saç kondisionerləri, lak, müxtəlif gel və köpüklərdən istifadə etməyin. Şotka daraqdan imtina edin, adi daraqdan istifadə edin. 6. Mümkün qədər az hallarda fendən istifadə edin. 7. Saçlarınıza saçların yağlılığını azaldan maskaları edin. Belə maskaları həftədə 2-3 dəfə etmək lazımdır: - Kosmetik gil (ağ, göy) ilıq su ilə xama konsistensiya alınana kimi qarışdırılır və baş dərisinə massaj hərəkətləri ilə çəkilir. Maskanı 2 saat ərzində saxlayın və sonra saçlarınızı yuyun. - Xardal tozunu ilıq su ilə qarışdırın, saçların dərisinə çəkin və 5-10 dəqiqədən sonra saçlarınızı yuyun. - Çovdar çörəyi suda isladıb sıyıq vəziyyətinə çatdırın və saçlara çəkin. 10 dəqiqədən sonra saçlarınızı yuyun. - 1 yumurta sarısı, 1/2 limonun şirəsi, 1 çay qaşığı bal, 1 diş sarımsaq (əzin və şirəsini istifadə edin) qarışdırın və saçların köklərinə çəkin. Sonra saçlarınızı plyonkaya və üzərindən dəsmala bükün və 1 saatdan sonra saçlarınızı yuyun. - Yumazdan əvvəl saçların köklərinə qatığın çəkilməsi yaxşı effekt verir, yağlılığı azaldır. - Yumazdan əvvəl baş dərisinə aloe şirəsini çəkin və 20 dəqiqədən sonra saçlarınızı yuyun. - Yumazdan əvvəl baş dərisini simonun dilimi ilə sürtün. Bu yağlılığının azalmasına kömək edir. - Saçları yuduqdan sonra müalicəvi bitkilərin dəmləmələri ilə yaxalayın. Bu çox effektlidir. Çobanyastığı, palıd qadığı, kalendula, nar qabığı, mayaotu toxumu istifadə edin. Bitkidən 3 xörək qaşığı götürüb 1/2 l qaynar suda dəmləyin, soyudun, süzün və təmiz saçları yaxalayın. Bir neçə bitki qarışdırmaq da olar. - Sirkə ilə yaxalamalar da çox yaxşı kömək edir. Saçları yuyandan sonra 1 l ilıq suya 1 çay qaşığı sirkə əlavə edin və saçları yaxalayın. Naşatır spirtindən də istifadə etmək olar. 1 l ilıq suya 1 çay qaşığı naşatır spirti götürülür. - Saçlar üçün olan xüsusi vitamin-mineral komplekslər mövcuddur. Belə komplekslərin tərkibinə dəmir, kükürd, C və B qrupu vitaminləri daxildir. Mənbə:saglamolun.az

Gözəllik və Moda     Baxılıb: 3347   Tarix: 25 oktyabr 2016
f Paylaş

Oxşar xəbərlər

.

Qadınların makiyaj edərkən ən çox yoxladıqları səhvlər

Makiyaj, qadınların özlərini ifadə etmələrinin və özlərinə güvənlərinin artırılmasının bir yolu kimi geniş istifadə olunur. Lakin, makiyaj tətbiqi zamanı edilən bəzi səhvlər, nəticənin istəniləndən fərqli olmasına səbəb ol

.

"Çılpaq" göz makiyajı əsas gözəllik trendinə kimin sayəsində çevrildi?

Hər bir dəb cərəyanı populyarlıq səviyyəsindən asılı olmayaraq, həmişə eyni dərəcədə layiqli alternativə ehtiyac duyur. Məsələn, təkcə milyonlarla TikTok istifadəçisinin yox, Heyli Biberin də sınadığı sensasion latte makiyajı

.

Makiyajda sizi 10 il qocalda biləcək SƏHVLƏR

Vizajist hər hansı bir üzü qocalda biləcək üç tipik makiyaj səhvini açıqlayıb. Makiyajda hansı səhvlərdən yaınmaq lazımdır. " saytının xarici mediaya istinadla xəbərinə görə, 4 milyondan çox "YouTube" izləyicis

.

Sizi cavan göstərəcək makiyaj sirləri

Həddindən artıq yorğunluq və keyfiyyətli yuxunun olmaması görünüşünüzə mənfi təsir göstərərək, yaşınıza bir neçə il əlavə edə bilər. Bununla belə, makiyajdan düzgün istifadə üzünüzü əhəmiyyətli dərəcədə cavanlaşdıra bilər

.

Bu yağdan istifadə etməklə saç və kirpiklərinizi uzada bilərsiniz

Əgər sizin saçlarınız zəif görünür, tökülür və parlaqlığını itiribsə o zaman aşğıdakıları diqqətlə oxuyun. Siz saçlarınızın itirilmiş sağlamlığını bərpa etmək üçün bahalı kosmetik vasitələrdən və kimyəvi dərmanlardan ço

.

40 yaşından sonra necə düzgün makiyaj etmək olar?

Zamanla dərimiz dəyişir, parlaqlığını itirir və göz ətrafında incə qırışlar görünməyə başlayır. Mütəxəssislər 40 yaşdan yuxarı qadınların təravətli və gənc görünüşünü necə qoruya biləcəyinin sirlərini bölüşüblər. Parıltısı

.

Keçəlləşən kişilər üçün çarə - QƏHVƏ MASKALARI

Yena Universitetinin (Almaniya) alimləri bir sıra eksperimentlər zamanı aşkar ediblər ki, qəhvənin tərkibində olan kofein saç follikullarına təsir edərək saçların tökülməsini 37% dayandırır və yeni saçların əmələ gəlməs

.

Sızanaq ləkələrindən qurtulmaq üçün TƏBİİ ÜSULLAR

Sızanaqdan sonra qalan ləkələr üzdən uzun müddət getmir və kosmetik qüsur yaradır. Bu ləkələrdən qurtulmaq üçün sizə sadə üsulları təqdim edirik: . Xiyar. Xiyar hamar dəriyə sahib olmaq üçün ən rahat vasitələrdən biridir

.

Yaş artdıqca hansı estetik prosedurlar daha uyğundur?

Estetik prosedurlar fərqli yaş qruplarına və dəri ehtiyaclarına görə dəyişiklik göstərir. 20 yaşlarında tətbiq olunan yanaşma ilə 40 və ya 60 yaşdan sonra aparılan müdaxilələr eyni olmamalıdır. Yaş artdıqca dərinin elastikliy

turlar.az

yaz geyimleri 2026 toy makiyaji sekilleri makiyaj etmek qaydalari intim məktəb hamilelik gavalı salatı kesəriyyə kosmetika novruz bayramına aid hakışda nizami gəncəvi irem derici gəncə veten